Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan Putindən sonra Lukaşenko ilə də düşmən oldu...

Image


Rusiyadan sonra Ermənistan Belarusla da münasibətlərini gərginləşdirir və bu fonda İrəvanla Minsk arasında artıq diplomatik savaş müşahidə olunur. Buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərdir. 

Paşinyan  bildirib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətcə əsla Belarusa səfər etməyəcək. Səbəb isə Lukaşenkonun Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir: "KTMT üzvlərindən biri bildirir ki, 44 günlük müharibənin hazırlığında iştirak edib, Azərbaycanın qələbəsini təşviq edib, buna inanıb və bunu arzulayıb. Bildirmək istəyirəm ki, Aleksandr Lukaşenko Belarus prezidenti olduğu müddətcə daha ora səfər etməyəcəyəm. Həmçinin bu andan etibarən heç bir Ermənistan rəsmisi də Belarusa səfər etməyəcək". O bildirib ki, KTMT çərçivəsində münasibətlərdə, məsələn, Belarus özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul qaydada üzrxahlıq etsə, nəzəri olaraq dəyişiklikləri istisna etmək olmaz. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində mayın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər elə o vaxt Ermənistanda böyük əks-səda doğurmuşdu. Həmin vaxt Lukaşenko demişdi: "Mən bir daha düşündüm və mühari­bədən əvvəl, sizin azadlıq müharibəniz­dən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqla­rı dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəzilə­ri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qo­ruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir". Bu açıqlamadan dərhal sonra Paşinyan parlamentdə hökumət saatında çıxışında Belarus prezidentinin söylədiklərinə münasibət bildirərkən deyib ki, Ermə­nistana qarşı 44 günlük müharibənin hazırlanmasında Kollektiv Təhlükəsiz­lik Müqaviləsi Təşkilatının ən azı iki üzvü iştirak edib: "Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, onlar bizə qarşı müharibənin hazırlanmasın­da iştirak ediblər. Bu ölkələr təbii olaraq bizə, guya kömək göstərdikləri ilə bağlı imitasiya yolu tutdular. Amma bir daha demək istəyirəm ki, müharibə heç də Qarabağa görə deyildi. Çünki mən İs­tintaq Komissiyasında göstərmişəm ki, onlar Qarabağ məsələsini özləri üçün çoxdan bağlayıblar. Həmin müharibə­nin məqsədi Ermənistan Respublikası adlı müstəqil dövlətin olmaması idi". Təbii ki, Rusiyanın bir nömrəli müttəfiqi Belarus KTMT-ni tərk etməyəcək, Lukaşenko da Ermənistandan üzr istəməyəcək. Həmçinin Belarusa hücum Rusiyaya hücumdur. Bu fonda Rusiya da Belarusa qarşı ittihamlara sərt reaksiya verib. Çünki İrəvan Vladimir Putinə qarşı müttəfiqi Lukaşenko üzərindən "yeni cəbhə" açır və Rusiyanı Belarus-Ermənistan seçimi qarşısında qoyur, bununla KTMT-dən çıxmağı asanlaşdırır. 

Onu da qeyd edək ki, Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bundan sonra Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib ki, Minsk də Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır. O vurğulayıb ki, Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil. Baş verənlərə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski artıq münasibət bildirib: "Biz Nikol Paşinyanın impulsiv bəyanatlarını sakitliklə qiymətləndiririk. Bizi çoxəsrlik tarixi bağlarla bağlayan qardaş erməni xalqına hörmətimizi davam etdiririk". Onun sözlərinə görə, Belarus Ermənistanda gedən daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır: "Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də oxşar yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik. Eyni zamanda, tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda "ya-ya da" yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da əlaqə saxlayacağıq". Rkspertlər hesab edir ki, Lukaşenko Putinin müttəfiqi kimi Avrasiya İqtisadi İttifaqında daha güclü mövqeyə sahibdir və istisna deyil ki, təşkilatdakı mövqelərindən Ermənistana qarşı istifadə edəcək: Belarus prezidentinin "Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, onu itirə bilərik" açıqlaması bu baxımdan çox şeyi ifadə edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə "Rossiyskaya qazeta"da dərc olunan məqaləsində bildirib ki, Ermənistan Qərbin təhriki ilə belə addımlar atır: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən iki ölkənin xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub. Qafqaz ölkəsini Avro-Atlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli qüvvələr cəlb edilib". O xəbərdarlıq edib ki, İrəvana tam sədaqət müqabilində, Avropa İttifaqına üzvlük də daxil olmaqla, qızıldan dağlar təklif olunur: "Ancaq özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. Heç kim "elita klubu"nun qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Avropa Parlamentinin 2024-cü ilin martında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair Qətnamə əslində öhdəlikləri olmayan sıradan bir kağız parçasıdır". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirir ki, İrəvan mövcud problemləri aradan qaldırmalı və regiona sabitlik gətirmək üçün çalışmalıdır: "Dünyada tərəqqi və inkişafdan kənarda qalmamaq üçün indi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqazın bu çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməsi lazımdır. Bu yaxınlarda həmin erməni siyasi xadimlər bildirmişdilər ki, KTMT Ermənistanı tərk edib. Mən sadəcə aydınlaşdırmaq istəyirəm, KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxa bilsin? Bu şifahi ekvilibristika ilə istədiyiniz qədər məşğul ola bilərsiniz. Bu, tamamilə ləyaqətsiz və ucuzdur. Dövlətin strateji maraqları, təəssüf ki, regionun hələ vidalaşa bilmədiyi problemlər var. Təhlükəsizlik, strateji əməkdaşlıq, o cümlədən bu regionda sabitliyə əsaslanaraq yaradılmalı olan mülki infrastruktur haqqında gələcək nəsillər naminə düşünmək lazımdır". Rus siyasi ekspert Yevgeni Mixaylov isə məsələni belə şərh edib ki, Ermənistan problemləri ilə baş-başa qalacaq: "Onda Rusiyanın və Belarusun bu dövləti xilas etməyə qərar verəcəyinə inanmıram. Ermənistan Rusiya və KTMT-dən olan tərəfdaşlarının milli maraqlarına xəyanət edir. Üzvlüyün dondurulmasından sonra atılacaq məntiqi addımın - Ermənistanın KTMT-dən çıxacağı ilə bağlı fikirlərin səsləndirilməsi, əslində, KTMT-yə qarşı iki ildir davam edən bəyanatların və təşkilatın Ermənistanı müdafiə etməməsi ittihamlarının məntiqi sonudur. Yəni bu, Qərbə doğru məntiqli bir gedişdir. Bununla Ermənistan kimi seçdiyini və İrəvan hökumətinin əsas pulu haradan aldığını göstərir. Ermənistan bununla Rusiyanın və onun KTMT üzrə tərəfdaşlarının milli maraqlarına xəyanət edir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ