Cümə axşamı günü, 05 noyabr 2026
     

Kilsə Ermənistanda vətəndaş müharibəsinə can atır...

Image


Ermənistanda ictimai-siyasi müstəvidə vəziyyət getdikcə daha gərgin xarakter alır. Belə görünür ki, kilsə Ermənistanda vətəndaş münaribəsini başladılmasında maraqlıdır. Hesab olunur ki, bu halda ölkədə yaranacaq xaosla hakimiyyəti devirmək mümkün olacaq.

Hazırda "Vətən naminə Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan hər vəchlə qarşıdurmaya can atır. Amma hələ ki, istədiyinə nail ola bilmir. Onun sonuncu dəfə baş nazir Nikol Paşinyanın çıxış etdiyi Ermənistan parlamentinin binasına basqın etmək cəhdi yenə uğursuz olub. Hakim "Vətəndaş müqaviləsi" partiyası baş verənləri 2020-ci il noyabrın 10-na keçən gecə o zaman Xarici İşlər Nazirliyinin deyil, parlamentin rəhbəri olan Ararat Mirzoyanın öldürülməsinə cəhdlə müqayisə edib. İndi görünən odur ki, Ermənistanda siyasi böhran yeni səviyyəyə çatıb, lakin hökumətin mövqeyi hələ də güclüdür. "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjorian parlament binası ətrafında müxalifətlə polisin son toqquşması fonunda qeyd edib: "Hüquq-mühafizə orqanları terror aktının, dövləti zəbt etmək cəhdinin qarşısını alıb... Parlament çoxluğu və baş nazirin rəhbərlik etdiyi siyasi komandamız Ermənistanın müstəqilliyini və suverenliyini istənilən hücumlardan qoruyacaq. Demokratiya özünü qorumalıdır". Öz növbəsində parlamentin vitse-spikeri Ruben Rubinyan hadisəyə görə məsuliyyəti Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin üzərinə qoyub: "Allaha şükürlər olsun ki, onun xeyir-duası olan hücum tez və qanuni vasitələrlə dayandırıldı". Müxalifət isə əksinə, baş verənlərin hamısında Paşinyanı günahlandırır, çünki o, istefa verməkdən imtina edir. Paşinyanın opponentləri iddia edirlər ki, yalnız yeni hökumətin hakimiyyətə gəlməsi Ermənistanda sülh və harmoniya mühitinin bərqərar olmasına imkan verəcək. Eməni mediasının yazdığına əsasən, parlament yaxınlığındakı qarşıdurmada 3-4 min nəfər iştirak edib. Əvvəlcə Qalstanyan adət-ənənəyə uyğun olaraq təhlükəsizlik qüvvələrini təxribata çəkməyə çalışıb. Bu da kömək etmədikdə, tərəfdarları polisin üzərinə daş, butulka, stul və ümumiyyətlə, əllərinə gələn hər şeyi atmağa başlayıblar. Buna cavab olaraq etirazçılara səs qumbaraları atılıb. Əgər Qalstanyana sadiq erməni bloggerlərinin yazdıqlarına əsaslansaq, deməli, hücum iştirakçılarının ən azı iki planı olub. Birincisi o idi ki, Paşinyanın parlamentdən çıxışının qarşısının alınması könüllü istefa verənə qədər orada qalması üzərində qurulub. İkincisi daha radikal xarakter daşıyıb: baş nazir tutulmalı və "xalq məhkəməsi" üçün Qalstanyanın qarşısına çıxarılmalı idi. Bu fonda parlamentin  tribunasından çıxış edən Paşinyan opponentlərini pisləyib. Qalstanyanın ən yaxın adamlarından biri, "Hayastan" blokunun deputatı Qarnik Danielyan baş nazirə bildirib ki, istefasından sonra Azərbaycanla danışıqlarda güzəştlər zəncirini qırmaq üçün "yeni imkanlar açıla bilər". Paşinyan buna belə cavab verib: "Sənin üçün hökumət qumarxana kimidir. Sizin üçün dövlət ruletdir. Ona görə də belə çıxışlar edirsiniz". O, parlament müxalifətinin Qarabağdan olan ermənilərin maraqlarını müdafiə etməsi ilə bağlı bəyanatlarına da toxunub. Onun sözlərinə görə, əvvəlki hakimiyyət Qarabağ ermənilərini yalnız aldadıb, onlara Bakıdan müstəqillik vəd edib. Əslində, baş nazirin sözlərinə görə, Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Qarabağı dağıdıblar: "1998-ci ildən sonra hakimiyyətinizi saxlamaq üçün sizə Qarabağ erməniləri lazım idi. Bu gün siz onları nümayişə 5 min dram verməklə gətirirsiniz, bu sizsiniz, bu sizin siyasətinizdir, indi də Ermənistan xalqı ilə eyni şeyi etmək istəyirsiniz".

Rəqiblərinə onlar haqqında düşündüyü hər şeyi danışan Paşinyan parlamentdən xidməti çıxışdan çıxıb. Cəmi bir neçə saat sonra Qalstanyan rəqibinin artıq binada olmadığını başa düşüb. Bir az fikirləşəndən sonra tərəfdarlarını Respublika Meydanına göndərmək qərarına gəlib, amma oraya çatanda sıraları xeyli seyrələşmiş etirazçıların üzünü yenidən parlamentə çevirib. Paşinyan isə qeyd edir ki, iğtişaşların təşkilinin arxasında Köçəryan və II Qaregin dayanır, əsas təxribatçı isə Qalstanyandır: "Baş verən kütləvi iğtişaşların təhrikçiləri ədalət qarşısında cavab verməlidirlər... Biz sevgi dolu, mərhəmətli, yardımsevər və tolerant hökumətik, amma zəif hökumət deyilik. Zəif güc dövlət üçün fəlakətdir". Rusiya-Ermənistan Universitetinin dosenti Anton Evstratov hesab edir ki, baş nazirin rəqibləri parlament yaxınlığında ciddi məğlubiyyətlə üzləşiblər: "Paşinyanın mövqeləri, əksinə, güclənib. O, müxalifətin həm populyar, həm də bacarıqlı liderlərinin və ardıcıl proqramının olmaması fonunda qalib gəldi". Politoloq Hrant Mikaelyanın fikrincə, parlament yaxınlığında toqquşmalar ölkədə siyasi vəziyyətin daha da radikallaşmasına səbəb olacaq: "Paşinyanın tərəfdarları təhlükəsizlik qüvvələrinin hərəkətlərini dəstəkləyəcəklər, çünki onlar uzun müddətdir maraqlanırdılar ki, ölkə rəhbərliyi onlara qarşı təhqirlərə niyə dözür. Onların opponentləri, əksinə, polisin 2008-ci ildən bəri heç kimin görmədiyi güc tətbiq edən zaman hakimiyyətin qırmızı xətti keçdiyini iddia edə bilər". Eyni zamanda o, Köçəryanın və ya katolikosun mümkün həbsini istisna edir: "Hakimiyyət üçün Qalstanyanı "rejimin qurbanı" etməkdənsə, mənasız hərəkətlərlə bezdirmək daha sərfəlidir. Ümumiyyətlə, etirazın radikallaşması baş verə bilər, lakin polis hökuməti qorumaq üçün kifayət qədər güclüdür. Bundan əlavə, vaxt müxalifətin əleyhinə işləyir, çünki yay hakimiyyət uğrunda mübarizə deyil, məzuniyyət mövsümüdür".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ