Cümə axşamı günü, 27 avqust 2026
     

Paşinyan onlara “fərari”, Şahramanyan “canlı girov” dedi - kim haqlıdır...

Image


Bəhruz Quliyev: "Mən deyərdim ki, hər ikisi növbəti dəfə səhvə, hətta cinayətə yol verir"

Qondarma və artıq özünü buraxdığını elan edən keçmiş "Arsax"ın Bakıda həbsdə olan quldur, separatçı "lider"lərinə Ermənistanın siyasi dairələrində münasibət birmənalı deyil. Ermənistanın həm müxalifət, həm də iqtidar komandalarında təmsil olunanların əksəriyyəti 

törətdikləri müharibə cinayətlərinə görə hazırda Bakıda həbsdə olan quldur dəstənin keçmiş başçılarından imtina edib. 

Özünü buraxmış "Artsax"ın saxta "prezidenti" Samvel Şahramanyan uzun müddət idi ki, görsənmirdi, Ermənistanın Baş naziri Nikol Paşinyanın separatçılar barədə dediklərindən sonra üzə çıxıb jurnalistlərə açıqlama verib. 

Belə ki, N.Paşinyan parlamentin noyabrın 12-də keçirilən iclasında Bakıda həbsdə olan separatçı dəstənin keçmiş rəhbərlərini mahiyyətcə fərari adlandırıb. Paşinyanın onları fərari adlandırması  Samvel Şahramanyana yaman od qoyub. 

O, jurnalistlərlə söhbətində artıq məhv olmuş  "Artsax"ın olmayan "hərbi siyasi rəhbərliyi"nin  Bakıda "canlı girov" kimi qaldıqlarını, əhalini isə təxliyyə etdiklərini deyib. 

Şahramanyan onu da deyib ki, Paşinyanın onları fərari adlandırması ona pis təsir etdiyi üçün müsahibə verib.

S.Şahramanyan həmçinin qeyd edib ki, yaxın vaxtlarda bu məsələlərə ətraflı toxunacaq...

Gördüyünüz kimi, artıq Ermənistan hökuməti separatçıların hansı yuvanın quşu olduqlarını açıq şəkildə bəyan edib, Baş nazir onları mahiyyətcə fərari adlandırır.

Paşinyan onlara "fərari", Şahramanyan isə "canlı girov" deyir, hansı haqlıdır?

"Şahramanyanın Bakı həbsxanalarında törətdikləri qanlı cinayətlər səbəbindən istintaqı aparılan sələflərini və onlara bərabər tutulan "liderlər"i "canlı girov" adlandırması heç nəyi dəyişmir" 

"SƏS" Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev "Bakı-Xəbər"ə şərhində "Millət olmağa çalışan bir toplumun keçmişi yoxdursa, təfəkkürü inkişafdan qalıbsa, beyni atrofiyaya uğrayıbsa, başqa xalqlara kinlə, ikrahla, xəyanətlə baxırsa, özünü başqalarından daim üstün tutursa, bu, xəstəlik əlamətidir. Onu sağaltmaq da çətin olur, bəzən sonu məhvə gedib çıxır. Ermənilər Qafqaza ayaq açdıqları gündən yerli xalqlara düşmən olublar, onlara qucaq açanların sonradan kabusuna çevriliblər. Bu bir gerçəklikdir, reallıqdır. Çox təəssüf olsun ki, ermənilər ən çox onlara torpaq verən, isti yuva qurmağa dəstək olan biz azərbaycanlılara qarşı çıxıblar, tarixdə görünməmiş vəhşiliklər törədiblər. Fürsət düşdükcə qanunsuz məskunlaşma aparıblar, torpaqlarımızda özlərinə dövlət qurublar, bir az da iştahlanıb ərazilərini uydurduqları "Böyük Ermənistan" ssenarisinə uyğun olaraq genişləndirməyə çalışıblar"-deyə bildirdi.

B.Quliyev qeyd etdi ki, ilk dəfə Çar Rusiyası, ikinci dəfə isə Sovet hakimiyyəti süqut edərkən Azərbaycan torpaqlarında qondarma, saxta Ermənistan dövləti yaradıblar.  

B.Quliyev bildirir ki, həm Ermənistanın Baş naziri Paşinyan, həm də keçmiş qondarma qurumun keçmiş baş separatçısı postunu tutan Samvel Şahramanyan böyük yanlışlığa yol verir: "Mən deyərdim ki, hər ikisi növbəti dəfə səhvə, hətta cinayətə yol verir. Bütün dünya ictimaiyyətinə də məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsində özlərini "öz müqəddəratını təyinetmə hüququ" adı altında təqdim etməyə çalışmaq separatçı, yaratdıqları "dövlət" isə qondarma idi. Həmin qanunsuz qurumun bütün üzvləri cinayətkar, onları dəstəkləyənlər isə ən azından onlar qədər cinayət məsuliyyəti daşıyanlardır. Beynəlxalq qanunlar da separatçılığın əleyhinədir. Belə olmasaydı, Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək ərazilərimizdə separatçı, qondarma "dövlət" yaratmış Ermənistan bu qurumu rəsmi olaraq tanıyardı. Göründüyü kimi, İrəvanın buna cəsarəti çatmayıb, çünki beynəlxalq hüquq onun tərəfində olmayıb. Bu gün separatçıların keçmiş başçısı Şahramanyanın Bakı həbsxanalarında törətdikləri qanlı cinayətlər səbəbindən istintaqı aparılan sələflərini və onlara bərabər tutulan "liderlər"i "canlı girov" adlandırması heç nəyi dəyişmir. Sağdan sola, aşağıdan yuxarı nə qədər baxsan separatçıların liderləri cinayətkardırlar, Arkadi Qukasyana, Bako Saakyana, Arayik Arutyunyana, Ruben Vardanyan və digərlərinə hansı adı qoysalar da, hansı titulu versələr də Azərbaycanın suveren  ərazilərində törətdikləri cinayətlərə görə layiq olduqları cəzanı alacaqlar. Paşinyanın separatçılara "fərari" deməsi də, hüquqi dillə desək, yanlışdır, çünki, fərari legitim qurumda xidmət etməkdən imtina edənlərə deyilir. Əgər Paşinyan onları Ermənistan ordusunun, yaxud hakimiyyətinin nümayəndəsi kimi təqdim edirsə, onda baş nazir paralel olaraq Ermənistanın Azərbaycana qarşı qanunsuz ərazi iddialarını, ermənilərin də törətdikləri qanlı cinayətləri etiraf etmiş olub. Ancaq nə baş verirsə versin, Ermənistanda kim nə danışırsa danışsın, mahiyyət dəyişməyəcək və cinayətkarlar cəzalarını layiqincə alacaqlar".

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ