Cümə axşamı günü, 05 noyabr 2026
     

Zəngəzur dəhlizi qloballaşdı - ABŞ dərhal işə qarışdı...

Image


Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın yanaşmasının artıq ABŞ tərəfindən də tam dəstəkləndiyi müşahidə olunur. Hər halda, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin səsləndirdiyi fikirlər də bunu təsdiq edir. 

O qeyd edir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi təkcə uzun müddətdir davam edən münaqişəyə son qoymayacaq, həm də regiona Rusiyanın təsirini azaldacaq və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət yolu açacaq.

ABŞ dövlət katibinin köməkçisi bunu da deyib ki, Birləşmiş Ştatlar məhz buna görə iki qonşu ölkəni belə bir müqaviləni qarşıdan gələn həftələr və aylar ərzində imzalamağa çağırır: "Bizim nəzərimizdə Mərkəzi Asiyadan Aralıq dənizinədək ərazidə yeni ticarət yolunun yaradılması üçün nəsildə, bəlkə də bir neçə nəsildə bir dəfə ələ düşən imkan var. Bu yalnız Ermənistan və Azərbaycan arasında sülh olarsa baş tuta bilər. Bu, təkcə sadəcə olaraq ticarətə deyil, həm də bütün yol boyunca yeni sənayelərin açılmasına imkan verəcək". Ceyms O’Brayen vurğulayıb ki, sözügedən yol boyunca ölkələrin daha az Rusiya təsiri istəməsini görür. ABŞ dövlət katibinin köməkçisi deyib ki, sözügedən ticarət yolu Azərbaycandan keçərək, Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahilinədək mövcud nəqliyyat xətlərini də gücləndirəcək: "Bu iki marşrut Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara ilk dəfə olaraq Rusiyadan və ya Çindən asılı olmayan çıxış verəcək". İndilikdə isə sülh müqaviləsinin imzalanması həm də Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana dəhlizin açılmamasın görə əngəllənir. Bu məsələdə isə, Türkiyə də daxil olmaqla, artıq qlobal güclərin maraqlı olduğu müşahidə olunur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Zəngəzur dəhlizi adlanan bu yol Türkiyə ilə Mərkəzi Asiyanın türkdilli dövlətləri arasında əlaqə yaradacaq. Bu fonda Bakının istəyinə Vaşinqtonun münasibəti barədə suala cavab verən O’Brayen deyib: "Biz adətən ticarət marşrutunu nəzərdə tuturuq. Bu, əslində Ermənistanın "Sülhün yol kəsişməsi" ideyasına da bənzəyir. Yəni bir növ yol mənasında başa düşülməlidir". ABŞ diplomatı ümidvar olduğunu bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmasının əlavə dividendlərini başa düşür: "Rusiya Ukraynada qalib gəlmir və yəni Qafqaza uzun illər olduğu bir şəkildə qayıtmayacaq. Odur ki, xüsusilə də Ermənistan vətəndaşlarının bunu deməsi mühümdür: "Biz qərara gəlmişik ki, irəliyə doğru gedək, biz geri qayıtmaq istəmirik". İndi isə Rusiyanın Ukraynada ilişib qalmasına görə irəliyə getmək imkanı var". O’Brayen iki ölkə arasındakı sərhəd razılaşmasını alqışlayıb və bunu növbəti addımlar üçün konstruktiv təməl adlandırıb.

Burada xatırladaq ki, Ermənistan hökuməti bir müddətdir xarici və təhlükəsizlik siyasətini Qərb istiqamətinə çevirib və bunun nəticəsində Moskva və İrəvan arasında misli görünməmiş gərginlik yaranıb. Kreml İrəvanı Birləşmiş Ştatlar və Avropa İttifaqının nəfinə Rusiya-Ermənistan münasibətlərini sistemli olaraq dağıtmaqda ittiham edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ötən həftə iddia etmişdi ki, Qərb ölkələri Ermənistanın Rusiya ilə müttəfiqliyinə "realist alternativ" təklif etmirlər. Moskva Qərbin Azərbaycan-Ermənistan münaqişəsinin çözümünə yönəlik səylərinə son dərəcə tənqidi yanaşır. Rusiya rəsmiləri iddia edirlər ki, ABŞ və Aİ-nin əsas məqsədi Rusiyanı sıxışdıraraq regiondan çıxartmaqdır. İndi regionda gedən rəqabət fonunda Zəngəzur dəhlizinə də xüsusi maraq ifadə olunur. Ermənistan parlamentinin sədri Alen Simonyan da bu günlərdə Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış edib. Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib. O əlavə edib ki, əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər: "Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər". Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizini nəzərdə tutduğu şübhəsizdir. Nikol Paşinyan da sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib. Ekspertlərə görə, amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta Dəhliz layihəsindən kənarda qoyacaq. "Foreign Affairs" jurnalı bunlar fonunda yazır:  "Azərbaycan Ermənistanla sülh müqaviləsinin əldə olunması və münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparmağa davam edir. İki tarixi düşmənin müharibədən qaça biləcəkləri isə, daha çox, Qərb güclərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, burada da konfliktin nizamlanması üçün siyasi və maliyyə resurslarını yatırmağa nə qədər hazır olmalarından asılı olacaq". Erməni politoloq Suren Surenyants isə məsələ ilə bağlı bildirir ki, Ermənistan rəhbərliyi dəhliz mövzusunu gündəmdən çıxara bilmədi: "Bu məsələnin həlli Ermənistan üçün üçtərəfli sənəddə (10 noyabr) göstəriləndən daha mürəkkəb olacaq. Sülh müqaviləsinin imzalanıb-imzalanmayacağının və ya həmin müqavilənin kimin vasitəçiliyi ilə imzalanmasının heç bir əhəmiyyəti yoxdur. İmzalanacaq sənəd dəhliz məsələsini mütləq ehtiva edəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ