Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Rusiya qazının Avropaya əsas ixracatçısına çevrilə bilər - Qərb etiraz etmədi...

Image


Azərbaycan qazının Ukraynaya vasitəsilə Avropaya mümkün ixracı son günlərin ən çox diqqət çəkən mövzularından birinə çevrilib. Məsələyə artıq Rusiyanın özündə də xüsusi diqqət olunur. 

Bütün bunlara nəzər salan Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır: "Avropa İttifaqı hökumətlərinin rəsmiləri 2024-cü ilin dekabrında Rusiya ilə tranzit qaz müqaviləsinin rəsmi başa çatmasından sonra Ukraynanın qaz infrastrukturunun istifadəsi ilə bağlı Kiyev hakimiyyəti ilə danışıqlar aparır. Əgər Rusiya qazı əvəzinə Azərbaycandan qaz Rusiya boruları ilə tədarük edilərsə, Kiyev Avropaya tranzitini saxlaya bilər. Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinin perspektivləri hələ də bəlli deyil. Ekspertlərin fikrincə, söhbət Rusiya Federasiyasından qaz tədarükünün Azərbaycanla svop əməliyyatlarından gedir.

"Bloomberg" bildirir ki, Aİ rəsmiləri Ukrayna tərəfi ilə gələn il Ukrayna ərazisindən qaz tranzitinin uzadılması imkanını müzakirə edirlər. Ukrayna ilə "Qazprom" arasında mövcud müqavilənin müddəti 2024-cü ilin dekabrında başa çatır. Variantlardan biri, agentliyin yazdığı kimi, Azərbaycan qazının Rusiya qaz kəmərləri ilə Ukrayna ərazisindən tranzitidir. Bu ssenaridə avropalılar rəsmi olaraq Rusiya qazının Rusiya Federasiyasının özündən alınmasını istisna edirlər. "Bloomberg" mənbələri qeyd edir ki, Azərbaycan qazı ideyası daha çox Ukrayna tərəfinə uyğun olduğu üçün Kiyev də prosesdə maraqlıdır. Ukraynanın "Naftoqaz" şirkətinin baş icraçı direktoru Aleksey Çernışov bildirib ki, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. "Hər zaman yadda saxlamalı olduğumuz iki amil var. Birincisi, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var və Ukrayna bu infrastrukturdan istifadə etməyə meyllidir, çünki bu, çoxlu fayda gətirir", - o vurğulayıb. Eyni zamanda, Kiyev rəsmisi Ukraynanın Rusiyanın "Qazprom"u ilə əlaqəni nəzərdə tutan tranzitin uzadılması üçün Aİ layihələrində iştirakını istisna edib. "Bloomberg" xatırladır ki, Azərbaycan artıq Avropaya gedən boru kəmərlərindən "tam gücü ilə" istifadə edir. Agentliyin fikrincə, sövdələşmə Moskvanın digər ölkələrə qaz tədarük etməsinə imkan verəcək bir mübadilə kimi tərtib edilərsə, Rusiyaya da fayda verə bilər. Slovakiyanın baş naziri Robert Fiko mayda Azərbaycana səfəri zamanı Ukrayna ərazisindən tranzit sövdələşməsinin mümkünlüyünü istisna etməyib. O bildirib ki, bu halda Slovakiya Azərbaycan qazını idxal edə biləcək, onun bir hissəsi ölkədə qalacaq, qalan hissəsini isə Bratislava digər ölkələrə verəcək. "İndi hər şey Rusiyanın "Qazprom"u, Azərbaycan, Ukrayna şirkətləri və digər şirkətlər arasında iqtisadi və qiymət şərtlərini razılaşdırmaq üçün danışıqlardan asılıdır", - o deyib. Bu ilin aprelində Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, 2024-cü ildə Azərbaycandan Avropaya qaz ixracı 12 milyard kubmetr təşkil edəcək, eyni zamanda, 2023-cü ilin sonunda Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib. Avropaya tədarük 11,8 milyard kubmetr təşkil edib. Azərbaycan qazının Avropada əsas alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadır.

Unutmaq olmaz ki, Ukrayna ərazisindən qaz tranzitinin saxlanması Ukrayna büdcəsi üçün əhəmiyyətli gəlir mənbəyidir. 2021-ci ildə ölkə ərazisindən "mavi yanacağ"ın vurulmasından əldə edilən gəlir 1 milyard dollar təşkil edib. Hazırda Ukrayna ərazisindən keçən tranzit xətti "Şimal axını"nın dağıdılmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə nəqli üçün yeganə marşrut olaraq qalır. Rusiya qazının tədarükü 2022-ci ilin may ayından, Soxranovka stansiyasından nəqletmə dayandırıldıqdan sonra Ukraynadan azaldılmış həcmdə həyata keçirilir.

Hesablamalara görə, hazırda Rusiya qazının Avropa ölkələrinə tədarükü təxminən 15 milyard kubmetr təşkil edir. Eyni zamanda, Aİ 2027-ci ilə qədər Rusiya qazından imtina etmək planlarını açıqlayıb. Rusiyadan yanacaq tədarükü əsasən Avstriya və Slovakiyaya gedir. Boru kəmərləri ilə yanaşı, Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazı da (LNG) idxal edir. "Kpler" şirkətinin məlumatına görə, bu ilin beş ayının nəticələrinə əsasən, Rusiyanın LNG ixracı illik müqayisədə 3,8% artaraq 14,47 milyon tona çatıb.Tədarüklər Fransa, İspaniya və Belçikaya olub. Eyni zamanda, Avropa ardıcıl olaraq Rusiya qazının birbaşa alışından imtina etməyə çalışır. Beləliklə, 2022-2023-cü illərdə Aİ qaz istehlakını 100 milyard kubmetrdən çox azaldıb,   onu1996-cı il səviyyəsinə endirib. Ötən il Avropa ölkələrində qaz istehlakı 35 milyard kubmetr azalıb, 472 milyard kubmetr   olub. Bununla belə, Avropanın yeraltı anbarlarında qaz ehtiyatları məqbul səviyyədə qalır. Bu gün Avropanın yeraltı qaz anbarları təxminən 78,7 milyard kubmetr və ya  72% doludur. "Gas Infrastructure Europe" şirkətinin məlumatlarına görə, mayeləşdirilmiş təbii qazın terminallardan Avropa qaz nəqli sisteminə daxil olan ümumi həcmi iyun ayında əvvəlki ayla müqayisədə azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 36%-i ilə yüklənib. "Qazprom"un özü üçün də mənzərə ən sevindirici deyil. 2023-cü ilin sonunda holdinqin təbii və səmt qazının hasilatı 13% azalaraq 360 milyard kubmetrə düşüb. 2021-ci ilin göstəriciləri ilə müqayisədə azalma 30% və ya 156 milyard kubmetr təşkil edib. Hazırda Ukrayna tranziti təxminən 15 milyard kubmetr təşkil edir. Bu, Aİ-də istehlakın təxminən 5%-idir. "Finam" analitiki Sergey Kaufman qeyd edir: "Bu, cari ilin sonunda LNG bazarında tədarükün gözlənilən artımı fonunda əvəz edilə bilən kifayət qədər cüzi bir həcmdir. Əvəzetməni nisbətən çətinləşdirən odur ki, qaz indi əsasən dənizə çıxışı olmayan ölkələrə - Avstriya, Slovakiya, Macarıstana verilir. Onlar üçün əvəzləyici tapmaq daha çətin olacaq". Digər ekspert Tamara Safonova xatırladır ki, Azərbaycandan Avropaya qaz nəqli Bakı-Tiflis-Ərzurum boru kəməri sistemi, TANAP vasitəsilə həyata keçirilir. "TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir, onun 32 milyard kubmetrə qədər artırılması planları var. Amma Azərbaycan qazının Ukraynaya tranzitini nə dərəcədə texnoloji cəhətdən təmin etmək olar, tərəflər açıqlamırlar. Svao əməliyyatlarından danışmaq olar ki, bunu Rusiya qazı olmadan etmək mümkün deyil". Ekspert hesab edir ki, Aİ ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalar ona görə də Rusiya qazının sövdələşmədə iştirakını nəzərdə tutur və müvafiq olaraq belə müzakirələr hələlik Rusiya qazından real imtina variantlarını əks etdirmir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ