Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Rusiyanın qırmızı xətlərini keçdi - Kremlin səbri nə qədər imiş?!

Image


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq, amma bunun vaxtı hələ müəyyən edilməyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan  ölkə parlamentində danışıb: "Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq".

Paşinyanın bu açıqlaması ciddi ajiotaj doğurub. Elə bu səbəbdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələyə yenidən münasibət bildirməli olub. O qeyd edib ki, Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını bəyan etməyib. Mirzoyanın sözlərinə görə, N.Paşinyan deyib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özü qərar verəcək: "İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik". Qeyd edək ki, Nikol Paşinyan hələ 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Martda Paşinyan bəyan etmişdi ki, təşkilat İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Üstəlik, daha əvvəl erməni tərəfi KTMT tədbirlərində iştirakını dayandırıb. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, respublika "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərara qoşulmaqdan və təşkilatın bu qərarda nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edib. Bununla yanaşı, Ermənistanda rus hərbçilərinin çıxarılması məsələsi də yenidən aktullaşıb. Rusiyalı hərbi ekspert İqor Korotçenko bütün bunların təsadüfi xarakter daşımadığını bildirir: "2024-cü ilin sonuna qədər - ən mənfi ssenari reallaşarsa - İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər, eyni zamanda Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir. Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər. Paşinyanın "Rusiya hərbi bazası məsələsi gündəmdə deyil" kimi məlum bəyanatlarına gəlincə, bu, sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir, İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir". Ancaq Ermənistanın "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan qeyd edir ki, Qərbə, xüsusən də Fransaya güvənmək İrəvan üçün yaxşı heç nə vəd etmir: "Aİ-də atmosferi müəyyən edən ölkələrdə (Fransa, Almaniya) Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri göstərir ki, qlobal müharibə partiyasının nümayəndələri uduzur və milli mühafizəkar demokratik qüvvələrin dövrü gəlir". Onun sözlərinə görə, Avropa seçkilərinin nəticələri həm də göstərir ki, antimilli, qlobalist, hedonist dəyərlər sistemi, Qərbin Rusiya və İrana qarşı başlatdığı müharibə, qanlı siyasət rədd edilir: "Çünki nəinki xırda pul funksiyasını yerinə yetirənlər əziyyət çəkir (Ukraynada yüz minlərlə qurban var), həm də Aİ-nin adi vətəndaşları, ənənəvi institutlar və real demokratik dəyərlərə zərbə vurulur. 

Fransada Le Penin rəhbərlik etdiyi partiyanın uğuru dünyanın milli və sağlam qüvvələrinə öz kimliklərini və müstəqil dövlətçiliyini qoruyaraq, okeanlararası mərkəzdən gələn zorakılığa qarşı mübarizə aparmalı və rədd etməli olduqlarına dair çox yaxşı siqnal oldu. Qeyd edək ki, Gürcüstan hakimiyyətinin davranışı Aİ və qlobal müharibə partiyasının sağlam qüvvələrini rədd edən Aİ vətəndaşlarının davranışı ilə uyğundur. ABŞ Gürcüstanı sikkəyə çevirməyə və Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır. Gürcüstan hakimiyyəti bu məcburiyyəti qəbul etmir və ölkənin suverenliyi üçün mübarizə aparır. Gürcüstan hakimiyyətindən fərqli olaraq, Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti Rusiya-Qərb münaqişəsində ölkəmizi qurbangahda yerləşdirərək, Ermənistanı ukraynalaşdırmaq yolu ilə gedir. Bu siyasət Ermənistan vətəndaşlarının böyük əksəriyyəti tərəfindən rədd edilir. Ermənistanın daxili siyasi böhranı deyilənlərə əyani sübutdur". "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan isə qeyd edir ki, Qərb Ermənistanı Ukraynada da Rusiyaya qarşı çevirməyə çalışır: "Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik". Marukyan Berlində başlayan Ukraynanın bərpası üzrə konfransda Ermənistanın xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunması barədə danışarkən deyib: "Son vaxtlar Ermənistanda Ukraynanı "uğur hekayəsi" kimi təqdim etməyə cəhdlər edildiyini görürük. Müxtəlif siyasi qüvvələr, ekspertlər buna çalışırlar. Bəs görəsən, Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Əgər hələ də Rusiyanın bu regionda strateji tərəfdaşıyıqsa bizim orada nə işimiz var?". Marukyanın fikrincə, Ermənistan tərəfi belə addımlarla ölkə iqtisadiyyatına zərbə vura bilər: "Baş nazir Moskvaya gedib və xahiş edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam etsinlər. Biz isə Rusiyanın düşməni olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik". Ermənistanın "Qraparak" qəzeti isə bunlar fonunda yazır: "İrəvan Ukrayna məsələsində Rusiyanın qırmızı xətlərini keçir. Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın müşayiət etdiyi nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri, o cümlədən rəsmilərin bununla bağlı verdiyi bəyanatlar Rusiya tərəfindən sərt təpki ilə qarşılanıb.  Rusiyanın bununla bağlı Ermənistana nota verməsi Ermənistan-Rusiya gərginliyinin yeni mərhələsinin başlanmasından xəbər verirdi. Rusiyaya görə, artıq İrəvan Moskvanın səbrini sınamağa çalışdığını və meydan oxuduğunu gizlətmir. Rusiya tərəfinin Buça səfərinə sərt təpkisinə gəlincə, bu reaksiya təsadüfi deyil. Çünki Buça Ukraynanın Rusiya ordusunun soyqırımı törətdiyini iddia etdiyi şəhərdir. Buça 2022-ci ilin fevralında başlayan savaşın əvvəlində Rusiya qoşunları tərəfindən tutulsa da, Ukrayna sonradan geri alıb. Rusiyalı politoloq Stanislav Tarasov bildirir ki, Ermənistanın bu addımı Ukrayna istiqamətindəki bir sıra digər anti-Rusiya hərəkətləri ilə eyni silsilədə nəzərdən keçirilməlidir. Ekspert bəzi nümunələrə də diqqət çəkir. Məsələn, Nikol Paşinyanın Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmaması ilə bağlı bəyanatı, Anna Akopyanın Kiyevə səfəri, Alen Simonyanın ukraynalı həmkarı Ruslan Stefançukla Dublində görüşü, Qranadada Paşinyan və Zelenski arasında təmas... Tarasov Ermənistan tərəfinin Ukraynaya göndərdiyi humanitar yardımın bir neçə partiyasını da sadalayıb. Ekspert Paşinyanın ABŞ-ın "Wall Street Journal" nəşrinə müsahibəsini xatırladaraq qeyd edir ki, Ermənistan sistemli şəkildə anti-Rusiya siyasi xəttini mənimsəyib və şüurlu şəkildə bunu gücləndirir, bu da Moskvanın təmkinli mövqeyini dəyişdirir. Tarasov vurğulayır ki, Ermənistan Qarabağ məğlubiyyətindən sonra Ukrayna ssenarisi üzrə Avropa Birliyi və ABŞ-yə doğru irəliləyir, bu isə onun dövlətçiliyini itirmək təhlükəsi deməkdir: "Bu, Rusiyanı tərk edəcəyi təqdirdə mümkün olacaq". Analitik açıq şəkildə söyləyir ki, İrəvanla Moskva arasında münasibətlər pisləşməkdə davam edərsə, Ermənistanın dövlət kimi mövcudluğu məsələsi şübhə altına düşə bilər: "İrəvan Rusiya faktorunu Aİ-ABŞ zəmanət faktoru ilə əvəz edə bilməyəcək. Çünki Qərb bir qayda olaraq, yalnız şifahi təminat verir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ