Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya da, Qərb də atom silahları ilə təhlükəli oyun oynayır...

Image


Son aylarda Ukrayna münaqişəsi fonunda həm Rusiya, həm də Qərb tərəfindən nüvə ritorikasının get-gedə artması müşahidə edilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirir ki, nüvə şantajı hər iki tərəfdən gəlir: 

"Rusiya ilə münaqişə başlayacağı təqdirdə ilk olaraq Qərb ölkələri nüvə silahından istifadə edə bilər. Problem ondadır ki, ilk növbədə Qərb nüvə silahlarından istifadə etməyə çalışacaq. Onların Rusiya ilə adi döyüş üçün vasitələri yoxdur. Qərb döyüşlərdə 2 həftə tab gətirə bilməyəcək". 

Hələlik isə Kiyevin bəzi başlıca Qərb müttəfiqlərinin siyasətləri dəyişəndən sonra Ukraynada nüvə eskalasiyası ilə bağlı xəbərdarlıqlar getdikcə artır və daha təhlükəli hal alır. Bəzi Avropa ölkələri, o cümlədən Britaniya, Fransa və Almaniya, eləcə də ABŞ siyasi xətlərini dəyişərək Ukraynanın onlardan aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmasına "yaşıl işıq" yandırıb. Almaniya və ABŞ öz icazələrini Ukraynanın Xarkov əyalətini qorumaq üçün endirəcəyi zərbələrlə məhdudlaşdırıb. Ancaq gələn bilgilərə görə, Co Bayden bu coğrafi məhdudiyyəti də aradan qaldıra bilər. Belə addımlar Rusiyanın Ukraynaya dağıdıcı zərbələrinə cavab olaraq atılır. Moskva bu zərbələrin çoxunu Ukraynanın əli çatmayan məntəqələrdən endirir. Qərbin siyasətindəki bu dəyişikliklər, üstəlik, Fransa prezidenti Emmanuel Makronun Ukrayna əsgərlərinə təlim vermək və hətta döyüşmək üçün qoşun göndərmək planları Rusiyanın buna cavab olaraq nüvə eskalasiyasına əl atacağı ilə bağlı narahatlığı artırıb. Vladimir Putin Ukraynaya hücuma başladığı gündən bəri bu ehtimala işarə edir. Digər Rusiya rəsmiləri də bu haqda danışıblar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmişdə prezident və baş nazir olmuş Dmitri Medvedev Rusiya rəsmiləri arasında nüvə hədələrinin tezliyi üzrə rekordsmen sayıla bilər. Qərbin məhşur "Defence Priorities" beyin mərkəzinin "Böyük strategiya" proqramının direktoru, Kolumbiya Universitetinin Saltsman adına Müharibə və Sülh Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Racan Menon "The Guardian" üçün yazdığı təhlil yazısında bu fonda mühüm məqamlara diqqət çəkir: "Lider və ekspertlərin üzləşdiyi problem ondan ibarətdir ki, eskalasiya risqlərini hesablamaq son dərəcə çətindir. Nüvə eskalasiyası sinoptiklərin yağış, ya da tornadolar barədə proqnozları kimi öncədən bilinməz. Anlaşıqlı dillə desək, dəyərləndirmələr aparmağın, yaxud onları əsaslandıra biləcəyimiz tutarlı dəlillər toplamağın güvənli proseduru yoxdur... Bu üzdən, Rusiyanın nüvə eskalasiyasını müəyyənləşdirməyə çalışan təhlilçi və şərhçilər özlərini Putinin yerinə qoyaraq dünyaya və Ukrayna savaşına daha balaca bucaqdan baxmağa çalışırlar. Onlar Putinin müharibəni belə gördüyünü təsəvvürlərinə gətirirlər, ancaq yenə də Putinin baxışlarını rekonstruksiya etmək cəhdlərinin onun gerçək qavrayışına uyğun gəlib-gəlmədiyinə əmin ola bilmirlər". Onun sözlərinə görə, döyüş meydanındakı durum, bu durumda yaranan dəyişikliklər, o sıradan Ukraynanın Qərb müttəfiqlərinin siyasətindəki sürüşmələr mütləq nəzərə alınmalıdır: "Hətta bu problem hansı yollasa aradan qaldırılsaydı da, başqa bir problem də var. Putinin baxışları daşa həkk olunmayıb və savaşın gedişinin, qələbə qazanmağa gərəkli şeylərin yenidən dəyərləndirilməsi ilə tezcə dəyişə bilər. 

Kənar müşahidəçilərin eskalasiya ilə bağlı qənaətlərində tutarlı dəlil fundamenti çatışmır. Onlar, sadəcə, Putin və çevrəsindəkilərin məsələ barədə dediklərinə baxırlar. Bəli, Rusiyanın nüvə doktrinasının ən son variantını (2020-ci ildəki) təhlil etmək köməyə gələ bilər. Ancaq Rusiya liderlərinin ssenaridən kənara çıxmasının qarşısını heç nə almır. Bundan başqa, o sənəd Rusiya üzərinə nüvə hücumu və ya onun mövcudluğuna təhdid kimi şərtlər qoyur. Bunlar Ukrayna savaşı bağlamında uyğun gəlmir. Moskvanın iç çevrələrindən gələn açıqlamaların dəyərini ölçməyin də güvənli yolu yoxdur. Bu açıqlamalar Kremlin gerçək inanclarını göstərən güvənli qaynaqlar sayıla və deməli, Putinin əslində nə edə biləcəyini proqnozlaşdırmaq üçün faydalı ola bilərmi? Yoxsa onlar Qərbi qorxutmaq, onun Ukraynanın silahlardan istifadəsi ilə bağlı siyasətinə təsir göstərmək üçün nəzərdə tutulan informasiya savaşının bir hissəsidir? Putinin, onun xarici siyasət və milli güvənlik komandasının qapalı qapılar arxasında nələri dartışdığını bilmədiyimizdən onların ictimai bəyanatlarının ciddi qəbul ediləsi xəbərdarlıqlar, yaxud önəmsiz sayacağımız təhdid taktikaları olduğunu bilməyimiz də mümkün deyil. Nəticə? Bəzi ekspertlər Rusiyanın nüvə eskalasiyası hədələrinin artmasını qorxutma cəhdlərinə aid edir, bəziləri isə onlardan rahatsızlanır. Eskalasiya problemini düşünərkən, Putinin nüvə silahlarından necə və harada yararlanacağını təsəvvürə gətirməkdə yarar var. Əlbəttə, o bu silahları ABŞ və Avropanın üzərinə yağdırmayacaq. Bu, intihar demək olardı. Bəlkə, o, Ukraynaya hücum edəcək, ancaq bundan ötrü Rusiya qoşunlarının çox olmadığı yer tapmalıdır ki, onları da öldürməsin. O, cəbhə xətlərindən uzaqda olan qərbi Ukraynanı seçə bilər, ancaq oraya da göz qorxutmaq üçün nüvə zərbəsi endirmək çoxlu insanı öldürə, dünya ictimaiyyətini sarsıda və hətta NATO-nu cavab verməyə təhrik edə bilər. Bunlardan başqa, Putinin qlobal cənuba və ona rəğbət bəsləyən qərblilərə Ukrayna müharibəsi ilə bağlı mesajı Qərbi Rusiyanın güvənliyinə, özəlliklə Kiyevin NATO-ya üzv olmağa çalışması və Qərblə hərbi əlaqələrinin artması ilə bağlı Rusiyanın legitim narahatlığına biganə qüvvə kimi göstərir. Nüvə silahlarından istifadə dostlar qazanmaq və insanlara təsir etmək üçün pis üsul olardı. Bundan da önəmlisi, Pekinlə Moskva arasında "limitsiz dostluq" olsa da, prezident Si Cinpin Ukraynada nüvə silahlarından istifadəyə qarşı olduğunu aydın ifadə edib".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ