Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistana ABŞ hərbi bazaları yerləşdiriləcək - Rusiya şokda...

Image


ABŞ və Ermənistan İrəvanda keçirilən danışıqların ardınca iki ölkənin gömrük xidmətlərinin "qarşılıqlı köməkləşməsinə" dair saziş imzalayıb. Tərəflər strateji tərəfdaşlıq komissiyasının yaradılması barədə də razılığa gəliblər. 

Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn danışıqlardan sonra deyib ki, müzakirələrdə diqqət demokratik inkişaf, iqtisadi şaxələndirmə, müdafiə islahatları və Avroatlantika əməkdaşlığına yönəldilib. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, görüş iki ölkə arasında yüksək siyasi səviyyədə dialoqu nümayiş etdirir: "İkitərəfli gündəlik Ermənistanın dayanıqlığı və davamlı inkişafı üçün kritik olan istiqamətlər də daxil genişlənməkdə davam edir". Qeyd edək ki, iki ölkə arasında gömrük əməkdaşlığı müqaviləsini Ermənistan Gömrük Komitəsinin sədri Rustam Badasyan və ABŞ-ın İrəvandakı səfiri Kristina Kvien imzalayıb. O’Brayn deyib ki, razılaşma ABŞ və Ermənistan gömrük xidmətləri arasında "informasiya mübadiləsini" nəzərdə tutur. Razılaşma ikitərəfli ticarət əlaqələrinin inkişafına təkan verməlidir. Ermənistanın gömrük məlumatlarına görə, ötən il iki ölkə arasında ticarətin həcmi 670 milyon dollara çatıb. Müqayisə üçün bildirilir ki, Ermənistan və Rusiya arasında 2023-cü ildə ticarətin həcmi 7.3 milyard dollar təşkil edib. Bu rəqəm Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki dəfə artıb. Rusiyanın vəzifəli rəsmiləri xəbərdarlıq edirlər ki, Ermənistan hökuməti Qərbə doğru yaxınlaşmaq kursunu davam etdirərsə, İrəvan-Moskva əlaqələrinə düzəlməsi mümkün olmayan ziyan vurula bilər. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, xüsusilə də Ermənistanın ölkənin milli məlumat bazasına və həssas informasiyaya Qərb üçün giriş verməsini təhlükəli addım adlandırmışdı. Ancaq bütün bunlara rəğmən, O’Brayn deyib ki, Vaşinqton İrəvanla müdafiə və təhlükəsizlik sahəsində bağlarının dərinləşdirilməsi üzərində işi davam etdirəcək: "Biz iqtisadi imkanlarımızı Mərkəzi Asiyadan Aralıq dənizinədək olan ərazidə genişləndirmək üzərində işləyirik. Əgər Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa bu imkanlar daha da genişlənəcək. Biz bu istiqamətdə göstərilən səyləri dəstəkləməkdən məmnunuq". Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda stabil və ləyaqətli sülhün bərqərar olunmasına töhfə vermək üçün böyük potensiala malikdir.

Bütün bunlar, gözlənildiyi kimi, Rusiyada sərt etirazla qarşılanır.  Rusiyalı hərbi ekspert İqor Korotçenko strateji tərəfdaşlıq komissiyasının yaradılması haqqında danışarkən qeyd edib ki, bu, Ermənistanın əvvəlki hakimiyyəti dövründə, postsovet məkanında ən böyük Amerika səfirliyi İrəvanda yaradıldığı zaman başlayan xəttin davamıdır: "ABŞ-ın Ermənistandakı məqsədləri Cənubi Qafqazda möhkəmlənmək, Rusiyanı oradan sıxışdırıb çıxarmaq və regionu Amerikanın geosiyasi məqsədlərinə uyğun formatlaşdırmaqdır". O bildirib ki, strateji tərəfdaşlıq sazişinin imzalanması Vaşinqtonun regionda konsolidasiyası və eyni zamanda Rusiya-Ermənistan hərbi və müdafiə əməkdaşlığının məhdudlaşdırılmasında mühüm mərhələdir: "Gələcəkdə bu, Ermənistanda Amerika hərbi bazalarının yaranmasına səbəb ola bilər. Söhbət ilk növbədə Erebunidə ABŞ Hərbi Hava Qüvvələri bazasının yaradılmasından və xüsusilə İrana, eləcə də Rusiyaya və regionun digər dövlətlərinə qarşı elektron casusluq aparmaq üçün ABŞ elektron kəşfiyyat mərkəzinin yerləşdirilməsindən gedir. Bu baxımdan, təbii ki, Ermənistan Amerika hakimiyyəti üçün qeyd-şərtsiz maraq kəsb edir. Lakin bundan əlavə, Vaşinqtonun vəzifələrindən biri postsovet məkanında dağıdıcı proseslərə başlamaqdır. Gələcəkdə onlar qeyri-sabitlik qurşağı yaratmağa çalışacaqlar ki, cənubda Rusiyaya qarşı ikinci cəbhə açsınlar". Politoloq diqqəti amerikalı diplomatların Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin dəstəklənməsinə dair bəyanatları ilə Vaşinqtonun regiondakı əsl məqsədləri arasındakı ziddiyyətə yönəldib: "Birləşmiş Ştatlar tərəflərin Bakı ilə İrəvan arasında tamhüquqlu sülh müqaviləsi əldə etməsinə mane olmağa çalışır. Onlar həmçinin müxtəlif növ silahlar verməklə, Amerika hərbi məktəblərində və akademiyalarında erməni zabit və generalları öyrətməklə İrəvanın hərbi ambisiyalarını dəstəkləyirlər. Və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçməsi ilə MKİ Ermənistan xarici kəşfiyyatının mühüm tərəfdaşına çevriləcək. Paralel olaraq, ABŞ Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin formatını tamamilə pozmağı və KTMT-dən çıxacağı təqdirdə İrəvana heç bir problem yaranmayacağını zəmanət altına almağı qarşıya məqsəd qoyub". Ekspertin sözlərinə görə, bu siyasi proqramda Ermənistanın "Axilles dabanı" iqtisadiyyat olaraq qalır: "Çünki o, əsasən Rusiya ilə bağlıdır. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət-iqtisadi əlaqələr - xüsusilə antirusiya sanksiyaları fonunda – Ermənistana ÜDM artımında tamamilə fantastik göstəricilərə nail olmağa imkan verdi. Bu, təbii ki, Paşinyanın komandası üçün əngəl deyil, onların əsas vəzifəsi hakimiyyəti saxlamaqdır. Bu baxımdan, yeni strateji tərəfdaş kimi ABŞ-a güvənmək regionda gələcək geosiyasi və hərbi prosesləri böyük ölçüdə müəyyən edəcək amil olacaq". Bütün bunlar İrəvanın Rusiya ilə gərginliyini artırır və bu, Ermənistanın Ukrayna ssenarisini təkrarlamaq risqi ilə bağlı xəbərdarlıq edir. Bu xüsusda  "news.ru" portalı qeyd edir ki, ABŞ-ın  Kabil və Kiyevdəki kimi Ermənistandan imtina edəcəyi təqdirdə İrəvanı nələr gözlədiyini Ermənistan rəhbərliyi bilməlidir: "İrəvanda O’Brayn və baş nazir Nikol Paşinyanın iştirak etdiyi "Ermənistan-ABŞ Strateji Dialoqu" toplantısı keçirilib. O`Brayn Paşinyanın islahatlarını alqışlayıb, onların qlobal iqtisadiyyata inteqrasiya və ölkənin demokratikləşməsi üçün əhəmiyyətini vurğulayıb. Dövlət katibinin müavini kibertəhlükəsizlik və enerji təhlükəsizliyi ilə bağlı işlərin davam etdirilməsini də xatırladıb, ilk birgə təlimləri xatırladıb və İrəvandan daha çox şey gözlədiyini bildirib. Bundan əlavə, o, regionda iqtisadi imkanların genişləndirilməsi üçün Azərbaycanla barışmanın vacibliyini vurğulayıb. Analitiklər vurğulayıblar ki, Rusiya rəsmiləri Ermənistanın Qərblə yaxınlaşmasını təhlükə sayır və hesab edirlər ki, ABŞ Ermənistandan Rusiyaya strateji məğlubiyyət vermək üçün istifadə edir. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski və ukraynalı politoloq Vladimir Skaçko xəbərdarlıq edirlər ki, Ermənistan Ukraynanın taleyi, o cümlədən deqradasiya və idarə olunan xaos yaratmaqla üzləşə bilər. Rusiyanın etirazına səbəb olan Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən sonra Moskva ilə İrəvan arasında münasibətlər pisləşib. Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı ölkəsini aldatmaqda ittiham edib ki, bu da, onun fikrincə, Ermənistanı Qərbə yaxınlaşmağa vadar edib". 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ