Cümə axşamı günü, 05 noyabr 2026
     

Kilsə Ermənistanda dini dövlət quruculuğuna başladı - Paşinyanın növbədənkənar seçki planı var...

Image


Son günlər Ermənistanda növbədənkənar parlament seçkiləri mövzusu xeyli aktuallaşıb. Bəzi erməni media vasitələri baş nazir Nikol Paşinyanın özünün bu il növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırdığını və bu barədə qərarın bir neçə gün əvvəl hakim "Vətəndaş müqaviləsi" partiyasının iclası zamanı verildiyini yazır. 

Həmin KİV hökumətdəki mənbələrinə istinadən qeyd edir ki, bununla Paşinyan müxalifət partiyalarının parlamentdəki yerlərinin sayını azaltmaq istəyir. Həm də əsas məqsəd odur ki, Paşinyan erkən seçkilərlə siyasi meydanı tam şəkildə ələ keçirəcək və seçkilərə qədər yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməyəcək.

Düzdür, parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib ki, Ermənistanın  seçki mexanizmi var və orada müddətlə bağlı məqamlar dəqiq göstərilib: "Dünya seçkiləri ona görə icad edib ki, insanlar küçələrə çıxmasın və kimsə soruşmasın ki, hakimiyyəti dəyişmək üçün nə qədər adam kifayətdir". 2018-ci ildə niyə küçələrə çıxıb hakimiyyət dəyişikliyi həyata keçirdiklərini soruşduqda Rubinyan belə cavab verib: "2018-ci ildə demokratik, azad və şəffaf seçki mexanizmi yox idi. Ona görə də seçki nəticəsində hakimiyyət seçiləndə insanlar bunu legitim hesab etmirdilər. Buna görə də inqilab baş verdi. 2018-ci ildən bəri keçirilən heç bir seçkidə şəffaflıq və ədalətlilik baxımından mübarizə aparılmayıb". Lakin növbədənkənar seçkilərlə bağlı mətbuatda dolaşan şayiələr erməni müxalifətini çaşdırıb və Paşinyanın rəqibləri dərhal absurd tələblər irəli sürməyə başlayıblar. Bu xüsusda "armenuanreport" poratlı yazır: "Müxaliflər deyirlər ki, Paşinyan baş nazir olmasa, biz bu seçkilərdə iştirak etməyə hazırıq. Bu barədə Köçəryanın "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə söhbətində bildirib. "Nikol Paşinyan istefa verdiyini və baş nazir səlahiyyətlərini icra etməyəcəyini bəyan etməlidir", - Minasyan bildirib. Razılaşın, bu kifayət qədər absurd tələbdir. Bu, şübhəsiz ki, bir tərəfdən müxalifətin yeni seçkilərdən qorxduğunu göstərir, digər tərəfdən də cəmiyyəti müxalifətin mandatlardan möhkəm yapışdığına inandırır. Və həqiqətən də belədir. Baxın, 2020-ci ildən bəri Köçəryan, Sarkisyan və indi də kilsənin Paşinyanı küçə etirazları ilə devirmək cəhdləri uğursuz nəticələnib. Parlament müxalifəti də hökumətə impiçment elan etmək cəhdlərində uğursuzluğa düçar oldu. Onların bütün hərəkətləri sıfır nəticə verdi. Bu başadüşüləndir - ölkədə indiki hakimiyyəti heç olmasa müxalifətlə dialoqa getməyə məcbur edəcək güclü ictimai təzyiq yoxdur. Robik, Serjik və kilsə bunu başa düşür. Onlar çox yaxşı xatırlayırlar ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə cəmi 36 mandat qazana bildilər və Paşinyanın partiyası 44 günlük müharibədə məğlubiyyətdən sonra belə, 54% səs və parlamentdə 72 yer qazandı. Müvafiq olaraq, Paşinyan parlamentdə istənilən qanunu qəbul edə bilər və heç bir şəkildə öz fəaliyyətinə məhdudiyyət qoymur. Müxalifət isə birlikdə hakimiyyətə təsir etmək üçün heç bir alətə malik deyil. Əgər gələn bazar günü növbədənkənar seçkilər keçirilsə, əminəm ki, "Hayastan" və "Şərəfim var" daha az səs alacaq. Niyə? Bəli, ona görə ki, son üç ildə onlar yalnız öz mandatları uğrunda ayağa qalxıb, ölkədə vəziyyətin yaxşılaşdırılması üçün yox, səriştəsiz siyasətçi statuslarını gücləndiriblər. Ona görə də onlar erkən seçkilərin mümkünlüyündən qorxurlar. 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərini gözləmək daha yaxşı olardı. Heç olmasa bu bir-iki ildə onlar mandatlardan həzz ala biləcəklər. Axı, sonradan bunu da itirə bilərlər".

Bu vəziyyətdə kilsənin də etirazları nəticə vermir. Hətta Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır ki, "Vətən naminə Tavuş" hərəkatının lideri, Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyanın ətrafına nə qədər az adam toplaşarsa, keşiş bir o qədər aqressiv olur: "Baş nazirin əleyhdarları polisi küçə toqquşmasına sövq etməyə çalışsalar da buna nail ola bilməyiblər. İndi müxalifət parlamentin girişində çadır şəhərciyi quraraq parlament prosedurları ilə baş naziri devirməyə cəhd göstərməyə çalışır.

"Mən əminəm ki, biz uğur qazanacağıq, çünki hərəkat geri dönüşü olmayan nöqtəni keçib. Geri çəkilməyə yerimiz yoxdur, evə qayıda bilmərik, çünki getsək, hər şeyi itirəcəyik", - Vətən naminə Tavuş" hərəkatının təşkilatçılarından biri Suren Petrosyan bildirib. Ancaq qanuni prosedurlarla da hər şey plana uyğun getmir. Qalstanyan bir ay ərzində tərəfdarlarına söz verdi ki, hökumət başçısının impiçmentinə nail olacaqlar. Bu prosesə başlamaq üçün 36 parlamentariin səsi, onun uğurla başa çatması üçün isə 54 səs lazımdır. İki müxalifət fraksiyasının – "Hayastan" və "Şərəfim var" – ümumilikdə 35 xalq nümayəndəsi var. Üstəlik, İrəvanda etirazların başladığı bir ay ərzində Paşinyanın əleyhdarları bir nəfər də olsun başqa deputatı öz tərəflərinə çəkə bilməyiblər. Bununla bağlı "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, müxalifət baş nazirin impiçmentini deyil, onun istefasını tələb edəcək. Əsas fərq ondan ibarətdir ki, birinci prosedur hökumət başçısının işdən çıxarılmasına, ikincisi isə parlamentin bunu istədiyi mesajına gətirib çıxarır.  33 müxalifət parlamentarisi Paşinyanın istefası çağırışına səs vermək təklifini imzalayıb. Digər iki nəfər isə "texniki səbəblərə görə" bunu edə bilməyib. Eyni zamanda, hakim "Vətəndaş müqaviləsi" partiyası təşəbbüsü nəzərdən keçirməkdən imtina edib. Belə ki, iyunun 17-də axşam saatlarında parlamentin bu mövzuda növbədənkənar iclası keçiriləcək, lakin hökumətyönlü deputatlar olmadan Paşinyana edilən heç bir müraciət son nəticədə qəbul edilməyəcək. "Bunu etməyimizin ən azı bir səbəbini göstərin. Hər il "sifətlərini" dəyişirlər, eyni tələbləri irəli sürməkdə davam edirlər... Yəni hər dəfə 10-20 min adam toplayanda hökumət istefa verməlidir? İki müxalifət qruplaşması birlikdə 300 min vətəndaşın səsini alıb, onlar haradadır? Heç olmasa üçdə birini yığsınlar", - parlamentin spikeri Alen Simonyan bildirib. Öz növbəsində, Qalstanyanın tərəfdarları hakim partiyanın deputatlarına ümumiyyətlə işləməyə icazə verməyəcəklərinə söz verirlər. "Qalstanyan artıq auditoriyasını genişləndirmək barədə düşünmür. Əvəzində azalmaqda olan tərəfdarlarını səfərbər etməyə çalışır. Əslində, həmişə onun yanında olacaq ən sadiq insanlar qalır. Bununla bağlı demaqogiyadan daha şiddətli taktikaya keçid var. Bu, belə hərəkatlar üçün kifayət qədər tipik hekayədir: nə qədər az adam olarsa, bir o qədər də zorakılığa meyllidirlər", politoloq Mikael Zolyan deyir. Lakin ekspertin fikrincə, insanlar daha bir neçə həftə etiraz edə və ya payızda etirazları bərpa etmək üçün yayda fasilə verə bilərlər. Bundan əlavə, Zolyan istisna etməyib ki, Qalstanyan zorakı təzyiqə məruz qalmaq istəyir, bu, bir tərəfdən ona siyasi mübarizəni dayandırmaq, digər tərəfdən isə simasını xilas etmək imkanı verəcək. Eyni zamanda, müxalifətin parlamentin yox, hökumətin buraxılmasına can atması diqqət çəkir. Paşinyanın rəqibləri növbədənkənar seçkilərdə qətiyyən maraqlı deyillər, çünki onların nəticələrindən narahatdırlar. Xüsusilə Qalstanyan "Ruhani Ermənistan" qurmaq üçün müvəqqəti hökumətə rəhbərlik etmək və sonra Milli Məclisin yeni tərkibini seçmək istəyir. Bununla belə, politoloq Qrant Mikaelyan hesab edir ki, arxiyepiskopun yalnız mayın 9-na kimi real fəaliyyət planı var idi. Həmin gün etiraz hərəkatının zirvəsi idi. Növbəti addımlar təsadüfi olaraq atıldı. "Çox güman ki, parlament vasitəsilə Paşinyanın istefasına nail olmaq üçün uğursuz cəhddən sonra Qalstanyan yayın sonuna qədər fasilə verəcək. Payızda etirazlar yenidən başlaya bilər", - deyə Mikaelyan bildirib". 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ