Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni nazirin sözlərinə görə, sazişi elə "bu dəqiqə" imzalamaq olar, lakin...

Image


Abutalıb Səmədov: "İki ildir sülhün imzalanmasının qarşısını Ermənistan alır"

"Bakı və İrəvanın sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün real imkanı var".  Ermənistan KİV-in yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-Ermənistan Strateji Dialoqu üzrə yekun iclasın açılışında deyib.

Azərbaycanla sülh sazişi layihəsi üzərində işi yekunlaşdırmaq üçün tarixi məqamın olduğunu deyən Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanaraq sərhədlərin delimitasiyasına sadiq olduğunu əlavə edib. "Sülh sazişi layihəsini yekunlaşdırmaq üçün tarixi real məqamdır, bu sülh sazişinin imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər", - Ermənistan XİN rəhbəri deyib.

Mirzoyan konkret nəyi, hansı imkanları nəzərdə tutur?

"Ümid edək ki, bu təxribatçı prinsiplər təklif etməkdən və təxribatçı mövqe tutmaqdan Ermənistan nəhayət imtina etmək qərarına gəlib" 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "Məlumdur ki, sülh sazişi təqribən iki il bundan əvvəl də imzalana bilərdi, lakin bu imzalanmanın qarşısını Ermənistan aldı. O dövrdə Ermənistan tələb edirdi ki, sülh sazişi Minsk qrupu çərçivəsində imzalansın, eyni zamanda Qarabağın statusu qeyd olunsun. Hətta Rusiya belə bir layihə ilə də çıxış etdi və 2022-ci ilin sonlarında keçirilən Soçi sammitində Azərbaycan Prezidenti hər iki dövlət rəhbərinin kəskin şəkildə cavabını verdi, "Qarabağ məsələsi bitib və bu məsələ müzakirə oluna bilməz" dedi. Ondan sonrakı dövrlərdə Rusiya layihəni çəkdi, ancaq Ermənistan başqa bir bəhanə gətirdi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərlə təmin olunması məsələsini ortaya atdı, beynəlxalq qurumları, ilk növbədə Avropa İttifaqını bu prosesə qoşmağa  çalışdı, bu da sülh sazişinin imzlanmasına mane oldu və Alen Simonyan özü etiraf edirdi ki, əgər onlar Qarabağ məsələsini qaldırmasaydılar sülh sazişini artıq bir neçə dəfə imzalamaq mümkün olardı. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suverenliyini tam təmin etdi və ermənilər Azərbaycan ərazisini tərk etdilər"-deyə bildirdi. 

A.Səmədov qeyd etdi ki, onların artıq hüquq və təhlükəsizliyinin təminatı məsələsi də gündəlikdən çıxdı, ancaq Ermənistanın bəhanələri kəsilmədi. A.Səmədovun sözlərinə görə, bu dəfə 2023-cü ilin sonlarında keçirilən Qranada sammitində üç prinsip ortaya atdılar və bunun altından həm Avropa Birliyinin rəhbəri, həm Almaniya kansleri, həm Fransa prezidenti, həm də Nikol Paşinyan imza atdı. "Həmin prinsiplər. çox təəssüf ki, sülh sazişinin imzalanması yolunda əsas maneədir. Yeri gəlmişkən, bu yaxınlarda keçirilən Almatı görüşü ərəfəsində Ermənistanın xarici işlər naziri həmin prinsipləri bir daha təkrarladı. Çox təəssüf ki, bu da danışıqların gedişində öz təsirini göstərdi və arzu olunan nəticə əldə olunmadı. Ermənistan nəyi tələb edir və Azərbaycan nəyi qəbul etmək istəmir? 

Birincisi, ərazi bütövlüyü məsələsidir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır. Məsələn, Ermənistan bunu rəqəmlərlə göstərməyi tələb edir. Azərbaycanın mövqeyi  bundan ibarətdir ki, rəqəmlər delimitasiya və demarkasiya məsələsindən sonra müəyyənləşəcək, bəri başdan dəqiq rəqəm göstərmək yanlış olar. Ermənistan nədənsə bunu başa düşmək istəmir, istəyir mütləq ora yazılsın ki, Ermənistan ərazisi 29 min 743 kvadrat kilometrdir. İkinci   anlaşılmazlıq delimitasiyanın aparılacağı xəritələrlə bağlıdır. Ermənistan tələb edir ki, 1975-ci il xəritəsi əsasında aparılsın, Azərbaycan konkret bir xəritə əsasında delimitasiyanın aparılmağını qəbul etmir, hesab edir ki, digər xəritələr də bu prosesdə nəzərdən keçirilməlidir. Digər tərəfdən, Almatı bəyannaməsini Ermənistan ortaya atır. Almatı bəyannaməsində guya inzibati sərhədlər müəyyənləşdiyinə görə Almatı bəyannaməsi ərəfəsində qüvvədə olan xəritə, konkret 1975-ci il xəritəsi təklif olunub.  Azərbaycan Prezidenti buna da aydınlıq gətirdi ki, Ermənistan-Azərbaycan sərhədinin xeyli hissəsində, xüsusilə dağlıq ərazilərdə inzibati sərhədlər olmayıb. Ona görə Almatı bəyannaməsinə istinad edib konkret 1975-ci il `xəritəsini əsas götürmək mümkünsüzdür. Artıq məlumdur ki, bir sərhəddin təqribən 12, 10-da 5 kilometri delimitasiya və demarkasiya prosesindən keçib". 

A.Səmədov vurğuladı ki, 1976-cı il xəritəsi əsas götürülüb, ancaq digər ərazilərdə bu cür hərəkət etmək, ola bilsin, mümkün olmasın. A.Səmədov qeyd etdi ki, burada da  Ermənistanla tam razılığa gəlmək alınmır.  "Ancaq ən böyük problem üçüncü prinsiplə bağlıdır. Ermənistan kommunikasiyaların dövlətlərin suverenliyi, yurisdiksiyası, qarılılıqlılıq və bərabərlik prinsipləri əsasında açılmasını təklif edir. Azərbaycan bunu qəbul etmir və etməsi mümkün də deyil.  İzah edirik: Naxşıvandan Azərbaycanın digər hissəsinə, əsas hissəsinə gələn kommunikasiyanın statusu Ermənistandan Çinə gedən kommunikasiyanın statusu ilə eyni ola bilməz. Azərbaycandan Azərbaycana gələn kommunikasiyalarda müəyyən güzəştli şərtlər nəzərdə tutulur. Biz Kalinqrad modelindən istifadə etməyi təklif edirik. Üstəlik, 10 noyabr bəyanatında açıq şəkildə yazılıb ki, Ermənistandan Azərbaycanın Qərb rayonlarına maneəsiz hərəkət təmin olunmalıdır və maneəsiz sözü güzəştli şərtlərin tətbiq edilməsini tələb edir. Ermənilər bunu qəbul etmək istəmirlər və deyirlər ki, kommunikasiyalar qarşılıqlılıq və  bərabərlik əsasında açılsın. Yenə də izah olunmasına baxmayaraq ki, burada çox fərqli kommunikasiyalardan söhbət gedir, Azərbaycandan Azərbaycana gələn kommunikasiya ilə Ermənistandan Rusiyaya, yaxud Çinə, ya Orta Asiyaya gedən kommunikasiyanın statusu eyni ola bilməz. Yəni bunu başa düşmək üçün elə böyük ağıla da ehtiyac yoxdur. İndi Mirzoyan sülh sazişini imzalamağın mümkünlüyündən danışır. Ümid edək ki, bu təxribatçı prinsiplər təklif etməkdən və təxribatçı mövqe tutmaqdan Ermənistan nəhayət imtina etmək qərarına gəlib. Çünki iki ildir ki, sülhün imzalanmasının qarşısını Ermənistan alır. Mirzoyan deyirsə ki, artıq sülh sazişini imzalamaq realdır, deməli Ermənistan süni maneələri aradan qaldırmaq qərarına gəlib. Nəzərə alsaq ki, bu günlərdə ABŞ dövlət katibinin müavini Ermənistanda olub, görünür, müəyyən qədər onlar da Ermənistana nəyisə başa salmağa çalışıblar. Ümid edək ki, bu görüş nəticəsiz qalmayıb, yaxın vaxtlarda sülh sazişini imzalamaq   mümkün olacaq"-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ