Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan müxalifəti fövqəladə sessiya çağıra bilmədi...

Image


Mətin Məmmədli: "Hazırda Ermənistanda kifayət qədər ziddiyyətli məsələlər müşahidə edilir"  

Ermənistan Parlament Şurası Nikol Paşinyan hökumətinə etimadsızlıq iclasını çağırmaqdan imtina edib. Bu barədə jurnalistlərə Paşinyanın "Mülki müqavilə" partiyasının fraksiya rəhbəri Hayk Kondjiryan məlumat verib.

O qeyd edib ki, Ermənistan Milli Assambleyasının Şurası iki müxalifət fraksiyasının – "Ermənistan" və "Mənim şərəfim var" partiyasının parlamentin növbədənkənar iclasının keçirilməsi və orada etimadsızlıq ifadəsi məsələsinə baxılması təklifini rədd edib. "Bütün Mülki Müqavilə fraksiyası bu layihənin əleyhinə səs verdi", deyə - Hayk Kondjiryan görüşdən sonra deyib.

O həmçinin bildirib ki, müxalifətin, qanuna əsasən, iyunun 17-də belə bir gündəmlə iclas keçirməyə təşəbbüs etmək hüququ var. Lakin onun sözlərinə görə, bu iclasda hakim qüvvədən olan deputatlar iştirak etməyəcək. "Bizim belə bir gündəliyimiz yoxdur, ona görə də bu gündəliyi müzakirə etmək fikrində deyilik. Ermənistanın qanuni parlamenti, legitim baş naziri, legitim hökuməti var. Buna görə də bizim belə bir gündəmimiz yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan hökumətinə etimadsılıq iclasının çağırılması ilə bağlı  sözügedən müxalifət partiyaları ilə fırıldaqçı keşiş Baqrat Qalstanyan arasında sövdələşmə aparılmışdı. Onlar Baqrata söz vermişdilər ki, bu iclasın çağırılmasına nail olacaqlar, lakin göründüyü kimi, iclas baş tutmayıb.

"Bunlar ziddiyyətli xəbərlərdi, bu da ondan xəbər verir ki, Ermənistan..." 

Məsələ ilə bağlı şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə "İyunun 10-u axşamı belə bir məlumat yayıldı ki, Ermənistan Parlamentinin spikeri iyunun 17-də Ermənistan hökumətinə etimad məsələsinin gündəliyə çıxarılacağını deyib. Hətta Ermənistanın bəzi media resursları qeyd etdilər ki, Ermənistan hökumətinin buraxılması və sair də gündəlikdə var. Ancaq indi də belə bir məlumat yayılıb ki, Ermənistan Parlament Şurası Paşinyan hökumətinə etimadsızlıq iclasını çağırmaqdan imtina edib. Bunlar ziddiyyətli xəbərlərdi, bu da ondan xəbər verir ki, Ermənistan siyasəti növbəti dəfə siyasi böhrana daxil olur, Ermənistan hökuməti və müxalifət qüvvələri arasında kifayət qədər problemin olduğu məlumdur. Ola bilsin, eləcə də artıq Ermənistan hakimiyyəti, hakim elitası daxilində də müəyyən ziddiyyətlər, fikir ayrılıqları var. Bu da ehtimallardan biri kimi qəbul edilə bilər. 

Bu da, sözsüz ki, son dövrlərdə Ermənistan müxalifətinin fəallaşması ilə bağlıdır. Demək olar ki, hər gün Ermənistanda etiraz aksiyaları keçirilir, Ermənistanın müxtəlif bölgələrində və paytaxt İrəvanda Ermənistan Parlamenti qarşısında aksiyalar gerçəkləşdirilir. Bir şeyi də müşahidə edirik ki, son günlər etirazçılar müəyyən mənada etiraz aksiyalarında müxalifətin sayını artıra biliblər"-deyə bildirdi. 

M.Məmmədli qeyd etdi ki, neytral müşahidəçilərin qiymətləndirməsinə görə, təxminən 20-25 minlik bir qüvvə toplaya biliblər. "Ancaq bunu da əlavə etmək istərdim ki, bu qüvvə ilə, hələ ki, Ermənistanda inqilabi dəyişiklikləri həyata keçirmək yetərli deyil. Yəni bu dəyişiklikləri həyata keçirmək üçün Ermənistan müxalifəti, revanşistlər daha böyük dəstək əldə etməlidirlər. Bu dəstəyi əldə edə biləcəklərmi? Bu da sual doğurur. Çünki nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində revanşist qüvvəllərin elə də böyük nüfuzu yoxdur. Baxmayaraq ki, Nikol Paşinyanın da reytinqi son dövrlərdə xeyli düşüb, amma əks qüvvənin də reytinqi yüksək deyil. Ona görə də, qeyd etdiyim kimi, hazırda Ermənistanda kifayət qədər ziddiyyətli məsələlər müşahidə edilir.  Düşünürəm ki, Ermənistanın Baş naziri Paşinyan Ermənistan hakimiyyətini, xüsusilə də güc strukturlarını nəzarətdə saxlaya biləcəksə, bu böhrandan da çıxa bilər, yox, əgər Ermənistan hakimiyyətində ciddi ixtilaf yaranarsa, o, güc strukturlarının üzərində nəzarəti itirərsə, Ermənistan müxalifəti, revanşist qüvvələr daha böyük qüvvə ilə ortaya çıxa biləcəksə, Ermənistan cəmiyyətindən daha böyük dəstək qazanacaqsa onda öz məqsədlərinə nail ola bilərlər. Hər halda baxaq, görək nə baş verir... Düşünürəm ki, istənilən halda Ermənistanda baş verən proseslər həm də regiondakı proseslərə, o cümlədən də Ermənistan-Azərbaycan danışıqlar prosesinə əhəmiyyətli dərəcədə təsir edəcək"-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA      



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ