Cümə axşamı günü, 05 noyabr 2026
     

BMT Baş Assambleyası Qərbi azərbaycanlılar barədə qərar qəbul edəcək...

Image


BMT Baş Assambleyası Gürcüstandan olan bütün məcburi köçkünlərin və qaçqınların Abxaziya və Sxinvaliyə qayıtmaq hüququnu təsdiq edən qətnamə qəbul edib. 

Qətnaməyə əsasən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün məcburi köçkünlər və qaçqınlar, eləcə də onların övladları Gürcüstanda, o cümlədən Abxaziya və Sxinvali bölgəsində (Cənubi Osetiya) öz evlərinə qayıtmaq hüququna malikdirlər. Qətnamə Gürcüstanda münaqişələrdən zərər çəkmiş bütün məcburi köçkünlərin və qaçqınların mülkiyyət hüquqlarına hörmət edilməsinin və bu hüquqların pozulması ilə əmlak əldə etməkdən çəkinməyin zəruriliyini bir daha təsdiq edir. 

BMT Qərbi azərbaycanlılarla bağlı da belə qərarı verməlidir ki, soydaşlarımız geriyə öz yurdlarına qayıtsınlar.

BMT-nin belə bir qətnaməni Ermənistandan qovulmuş azərbaycanlılara da aid edərək qəbul edilməsi perspektivlərinə necə baxmaq olar? Azərbaycanlıların Ermənistandana qayıtması üçün belə bir qətnamənin qəbul edilməsi istiqamətində hansı işlər görmək olar? Nə etmək lazımdır ki, belə bir qətnamə çıxarılsın?

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasına sorğu göndərdik, yazını çapa hazırladığımız müddətdə rəsmi cavab ala bilmədiyimiz üçün ekspertə müraciət etdik. Qərbi Azərbaycan İcmasından açıqlama verilərsə, onu da işıqlandıracağıq. 

Akif Nağı: "BMT-nin diqqətinə çatdırmaq lazımdır ki..." 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası Gürcüstanla, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya məsələsi ilə bağlı dəfələrlə qətnamələr qəbul edib, həmin əraziləri işğal olunmuş ərazilər kimi tanıyıb, tələblər irəli sürüb, amma onların heç biri indiyə qədər yerinə yetirilməyib. O qeyd etdi ki, BMT-nin Gürcüstanla bağlı qəbul etdiyi qətnamələr kağız üzərində qalıb, icra edilməyib. "İndi də Gürcüstandan olan qaçqınların geri qayıtması ilə bağlı qətnamə qəbul edib və bunu digər xalqlara aid edib. Onu hansı məqsədlə qəbul etdikləri məlum deyil. Doğrudanmı, onun həyata keçirilməsinə nail olacaqlar? Ancaq BMT-nin elə bir təsir imkanları yoxdur ki, o qətnamənin yerinə yetirilməsinə nail olsun, qaçqınları Cənubi Osetiyaya və Abxaziyaya qaytarsınlar. Abxaziyadan çıxan gürcülərin yaşayış vəziyyətləri çox acınacaqlıdır və onlar Sürgündə olan Abxaziya hökuməti yaradıblar. Yəni Abxaziyada yaşayan gürcülərin hökuməti. Mən onların nümayəndələri ilə görüşmüşəm, söhbətlər etmişəm. Suxumi Universiteti hazırda Tiflisdə yerləşib, bu ali məktəbin rəhbərliyi ilə də görüşmüşük. Qarabağ işğalda olduğu dövrlərdə biz onlarla intensiv görüşlər keçirirdik. Elə həmin görüşlərə görə 2014-cü ildə mənim ora gorişimə qadağa qoyuldu. Görüşlərin məqsədi gürcülərlə azərbaycanlıların işğala qarşı mübarizədə Qafqazda birliyinə nail olmaq idi. İndi bu qətnamə qəbul olunub". 

A.Nağı qeyd etdi ki, BMT-nin Baş Asslambleyasının Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların da geri qayıtması ilə bağlı qətnamə qəbul etməsi məqsədəuyğun olardı. O hesab edir ki, o qətnamənin "Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz yurdlarına qayıtması məsələsini Azərbaycan Prezidenti qoyub. Soydaşlarımızın Qərbi Azərbaycana qaytarılması ilə bağlı BMT istər qətnamə qəbul etsin, istərsə də etməsin, çünki onun qəbul etdiyi qətnamənin heç bir təsiri yoxdur. BMT vaxtilə Azərbaycanın işğalda olan əraziləri ilə bağlı qətnamə qəbul etdi. O cümlədən də 2008-ci il martın 14-də BMT Baş Assambleyasında çox müsbət bir qətnamə qəbul olundu, o qətnamə "Azərbaycanın işğal olunmuş əraziləri haqqında" adlanırdı. Amma Ermənistan onu yerinə yetirmədi. Birmənalı olaraq diqqətimizi də ora yönəltməli deyilik ki, BMT bu barədə hansısa qərar, qətnamə qəbul etsin, etsə belə, Ermənistanın onu icra etməsi çətin məsələdir. Amma sadəcə olaraq BMT-nin diqqətinə çatdırmaq lazımdır ki, siz ayrıseçkiliyə yol verirsiz, Gürcüstan qaçqınları ilə bağlı belə bir qətnamə qəbul edirsiz, amma indiki Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı bu cür qətnamə ortaya qoymursuz. BMT-ni ittiham etmək, sual qarşısında qoymaq lazımdır. Lakin bütün hallarda BMT soydaşlarımızın yenidən öz doğma yurdlarına qayıtması hüququnu tanımalıdır"-deyə bildirən A.Nağı qeyd etdi ki, Gürcüstanla bağlı qətnamə tamam başqa məqsədlə qəbul olunub, çünki Gürcüstanda proseslər gedir, bu ölkə Qərbdən uzaqlaşama çalışır. Onun sözlərinə görə, Gürcüstan da 30 il ərzində gördü ki, Qərb onların maraqlarına uyğun heç bir addım atmayıb, Gürcüstanı Avropa Birliyinə üzv etməklə şirnikləndirirlər, amma başqa iş görmək, real addımlar atmaq istəmirlər. O hesab edir ki, Qərbin siyasəti aydındır, Qərb Gürcüstanda möhkəmlənmək istəyir, orda oturmağa çalışır, amma Gürcüstanın ərazi bütövlüyü ilə bağlı problemlərini həll etməkdə maraqlı deyil.

Elnur Kəlbizadə: "Bu istiqamətdə Azərbaycan dövləti, eyni zamanda Qərbi azərbaycanlıların təmsilçisi rolunda çıxış edən icma davamlı təşəbbüslər göstərməli və BMT qarşısında bu məsələni daim qaldırmağa çalışmalıdır" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə şərhində "Təbii ki, dünyanın hər yerində olduğu kimi, uzun illər ərzində doğma yurd-yuvalarından köçməyə məcbur edilmiş, Ermənistan dövlətinin yürütdüyü siyasət nəticəsində deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı məsələsi də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tapmalıdır. Ermənistan dövləti nəinki Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması məsələsini hüquqi çərçivədə həll etməlidir, eyni zamanda uzun illər ərzində Azərbaycan Respublikası ərazisində yaşamış Qərbi azərbaycanlıların inkişafına, yaşayışına Azərbaycan dövlətinin sərf etdiyi vəsait Ermənistan tərəfindən təzminat olaraq dövlətimizə ödənilməlidir"-deyə bildirdi. 

E.Kəlbizadə bildirdi ki, çünki Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarından deportasiyası nəticəsində həm soydaşlarımıza, həm də Azərbaycan dövlətinə Ermənistan tərəfindən külli miqdarda maddi zərər vurulub. "Ermənistan soydaşlarımıza həm maddi, həm mənəvi zərər vurub. Bu səbəbdən də bu məsələlər Ermənistan dövlətinə hüquqi məsuliyyət yaradır. İndiki mərhələdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdış hüququnun bərpa edilməsi Ermənistan dövlətinin bu istiqamətdə atmalı olduğu ən minimum addımlardan biri olmalıdır. BMT dünyanın və Qafqzın digər bölgələrində öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış qaçqınların və məcburi köçkünlərin geri qayıdış hüquqlarının bərpası ilə bağlı qətnamələr, sənədlər qəbul edirsə, eyni şəkildə Qərbi azərbaycanlılarla bağlı da qərarlar qəbul edilə bilər. 

Bu məsələdə BMT və digər beynəlxalq təşkilatlar ikili standartlardan çıxış etməməlidir. Bu istiqamətdə Azərbaycan dövləti, eyni zamanda Qərbi azərbaycanlıların təmsilçisi rolunda çıxış edən icma davamlı təşəbbüslər göstərməli və BMT qarşısında bu məsələni daim qaldırmağa çalışmalıdır"-deyə E.Kəlbizadə qeyd etdi. 

E.Kəlbizadənin fikrincə, BMT Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin olunması istiqamətində Azərbaycanın mövqeyini dəstəkləməlidir.      

Bir daha vurğulayaq ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasına sorğu göndərmişik, sorğunun cavabı redaksiyamıza daxil olduqda onu da işıqlandıracağıq.               

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ