Cümə axşamı günü, 05 noyabr 2026
     

“Belfast Sazişi” Ermənistanın konstitusiya dəyişikliyi üçün əla nümunədir...

Image


Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiası yer aldığından, bu hal Cənubi Qafqazda sülh prosesinə ciddi əngəl yaradır. İndi Ermənistanda yeni geosiyasi və regional şərait nəzərə alınaraq, bu ölkənin yeni baş qanununun hazırlanması vacibdir.

Çünki Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir.

Xatırladaq ki, Ermənistan konstitusiyası 5 iyul 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyaya dəyişikliklər edilib. Ermənistan Konstitusiyasının 1-ci maddəsində deyilir: "Erməni xalqı, Ermənistanın İstiqlal Bəyannaməsində təsbit edilmiş Ermənistan dövlətçiliyinin təməl prinsiplərini və ümummilli hədəfləri əsas götürərək, suveren dövlətin bərpası üçün azadlıqsevər əcdadlarının müqəddəs əmrini yerinə yetirərək, nəsillərin azadlığına, ümumi rifaha, vətəndaş həmrəyliyinə təminat və universal dəyərlərə sadiqlik ümidi ilə Vətənin möhkəmlənməsi və çiçəklənməsinə sadiq qalaraq Ermənistan Respublikası Konstitusiyasını qəbul edib".  Bəyannaməndə bildirilir ki, bu sənəd "1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Sovetinin və Artsax Milli Şurasının birgə qəbul etdiyi "Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi" haqqında ortaq qərara əsaslanır". Bəyannamə isə dövlətin adından qəbul edilmiş ali hüquqi dəyərə malik akt kimi qonşu Türkiyə Respublikasının şərq əyalətlərini "Qərbi Ermənistan" adlandırır, Qarabağın Ermənistan ilə birləşməsi haqqında ortaq qərara əsaslanır. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü göstərir. Azərbaycan da məhz bunun aradan qaldırlmasını tələb edir. Özü də dünya praktikasında bu xüsusda presedentlər də var. Məsələyə bu fonda nəzər salan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi beynəlxalq hüquqa aiddir və daxili məsələ deyil, çünki Bakı və İrəvan sülh sazişi üzərində işləyir: "Ermənistanda konstitusiyanın əsaslandığı bir qrup qanunvericilik aktı Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyi tanımır. Vaxtilə Robert Köçəryan, Ermənistanda 5 illik yaşayış tələbinin olmamasına baxmayaraq, prezident seçilib və bu ölkənin Konstitusiya Məhkəməsi onun o vaxt Qarabağda yaşamasını Ermənistan ərazisində yaşaması hesab edib. Buna görə də təbii ki, bu məsələ həllini tapmalıdır". O vurğulayıb ki, "Belfast Sazişi" bu məsələdə presedent ola bilər: "Bu, 1998-ci ildən bəri ən yaxşı və nisbətən yeni presedentdir. Bu sazişə əsasən, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürmüşdü". F.Şəfiyevin fikrincə, ola bilsin ki, sülh sazişində Ermənistanın konstitusiyaya dəyişiklik etmək öhdəliyinə bir növ istinad olsun: "Lakin sülh sazişi imzalanmazdan əvvəl Ermənistanın əsas qanununa dəyişiklik edilməsi prosesini başa çatdırmaq məqsədəuyğundur. Əgər o vaxta qədər bu nəticə verməsə, o zaman Ermənistan konstitusiyasına sülh sazişi imzalanandan bir il ərzində düzəlişlər edilməsi ilə bağlı konkret müddət göstərilməlidir".

Qeyd edək ki, Şimali İrlandiya 1921-ci ildə yaradılmış və İrlandiyanın qalan hissəsi müstəqil dövlət olduqdan sonra Böyük Britaniyanın tərkibində qalmışdı. Bu, Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını istəyən həmkarlar ittifaqı üzvləri ilə İrlandiya Respublikasının bir hissəsi olmaq istəyən millətçilər arasında əhalinin parçalanmasına səbəb oldu. 1960-cı illərin sonundan etibarən hər iki tərəfdəki silahlı qruplar, məsələn, İrlandiya Respublika Ordusu və Olster Könüllü Qüvvələri bombardmanlar və atışmalar həyata keçirdi. Nəticədə Britaniya qoşunları da Şimali İrlandiyaya göndərildi. Bu hal təxminən 30 il davam etdi. 10 aprel 1998-ci ildə imzalanmış "Belfast Sazişi" Şimali İrlandiyada yeni bir hökumət vasitəsilə hakimiyyəti bölüşmək üçün birlikçi və millətçi liderlər arasında bağlanmış bir pakt oldu.  Müqavilə qəbul edir ki, Şimali İrlandiyada əksəriyyət Böyük Britaniyanın tərkibində qalmaq istəyir və əhəmiyyətli azlıq birləşmiş İrlandiyanı dəstəkləyir. O, həmçinin qəbul edir ki, İrlandiya adasında bütövlükdə birləşmiş İrlandiyanı istəyən çoxluq var. Müqavilə bütün bu fikirləri etibarlı hesab edir. Ən əsası isə, "Belfast Sazişi"nə əsasən, 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitisiyası haqqında qanunlar ləğv olundu. Bu fonda  yeni qaydalar müəyyən edildi. Şimali İrlandiyanın Konstitusiyasınln 2-ci və 3-cü maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. İndi bunun Ermənistanın konstitusiyasında təsbit edilməsi mümkündür. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ