Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Parlamentinə seçkilərdən sonra Makronun taxtı çatladı...

Image


Avropa Parlamentində keçirilən seçkilərdə, gözlənildiyi kimi, ifrat sağçılar böyük uğur əldə etdilər. Bu hal Fransada özünü daha qabarıq formada büruzə verdi. Fransada ifrat sağçıların hazırkı prezident Emmanuel Makronu dəstəkləyən liberal qüvvələr üçün ciddi problemlər yaradacağına dair proqnozlar özünü doğrultdu. 

Qeyd edək ki, Fransada Avropa Parlamentinə seçkilərdə Marin Le Penin sədri olduğu Milli Birlik partiyası 31,5, Makronun İntibah  partiyası 15,2, Sosialistlər partiyası isə 14 faiz səs qazanıb. Le Penin sədri olduğu Milli Birlik partiyasından Cordan Bardelanın rəhbərlik etdiyi seçki siyahısı Avropa seçkilərində mütləq qələbə qazanıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra Bardela çıxış edərək, mütləq qələbə münasibətilə tərəfdarlarını alqışlayıb və prezidenti yeni parlament seçkiləri təşkil etməyə çağırıb.  Elə bundan  sonra Emmanuel Makron ölkədə Milli Assambleyanın buraxıldığını elan edib. O bildirib ki, Fransa Milli Assambleyasına seçkilərin 1-ci turu iyunun 30-da, 2-ci turu isə iyulun 7-də keçiriləcək: "Nəticələr Avropanı müdafiə edən partiyalar üçün yaxşı deyil. Ona görə də heç nə olmamış kimi davrana bilmərəm. Konstitusiyamızın 12-ci maddəsində tələb olunan məsləhətləşmələri apararaq, səsvermə yolu ilə bir daha sizə parlament gələcəyimizin seçimini vermək qərarına gəldim. Ona görə də Milli Assambleyanı buraxıram". Bu fonda Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Le Pen Milli Birlik partiyasının ölkə vətəndaşları ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu bildirib: "Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq". O, həmçinin, Emmanuel Makronun Milli Assambleyanı buraxmaq qərarını yalnız alqışlaya biləcəyini deyib. Ekspertlər hesab edir ki, Makron və partiyası Milli Assambleyaya seçkilərdə də ciddi məğlubiyyət yaşayacaq. Onun məğlubiyyəti daxili və xarici siyasət problemlərinin təsiri, populist partiyaların yüksəlişi və iqtisadi vəziyyətin pisləşməsi kimi müxtəlif səbəblərlə izah edilə bilər. İqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Emmanuel Makron hökumətinin səriştəsizliyi göstərilir. Bu günlərdə isə Yelisey Sarayı üçün növbəti bəd xəbər "Standard & Poor’s" reytinq agentliyindən gəlib. Qurum son hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb. Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir.  Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. Reallıq isə Makronun iddialarının əksini deyir. Ekspertlərin fikrincə, bu durumda Fransada ifrat sağçıların mühüm uğur əldə etməsi tamamilə gözlənilən idi. Onlar Avropa İttifaqında siyasi qüvvələrin ənənəvi sıralarını sarsıdıblar. Məğlubiyyət, xüsusilə Fransa prezidenti və onun İntibah partiyası üçün alçaldıcı oldu. Beləliklə, 27 Avropa dövlətinin bloku nəzərəçarpacaq dərəcədə sağa doğru irəliləyib: məsələn, baş nazir Ciorcia Meloni Avropa Parlamentində İtaliya Qardaşları üçün yerlərin sayını iki dəfə artırdı. İfrat sağçı "Almaniya üçün Alternativ" öz namizədləri ilə bağlı bir sıra qalmaqallara görə tənqid atəşinə tutulsa da, o, kansler Olaf Şoltsun Sosial Demokratlar Partiyasına qalib gəlmək üçün kifayət qədər mandat qazanıb. Politoloqlar vurğulayır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin başçılıq etdiyi Xristian Demokratlar ifrat sağçıların təsirindən ehtiyat edərək, kampaniya zamanı miqrasiya və iqlim məsələlərində daha da sağçı mövqeyə keçiblər. Onlar 720 yerlik Avropa Parlamentində ən böyük qrup olaraq qalmaqla və Aİ-də qanunvericilik səlahiyyətlərinin nəbzini tutmağa davam etməklə mükafatlandırılıblar. Amma əsas xəbər meykeri istisnasız olaraq Marin Le Penin partiyası oldu. 

İndi ekspertlər qeyd edir ki, Emmanuel Makronun parlamenti buraxması onun üçün böyük problemlər yaradacaq. Müşahidəçilərin fikrincə, bu, ciddi siyasi risqdir, çünki hakim İntibah partiyası daha böyük itkilərə məruz qala bilər ki, bu da Makronun 2027-ci ilədək prezidentlik müddətini uğurla başa vurmasına mane olacaq. Le Pen isə bu durumda qeyd edir: "Biz ölkəni yaxşılığa doğru dəyişməyə hazırıq, fransızların maraqlarını müdafiə etməyə, kütləvi immiqrasiyaya son qoymağa hazırıq". Le Penin bu çağırışı Fransada məmnuniyyətlə qəbul edilir. Avropa İttifaqının ən çox əhalisi olan Almaniyada isə ifrat sağçı Almaniya üçün Alternativ partiyası əsas namizədi ilə bağlı bir sıra qalmaqalları aradan qaldıraraq 16,5% səs toplayıb. 2019-cu ildə bu partiya 11% qazanıb. Müqayisə üçün: Almaniyanın hakim koalisiyasında üç partiyanın ümumi nəticəsi 30%-i çətinliklə keçib. Politoloqlar qeyd edirlər ki, ifrat sağçıların qələbəsi 20-yə qədər mandat itirərək altıncı yerə geriləyəcəyi proqnozlaşdırılan Yaşılların hesabına mümkün olub. Mərkəzçilər də ciddi itkilər veriblər. İndi bu seçkidə yaxşı çıxış etdikdən sonra ifrat sağçılar miqrasiyadan təhlükəsizliyə, iqlim dəyişikliyinə qədər siyasət sahələrində mühüm oyunçu ola bilər. Bunun qarşısını almaq üçün Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayen Sosial Demokratlar və Liberallarla koalisiya yaratmağı təklif edir. Yaşılların məğlubiyyəti Aİ-nin iqlim dəyişikliyi ilə bağlı ümumi siyasətinə təsir göstərə bilər. İndiyədək bu sahədə Avropa siyasəti dünyada ən mütərəqqi siyasət hesab olunurdu. Seçkilərin sağa doğru dəyişməsi ümumilikdə Aİ-nin qərar qəbulunu çətinləşdirə bilər, çünki beş illik müddətə xidmət edən qanunvericilər Aİ büdcəsini təsdiqləyirlər. O, prioritet layihələri, o cümlədən infrastruktur, təsərrüfat subsidiyaları və Ukraynaya verilən yardımları müəyyən edir. Avropa Parlamentinin üzvləri, həmçinin, Avropa Komissiyasına təyinatlar üzərində veto hüququna malikdirlər. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ