Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanı istefaya göndərmək istəyən keşiş özü rüsvayçı duruma düşür...

Image


Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın ölkə hakimiyyətinə qarşı bir aydan çoxdur başlatdığı etiraz aksiyası hələ də davam edir. Iyunun 9-da keçirilən növbəti mitinqdə Baqrat Qalstanyan vətəndaşları dörd günlük fasiləsiz etiraz aksiyalarına çağırıb.

Onun sözlərinə görə, hətta minlərlə insanın axşam yığıncaqları vasitəsilə hakimiyyəti tərk etmək mümkün deyil, amma məsələ başqa cür həll oluna bilər: "4 gün fasiləsiz, işə getmədən, istirahət etmədən, yatmadan küçədə olub öz iradəmizi tətbiq etsək, problemi həll edə bilərik". O qeyd edib ki, müxalifət fraksiyaları hökumətin istefası və yeni Nazirlər Kabinetinin formalaşdırılması tələbi ilə iyunun 11-də parlamentin iclasına təşəbbüs göstərməlidir. Eyni zamanda, hərəkat bu təşəbbüsə qoşulmaq üçün təkcə müxalifətə deyil, iqtidar fraksiyasına da müraciət edir. Bundan sonra, etiraz hərəkatı liderinin qeyd etdiyi kimi, xalqın tələbi ilə parlament hökumətin istefasını təsdiq edəcək. Arxiyepiskop bütün sahibkarlara, o cümlədən bu hərəkatdan əvvəl həmişə hakimiyyət dəyişikliyindən danışan tanışlarına müraciət etdi: "Mən burada çox adam görmədim, onlar yəqin ki, gizli fəaliyyət göstərməyə çalışırdılar, amma bizim hələ də bir-birimizin gözünün içinə baxmağa vaxtımız olacaq". Əslində, bununla keşiş aksiyanın istədiyi kimi alınmadığını etiraf edib. Arxiyepiskop, həmçinin, siyasi qüvvələri proseslərdə daha fəal iştirak etməyə çağırıb. O, müəllimlərə, incəsənət nümayəndələrinə müraciət edərək qeyd etdi ki, həqiqət anı gəlib çatıb: ya indi, ya da heç vaxt. Qalstanyanın sözlərinə görə, təhlükəsizlik qüvvələri və onların rəhbərləri son günlər sübut ediblər ki, onların "yalançı və qorxağ"ın təhlükəsizliyini təmin etməkdən başqa heç bir funksiyası yoxdur: "Sizə müraciət edirəm: qanuna zidd əmrləri yerinə yetirməyin, qanun çərçivəsində hərəkət edin!". Mitinq başa çatdıqdan sonra müxalifət Baqramyan prospektində çadırlar qurub. Hakimiyyət isə keşişi və müxalifəti şou yaratamaqda ittiham edib. Parlamentin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Arusyak Julhakyan bu xüsusda qeyd edib: "Ermənistan Respublikasının qanunvericiliyi hökumətə etimadsızlıq nümayiş etdirmə prosedurunu nəzərdə tutmur. Baqrat Respublika meydanında keçirilən mitinqdə hökumətin istefası gündəliyi ilə Milli Məclisin iclasının çağırılması tələbini səsləndirib. Milli Məclisin növbəti iclaslarının qrafiki ilin əvvəlində bəllidir. Bütün il üçün müntəzəm sessiyaların bütün cədvəli Milli Məclisin internet saytında təqdim olunur. Hələ bu ilin yanvarında hamımız bilirdik ki, iyunun 11-də Milli Məclisin növbəti iclası keçiriləcək. İndi müxalifətin lideri elan edir ki, parlament onun xahişi ilə iyunun 11-də sessiya çağırmalıdır. Bu da yalançılıq, ikiüzlülükdür. Ona kömək etməyəcəklər, o təkbaşına, utanaraq gedəcək". Hakim partiyadan digər deputat Tsovinar Vardanyan isə qeyd edir: "Qalstanyanın münaqişə yaratmaq cəhdləri ondan xəbər verir ki, o, yalan və boğucu gündəmlə insanları davamlı olaraq aldada bilməyəcəyini yaxşı bilir. Təəssüf ki, o, insanları çirkli gündəminin bir hissəsi etməkdən çəkinmir. Onun nə düşündüyünə baxmayaraq, arxiyepiskopun təhlükəsizlik yastığı hər an açıla bilər".

Bununla belə, rüsvayçılığını nümayiş etdirməmək üçün Qalstanyan artıq müvəqqəti Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı ilk tezislərini açıqlayıb. Birincisi, hakimiyyət müxtəlif siyasi qüvvələrin tərəfdarları arasında barışıq əldə edəcək. İkincisi, müstəqil xarici siyasət yürütməyə çalışacaq. Üçüncüsü, ədalət prinsipini pozmamaq üçün "müəyyən müddətdə" növbədənkənar parlament seçkiləri olacaq, burada müvəqqəti hökumət  iştirak etməyəcək. Bundan əvvəl Qalstanyan baş nazir olmaq istədiyini bildirib. Lakin onun hökumətinə kimi qəbul etməyə hazır olduğu hələlik məlum deyil. Müxalifətçinin sözlərinə görə, indiki hakimiyyət adları bilən kimi həmin şəxsləri təqib etməyə başlayacaq. Buna baxmayaraq, ehtimal etmək olar ki, onun tərkibinə parlamentdəki "Şərəfim var" və "Hayastan" fraksiyaları ilə əlaqəli siyasətçilər də daxil olacaq, onlar artıq Paşinyanın impiçmentini təşkil etməyə hazır olduqlarını bəyan ediblər. Artıq  Ermənistanın eks-prezidenti Serj Sarkisyan Qalstanyanla görüşüb. "Qraparak" qəzetinin  yazdığına görə, "Vətən naminə Tavuş" hərəkatının lideri keçmiş dövlət başçısına əvvəlcə Paşinyanı parlament proseduru ilə dərhal istefaya göndərəcəyinə ümid etdiyini, lakin sonra küçə etirazları ilə ona təzyiq etmək qərarına gəldiyini deyib. Öz növbəsində, Sarkisyan Qalstanyan Tavuş vilayətindən İrəvana çatmazdan əvvəl hərəkatı dəstəklədiyini və "Nikoldan qurtulmağa" kömək etməyə hazır olduğunu bildirib. Bu arada, Paşinyanın komandası keşişin maliyyə maxinasiyalarını üzə çıxarmaqdadır. Məsələn, hakimiyyətə yaxın media Qalstanyanın hərəkatının iki üzvünün müxalifətin mitinqlərində iştirak edənlərə 5 min dram  ödəmələrini müzakirə etdiyi və çətin "iş" şəraitindən şikayət etdikləri audioyazı yayıb. İstintaq Komitəsi insanlara rüşvət vermə maddəsi ilə cinayət işi açıb və artıq əsas şübhəli şəxsi saxlayıb. Öz növbəsində, Qalstanyanın ətrafında olanlar deyirlər ki, həqiqətən də söhbət olub, amma media Qarabağ ləhcəsindən bir sözü erməni dilinə səhv tərcümə edib, ona görə də bütün məna səhv çatdırılıb. Əslində, onlar pul transferini yox, ayaqqabıları müzakirə ediblər, deyə  müxalifət iddia edir. Erməni politoloq Arşaluys Mqdesyan isə bildirir: "Qalstanyanın bazar günü keçirdiyi mitinq  də Ermənistan üçün əlamətdar hadisə olmadı. Yenə də onun hərəkatı bütün ay ərzində sönmək yolunda oldu və qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi. Paşinyanın impiçmentinin başlanması, yolların blokadaya alınması və sair uğursuzluqla nəticələndi. Amma bu o demək deyil ki, Paşinyan əvvəllər düşündüyündən də güclüdür və ya mövqeyini möhkəmləndirib. Əksinə, ölkənin bütün siyasi sistemi, o cümlədən iqtidar və müxalifətin legitimliyi zəifləyir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ