Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya sürətlə nüvə müharibəsinə doğru gedir...

Image


Qərb və Rusiya arasında Ukrayna ərazisində gedən savaş daha təhlükəli mərhələyə qədəm qoyur. Hadisələrin gedişi yaxın perspektivdə tərəflərin bir-birinin ərazisinə birbaşa zərbə endirəcəyini istisna etmir. 

Bu fonda Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Rusiya NATO-nun istənilən ölkəsinə nüvə zərbəsi endirə bilər: "Texniki olaraq imkanlarımıza əsaslanaraq həm NATO-ya, həm NATO-ya daxil olmayanlara, həm də istənilən ölkəyə zərbə endirə bilərik. Amma hansı əsaslarla belə qərarlar verəcəyimizi konkret situasiyaya əsasən görəcəyik. Onlar bizimlə qeyri-müəyyən müddətə oynaya biləcəklərini düşünürlər, yox, edə bilməzlər. Unutmayın, "Görüş yerini dəyişmək olmaz" adlı gözəl sovet filmində deyildiyi kimi: "Qorxma, səni ağrıdan bıçaqlamayacağıq. Bir saniyə və sən artıq cənnətdəsən". Burada da belə olacaq".

Bu yaxınlarda isə prezident Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə bildirib ki, Rusiya uzaqmənzilli silahlarını dünyanın elə regionlarına verə bilər ki, oradan Ukraynaya silah verən ölkələrə həssas zərbələr"vurmaq mümkün olsun. "Biz düşünürük ki, kimlərsə ərazimizə zərbə endirmək və bizə problem yaratmaq üçün döyüş bölgəsinə belə silahların verilməsini mümkün hesab edirsə, niyə bizim həmin bölgələrə eyni sinifdən olan silahlarımızı çatdırmağa haqqımız yoxdur? Rusiyaya qarşı bunu edən ölkələrin həssas hədəflərinə zərbələr haradan endiriləcək? Biz bu barədə düşünəcəyik". Hazırda 14 Qərb dövləti Ukraynaya Rusiya ərazisindəki hərbi hədəflərə qarşı tədarük etdikləri silahlardan istifadə etməyə icazə verib. Bunlar ABŞ, Almaniya, Kanada, Danimarka, Fransa, Böyük Britaniya, Hollandiya, Polşa, İsveç, Finlandiya, Çexiya, Litva, Latviya və Estoniyadır. Putin isə qeyd edir ki, Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr endirilməsi onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir. Və Moskva buna reaksiya verəcək. Putin ölkəsinin nüvə doktrinasına istinad edərək vurğulayıb ki, Rusiya Federasiyası təhdidlər baş verəcəyi təqdirdə, əlində olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edir. Rusiya lideri bir daha əlavə edib ki, ölkəsi öz uzaqmənzilli silahlarını dünyanın regionlarına çatdıra bilər, haradan ki, Ukraynaya silah verən ölkələrə "həssas zərbələr" endiriləcək. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bildirib ki, Rusiya rəhbərliyi silahlarını ABŞ-ı düşmən hesab edən bütün ölkələrə göndəriləcək. Eyni zamanda, o, Rusiyadan silah alan konkret ölkələrin adlarının bilərəkdən çəkilmədiyini vurğulayıb: "Qoy, ABŞ və müttəfiqləri üçüncü ölkələr tərəfindən Rusiya silahlarının birbaşa istifadəsini indi hiss etsinlər. Bu şəxslərin və ya regionların adları bilərəkdən çəkilmir". Belə bir vaxtda bəlli olub ki, Kuba hakimiyyəti gələn həftə "Kazan" nüvə sualtı qayığı və "Admiral Qorşkov" raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib. Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

Kuba Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib: "Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur". Amma Vaşinqtonda Birləşmiş Ştatların Ukraynaya dəstəyi səbəbindən Atlantika okeanında Rusiya donanmasının fəallığının artmasına diqqət çəkirlər. ABŞ-da az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiklərini, lakin Hərbi Dəniz Qüvvələrinin təlimləri izləmək niyyətində olduğunu vurğulayıblar. Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir. Xatırladaq ki, "Soyuq müharibə" dövründə Kubada, ABŞ sahillərinin yaxınlığında həm adi, həm də atom silahları ilə təchiz edilən Sovet bölmələrinin yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb olmuşdu. Bu, qlobal nüvə müharibəsinə səbəb ola bilərdi. Lakin sonradan SSRİ-nin nüvə başlıqlarını geri çəkməsi ilə böhran aradan qalxmışdı. Ancaq indi vəziyyət dəyişib və kollektiv Qərblə Rusiya arasında gərginlik yeni dünya savaşı riskini artırır. Bu durumda Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot qeyd edir ki, belə risqə səbəb həm də Fransa prezidenti Emmanuel Makronun siyasətidir: "Məsələn, Makronun Ukraynaya "Mirage 2000-5" qırıcılarını göndərmək qərarı üçüncü dünya müharibəsi risqini artırır". Xatırladaq ki, Makronun bildirdiyinə görə, Fransa Ukraynaya "Mirage 2000-5" qırıcıları verəcək. Onun sözlərinə görə, Fransa 4500 Ukrayna hərbçisinin təlimləri proqramına başlayacaq. Makron Ukrayna pilotlarının Fransada hazırlanmasını Kiyev və Paris arasıında hərbi əməkdaşlığın yeni mərhələsi adlandırıb.O vurğulayıb ki, bu döyüş təyyarələri Ukraynaya öz torpağını və hava məkanını qorumaq imkanı verəcək. Fransa hərbi müşavirlərinin Ukraynaya göndərilməsi mümkünlüyünə dair suala cavab verən Makron qeyd edib ki, bu mövzuya heç bir tabu qoyula bilməz: "Ukrayna torpağı suverendir. Söhbət Ukraynanın çətinliklərlə üzləşdiyi bir vaxtda döyüş əməliyyatları zonasında təlimlərin keçirilməsindən getmir, amma biz bu suala, əvvəllər dəfələrlə etdiymiz kimi cavab verməliyik". Florian Filippot belə açıqlamalar verən Makronu "dəli" adlandırıb. Onun sözlərinə görə, Fransa lideri Kiyevə silah ötürməklə öz ordusunu qarət edir. Siyasətçi həmçinin xatırladıb ki, dövlət başçısı 4500 Ukrayna hərbçisinə təlim keçəcəyini vəd edib: "Bu müharibə gündəmi mümkün qədər tez pozulmalıdır! Bu, bizim müharibəmiz deyil! Sülhdür".  Hələlik isə görünən odur ki, Qərb dövlətlərinin Ukraynaya göndərdiyi taktiki hücum silahları ilə Rusiya ərazisinin vurulması halında Rusiyanın nüvə silahından istifadə risqi artır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ