Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Parlamentində inqilab - Azərbaycana düşmən deputatların çoxu zibilliyə atılacaq...

Image


Məlum həqiqətdir ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına səbəb oldu. Onların sırasında Avropa Parlamenti də var.

O da faktdır ki, Avropa Parlamentində Azərbaycana qarşı yekdil mənfi rəy də mövcud deyil. Anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Lakin Avropa Parlamentinə xələl gətirən belə deputatların tezliklə öz postları ilə xüdahafizləşəcəyi gözlənilir. Xatırladaq ki, iyunun 6-dan etibarən Avropa İttifaqında üç gün ərzində Avropa Parlamentinə seçkilər keçirilir. Məlumat üçün bildirək ki, Avropa İttifaqının qanunverici orqanının 720 deputatı quruma üzv olan 27 ölkənin vətəndaşları, təxminən 370 milyon nəfər tərəfindən seçilir. Son sorğular göstərir ki, 71 faiz səsvermədə iştirak etmək niyyətindədir ki, bu da indiyədək qeydə alınan ən yüksək göstərici hesab olunacaq. Əvvəlki 2019-cu il seçkilərində ümumavropanın iştirakı 50,7 faiz idi. Bu seçkilər ümumavropa hesab edilsə də, reallıqda milli siyasi partiyalar seçki kampaniyasında bir-biri ilə mübarizə aparır. Milli siyahı üzrə seçildikdən sonra namizədlər artıq Avropadaxili siyasi ailələrin və ya qrupların bir hissəsi olurlar. Vəzifəsi bitən parlamentdə yeddi belə qrup var, lakin bu sayın artacağı da istisna edilmir. Onların əhəmiyyətini qiymətləndirməmək çətindir, bu qruplar öz üzvlərinin qayğısına qalan və hər fürsətdə onları qabağa çəkən ailələr kimidir. Ailə nə qədər böyükdürsə, onun üzvlərinin komitələrdə rəhbər vəzifələr tutmaq və öz təklifləri üçün daha çox dəstək almaq imkanı bir o qədər geniş olur. Avropa Parlamentində heç bir qrupa daxil olmayan deputatların proseslərə təsirinin sıfıra bərabər olduğu bildirlir. Həmin qruplar arasında ən böyüyü Almaniya Sosial Demokratları və Polşa Vətəndaş Platformasının daxil olduğu sağ mərkəzçi Avropa Xalq Partiyasıdır. İkinci böyük fraksiya sol mərkəzçi və sosial-demokrat partiyaları birləşdirən Sosialistlərin və Demokratların Mütərəqqi Alyansıdır. Digəri Fransa prezidenti Emmanuel Makronun təsirində olan liberal partiyaların daxil olduğu "Avropanı Yeniləyin"dir. Ekoloqları Avropa Azad Yaşıllar Alyansı birləşdirir, katalon separatçıları da bu çətir altındadır. Avropa Solunu və Şimali Yaşılları birləşdirən qrupa ifrat solçu və kommunist partiyaları daxildir. Sonuncunun ideoloji rəqibləri isə başqa bir dam altında toplaşıblar: bəzilərinin millətçi, digərlərinin isə suveren hesab etdiyi Avropa Mühafizəkarları və İslahatçıları.  Çexiyanın baş naziri Petr Fialanın rəhbərlik etdiyi partiya, Polşanın keçmiş hakim qüvvəsi "Hüquq və Ədalət", İsveç Demokratları, Finlər Partiyası, İtaliyanın baş naziri Giorgia Meloni başçılıq etdiyi partiyadadır. Avropanın ən tanınmış populistlərindən biri Marine Le Penin rəhbərlik etdiyi daha sərt və ya daha çox sağçı baxışlara malik deputatlar "Kimlik və Avropa" fraksiyasında bir araya gəliblər. Avropa Parlamentində də heç bir qrupun üzvü olmayan, Macarıstan və Slovakiya baş nazirlərinin partiyalarının üzvü olan deputatlar da var.

Son sorğular Emmanuel Makrona yaxın olanların ciddi reytinq itkisinə məruz qaldığını göstərir. 

"ABC" qəzeti yazır ki, fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri "pis" və ya "çox pis"dir, bu da onu bütün əsas sosial sektorlardan - qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırır, onun liberal peşələr, kiçik və orta biznes, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldır. Ümumiyytlə, bu seçkilər Avropa ölkələrindəki daxili vəziyyətlə sıx bağlıdır. Fransadakı "sarı jiletlilər" hərəkatına İtaliyadakı bəzi radikal partiyaların dəstək verməsindən sonra bunu bir daha müşahidə etmiş olduq. İtaliya höküməti Makronun başçılıq etdiyi Fransa hökümətini yox, radikal və dağıdıcı, eyni zamanda müxalif hərəkat sayılan "sarı jiletli"ləri dəstəklədi. Le Pen isə Makronun partiyasının uduzacağı təqdirdə onun istefasını tələb edəcəklərini vurğulayıb, eyni zamanda seçkilərdən sonra Avropa ölkələrindəki digər radikal partiyalarla, o cümlədən Bundestaqa seçkilərdə 13 faiz səs toplamış Almaniya naminə alternativlər" və "Avropa mühafizəkarlar və islahatçılar" partiyası ilə koalisiyaya girəcəkləri barədə planlarını açıqlayıb. Fransa İctimai Rəy İnstitutu isə qedy edi rki Fransa seçiciləri Avropa Parlamentinə keçirilən seçkilərdən Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edirlər. Onlar Avroparlamentdəki səslərini Makronun siyasətinə qarşı olduqlarını ifadə etmək üçün verdiklərini bəyan edirlər. Marin Le Penin partiyasının güclənməsi fonunda ifrat solun radikallaşması daha qabarıq görünür. İndi Milli Cəbhə getdikcə hörmətli partiyaya çevrilir, onun qalmaqallı keçmişi unudulur. Əgər Fransada  prezident seçkiləri bu il keçirilsəydi, Marin Le Pen mütləq prezident sarayında yer alacaqdı. Bütün bunlar, şübhəsiz ki, Avropanın siyasətinə deyilsə, Fransadakı siyasi vəziyyətə də təsir edəcək. Eyni zamanda baş verənlər Makronun yol verdiyi yanlışların ona baha başa gəldiyini nümayiş etdirir. Elə bu fonda Avropa parlamentinin sağ mərkəzdən sağa əyilməsi ehtimalı var, çünki sağçı partiyaların parlamentdəki 720 yerdən 400-dən çoxunu qazanacağı proqnozlaşdırılır. Eyni zamanda, illərdir birləşməsindən danışılan avroskeptiklərin hakimiyyətə gələcəyini açıq şəkildə iddia etmək çətindir. Əvvəla ona görə ki, onlar bir məsələdə həmfikirdirlər: Brüsselin gücü azaldılmalıdır, lakin bu çərçivədən kənar bir çox digər prinsipial məsələlərdə populistlərin mövqeləri çox fərqlidir. Rusiya və Çinlə münasibətlər çox vaxt kəskin fikir ayrılıqlarına səbəb olur, bir tərəfdən aqressivlik nümayiş olunur, digər tərəfdən Moskva və Pekinlə sıx əlaqələri var. Onu da qeyd edək ki, Avropa Parlamenti milli parlamentlərə bənzəmir, çünki bu qurumun deputatları özləri qanun təşəbbüsü ilə çıxış etmirlər. Bu funksiya yalnız Avropa Komissiyasına aiddir və Avropa Parlamenti yalnız qanunvericilik təklifini müzakirə, dəyişikliklər təklif edə və tez-tez olduğu kimi, bu və ya digər qanunun qəbulunu aylarla, hətta illərlə gecikdirə bilər. Ümumiyyətlə, Avropa Parlamenti Avropa İttifaqının üç əsas qurumundan ən zəifi hesab olunur, nadir hallarda öz istəklərinə nail ola bilir. Avropa Parlamenti Avropa İttifaqının xarici siyasətini inkişaf etdirmir və ya diqtə etmir. Xarici işlər, qurumun genişləndirilməsi siyasəti müstəsna olaraq struktura daxil olan 27 ölkənin hakimiyyətinin səlahiyyətindədir. Avropa İttifaqının qanunverici orqanının Brüsselin ən sərt aləti sayılan sanksiya siyasətinə heç bir təsiri yoxdur. Avropa Parlamenti yalnız yeni ölkənin Avropa İttifaqına daxil olmasını təsdiq edə bilər, lakin onun namizəd statusunun verilməsi, danışıqlara başlamaq qərarı kimi Avropa İttifaqına aparan bütün digər həlledici proseslərə təsir edəcək alətləri yoxdur. Eyni şey 27 Aİ üzv dövləti tərəfindən yekdilliklə qərar verilməli olan ticarət əməliyyatları, viza liberallaşdırılması və ya sadələşdirməyə də aiddir. Yalnız Avropa Parlamenti həmin dövlətlərdən yaşıl işıq aldıqdan sonra təklifi təsdiqləyir. Əslində, Avropa Parlamenti dünyada baş verən hadisələrlə bağlı çox səs-küylü qətnamələr qəbul edib. Lakin şifahi və ya hətta kağız üzərində yazılmış bu bəyanatların məcburi qüvvəsi yoxdur və buna görə də Avropa qanunvericiləri öz çıxışlarında sərbəstdirlər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ