Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın hökumət məmuru 4 kəndimizin azad edilmə tarixini təftiş etdi - həqiqət isə başqadır...

Image


Təbriz Musayev: "Biz bizə məxsus olanı tələb edirik"

"Ermənistan Respublikası sərhəd delimitasiyasına məcbur edilməyib, lakin qeyd etmək lazımdır ki, bəli, Azərbaycan 4 kəndin qaytarılmasında israrlı idi". Bunu Ermənistan İctimai Televiziyasının efirində Baş nazir Aparatının İctimaiyyətlə əlaqələr və İnformasiya mərkəzinin direktoru Qor Tsarukyan Tavuş və Qazax rayonları arasında aparılan demarkasiya prosesindən danışarkən bildirib. 

Azərbaycanın Ermənistanı hətta müharibə ilə hədələməsinə gəlincə, Tsarukyan deyib ki, rəsmi səviyyədə belə bir şey olmayıb, amma bu cür bəyanatlar ictimaiyyət tərəfindən səsləndirilib: "Azərbaycan delimitasiya prosesi aparılmadan, heç bir sərhəd xətti göstərilmədən kəndlərin qaytarılmasında təkid edirdi: kəndləri qaytarın, vəssalam! Erməni tərəfinin tələbləri nəticəsində biz məhz bu delimitasiya prosesinə başladıq, onun vasitəsilə Sovet İttifaqının dağılması zamanı mövcud və hüquqi əhəmiyyətli sərhəd xəttini dəqiq müəyyən etmək və delimitasiya aparmaq mümkün oldu. Proses Almatı sazişinə əsaslanan dövlət sərhədini müəyyənləşdirdi".

Göründüyü kimi, erməni rəsmisi danışıqların məzmununu təhrif edərək Ermənistanı konstruktiv tərəf kimi təqdim etməyə çalışır. Çünki Azərbaycan ilk əvvəldən bəyan edib ki, anklav olmayan 4 kənd qeyd-şərtsiz və delimitasiyadan asılı olmayaraq qaytarılmalıdır. Sadəcə, Ermənistan Azərbaycanın təzyiqləri qarşısında güzəştə getməyə məcbur oldu. Yəni Azərbaycan belə hesablamışdı ki, Ermənistan delimitasiya prosesini uzada bilər. Ona görə də məsələni belə qoymuşdu ki, delimitasiyanın nə vaxt başlamasından asılı olmayaraq 4 esklav olmayan kənd geri qaytarılmalıdır. Ermənistan görəndə ki, xoşluqla kəndlər geri qaytarılmasa Azərbaycan güc yolu ilə bunu edəcək, o zaman məcbur qalıb, delimitasiya prosesi ilə eyni vaxtda kəndlərin qaytarılmasını həyata keçirdi. Ona görə də Ermənistan diplomatiyası özünün məğlubiyyətini, zəifliyini bu tezislə ört-basdır etmək istəyir, delimitasiya məsələsini önə sürməklə görüntü yaradır ki, guya onlar qalib gəldilər.

"Ermənistan tərəfi məsələləri təhrif edərək Azərbaycan barəsində saxta "aqressor" obrazı yaratmaq istəyir" 

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev "Bakı-Xəbər"ə açıqlamasında erməni tərəfinin arqumentlərinin əsasının olmadığını qeyd etdi: "Əvvəla, erməni tərəfi öz məkirli xislətinə uyğun olaraq, həmişə olduğu kimi, proseslərin mahiyyətini təhrif edir. Məsələ ondadır ki, Azərbaycan əgər anklav kəndlərlə bağlı tələblərlə çıxış etsəydi, o zaman erməni tərəfinin arqumentləri əsaslı görünə bilərdi. Söhbət Ermənistanın əhatəsində olan, Azərbaycanla birbaşa quru əlaqəsi olmayan kəndlərdən gedir. Axı Azərbaycan həmin kəndlərlə bağlı belə tələblərlə çıxış etməyib. Azərbaycanın tələbi eksklav olmayan, işğal altında olan 4 kəndin geri qaytarılması ilə bağlı olub. Bu ilin yanvarında Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, işğal altında olan 4 kənd qeyd-şərtsiz azad edilməlidir. Çünki həmin kəndlərin delimitasiyaya heç bir dəxli yoxdur. Ancaq Ermənistan tərəfi məsələləri təhrif edərək Azərbaycan barəsində saxta "aqressor" obrazını yaratmaq istəyir. Bununla dünyaya göstərmək istəyirlər ki, Azərbaycan 44 günlük müharibədən və antiterror əməliyyatlarından sonra guya davamlı olaraq Ermənistanla hədə dilində danışır. Ötən il Ermənistanı himayə edən dairələr, erməni lobbisi belə rəy formalaşdırmağa çalışırdı ki, guya Azərbaycan güc yolu ilə Zəngəzuru ələ keçirməyə hazırlaşır. Bu kampaniyanın təsiri altına düşən İran belə olacağı halda müdaxilə edəcəyi ilə bağlı ölkəmizi təhdid edirdi. Ancaq bütün bu deyilənlərin boş bir şey olduğu ortaya çıxdı. İndi də həmin dövlətlər və qüvvələr delimitasiya ətrafında manipulyasiya ilə məşğuldular ki, ay aman, Azərbaycan prosesi yoxuşa doğru aparır. Halbuki, biz bizə məxsus olanı tələb edirik. Baxmayaraq ki, indiki Ermənistan bizə məxsus tarixi ərazilərdə yaradılıb. Ancaq Azərbaycan Konstitusiyasında Ermənistana yönəlik ərazi iddiası öz əksini tapmayıb. Ermənistan Konstitusiyasında isə bu, öz əksini tapıb. Bax budur, məsələnin mahiyyəti".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ