Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan konstitusiya dəyişikliyindən qaça bilməz - absurd fikirlər kömək etmir...

Image


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb. 

Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır: "Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolvermilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq".

Xatırladaq ki, Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə Ermənistan və Azərbaycanın öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətirdiklərini və bu problemlərin uzunmüddətli sülhə maneə olduğunu iddia edib: "Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir". Mirzoyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diqtə edildiyini iddia etmək kökündən yanlışdır: "Bu, Ermənistanın daxili işidir". Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb: "Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasına birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq". Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Çünki sülhə əsas maneə məhz Ermənistan Konstitusiyasında yer alanlardır. Məsələni şərh edən rus ekspert Stanislav Pritçin qeyd edir ki, hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasına dəyişikliklər zəruridir: "Bu, haqlı olaraq Bakının tələblərindən biridir ki, hazırkı Konstitusiyada Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan elementlər var. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən Konstitusiyada dəyişikliklər münasibətlərin yekun tənzimlənməsinin mühüm elementidir. Və əslində, dövlətin təsis sənədində başqasının torpağı ilə bağlı iddialar varsa, onda həmin dövlət qonşusunun ərazi bütövlüyünü tanıyan müqaviləni necə imzalaya bilər? Hüquqi baxımdan belə uyğunsuzluq suallar doğurmaya bilməz və onu aradan qaldırmaq lazımdır. Aydındır ki, Konstitusiyaya edilən istənilən dəyişiklik istənilən dövlət üçün fundamental hadisədir və Ermənistan hakimiyyəti bunun təşkili üçün çox böyük iş görməlidir. Burada həm cəmiyyətdən, həm də müxalifətdən çoxlu suallar olacaq və düzəlişlər etmək o qədər də asan olmayacaq. Amma ən azı, baş nazir Nikol Paşinyanın açıqlamalarına görə, biz görürük ki, hakimiyyət Ermənistan Konstitusiyasında bu və ya digər dəyişikliyə meyllidir". Ekspert vurğulayır ki, Ermənistan müxalifəti Paşinyana qarşı impiçment planı hazırlayır və bu, Azərbaycanla davam edən münasibətlərin tənzimlənməsini sual altına qoya bilər: "Burada əvvəlki illərlə indiki etirazları müqayisə etməyə dəyər. Əvvəllər Nikol Paşinyan müxalifətin çıxışlarına fəal cavab verir, tərəfdarlarını toplayır və hökumətyönlü mitinqlər təşkil edirdi. İndi görürük ki, o bunu etmir, baş nazirin adi işini yerinə yetirir, o cümlədən müxtəlif ölkələrə xarici səfərlərdə sakitcə gəzir. Siyasi psixologiya səviyyəsində bu o deməkdir ki, Paşinyan müxalifətin yeni fəaliyyəti ilə bağlı heç bir narahatlıq nümayiş etdirmir. Nikol Paşinyan iqtidarının sabitliyinə müxalifətin Ermənistanın gələcək həyatı üçün aydın yol xəritəsinin, ciddi gündəmin olmaması, yalnız Paşinyanın istefasını tələb etməsi çox kömək edir. Bu arada baş nazirin özünün də belə bir yol xəritəsi var və ona görə də o, özünü kifayət qədər inamlı hiss edir və başa düşür ki, müxalifətin ölkədəki vəziyyətə hansısa formada təsir etmək şansı çox deyil".

Ermənistanda müzakirə olunmağa başlayan Konstitusiyaya dəyişikliyinin yeni mövzu olmadığını bildirən digər politoloq Denis Kislov qeyd edir ki, bu, sülh üçün çox vacibdir: "Əslində, bu məsələ indi yox, Ermənistanda siyasi-hüquqi böhran yaranan son bir neçə ildə aktuallaşıb. Söhbət bütövlükdə Ermənistan qanunvericiliyinin dəyişdirilməsindən gedir və qonşulara qarşı ərazi iddiaları, sadəcə olaraq, ümumi paketə salınacaq. Bu o zaman mümkün ola bilər ki, Ermənistan həmin vaxta qədər dövlət olaraq qalsın. Bir daha qeyd edim ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir ki, bu da hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində bir addım olacaq. Eyni zamanda, bu struktura nə qədər şübhə ilə yanaşsaq da, yekun sənədlər, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı məlumatlar Birləşmiş Millətlər Təşkilatına təqdim edilməli və təsdiqlənməlidir, çünki söhbət kiminsə ərazisinə iddialardan imtina etməkdən gedir. Bir qayda olaraq, bir çox dövlətlər bunu etmir, amma etsələr yaxşıdır. Təsdiq prosesi ya BMT Təhlükəsizlik Şurasının gündəliyi, ya da sərhədlərin delimitasiyası, demarkasiyası, yenidən demarkasiyası yolu ilə suverenliyin sənədləşdirilməsi varsa, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həyata keçirilir. Tərəflər arasında qanuni bəyannamələr və razılaşmalar olduğu halda BMT-nin hansısa sammitdə qəbul etdiyi qərarlar əsasında sərhədləri müəyyən etdiyi, ona yenidən baxdığı, təsdiq etdiyi nümunələr olub. Bu, əlbəttə ki, tam o deyil, amma buna baxmayaraq, Balkan ölkələrində nə qədər sərhədlər məhz belə təyin olunub. Bosniya və Herseqovina və ya Makedoniya Respublikası ilə Yuqoslaviya Federativ Respublikasını xatırlayın". Hələlik isə Ermənistanda ərazi iddialarından uzaq, beynəlxalq hüquqa zidd olmayan hüquqi normativ aktların dəyişdirilməsi və ya yenidən yazılması istiqamətində aparılan müzakirələr müsbət haldır. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışıqlar davam edir. Bu baxımdan da dinc münasibətlərin davamlı olması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına sözdə yox, həm də sənədlər üzərində son qoymalıdır.  Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirməyə hazır olmalıdır. İndilikdə isə blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salır. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ