Ermənistanın baş naziri Nikol Paşinyan bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Trend xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan yerli KİV-ə deyib.
"Belə bir səfər planlaşdırılmayıb", - o deyib.
Qeyd edək ki, bu yaxınlarda bəzi Ermənistan KİV baş nazirin COP29 tədbirində iştirak etmək üçün Azərbaycana səfər edəcəyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.