Cümə axşamı günü, 27 avqust 2026
     

Prezident Xəzərdə süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunu imzaladı

Image


Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında Qanunu imzalayıb.

Sənədə əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Süni torpaq sahəsi anlayışı

Bu Qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Maddə 2. Süni torpaq sahələrinin yaradılması haqqında qanunvericilik

2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Torpaq, Su, Şəhərsalma və Tikinti məcəllələrindən, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər

3.1. Süni torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra – su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

3.2. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır.

3.3. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilmir.

2-ci fəsil

SÜNİ TORPAQ SAHƏSİNİN YARADILMASI BARƏDƏ

MÜRACİƏTƏ BAXILMASI QAYDASI

Maddə 4. Süni torpaq sahəsinin yaradılması üçün müraciət

4.1. Aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər süni torpaq sahəsinin yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilərlər.

4.2. Müraciətdə süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, üzərində inşa ediləcək tikinti obyektlərinin təyinatı və növü, süni torpaq sahəsinin yaradılması və tikinti obyektlərinin inşası ilə bağlı işlərin başa çatma müddəti göstərilir.

4.3. Müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:

4.3.1. süni torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyəti ilə bağlı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müfəssəl planların hazırlanması üçün lisenziyası olan layihəçinin hazırladığı süni torpaq sahəsinin baş planı (ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı və planlaşdırılan sərhədlərin cizgiləri, onların ölçüsü, ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı, inşa ediləcək tikinti obyektlərinin təyinatı, növü və hündürlüyü göstərilməklə);

4.3.2. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

4.4. Süni torpaq sahəsinin bu Qanunun 3.1-ci maddəsinə uyğun olaraq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağına bitişik yaradılması və tikinti obyektlərinin süni torpaq sahəsi ilə yanaşı sahilboyu zolaqda tikintisi nəzərdə tutulduğu hallarda bu Qanunun 4.2-ci maddəsində göstərilən müraciətdə həmçinin bu məqsəd üçün ayrılmalı olan sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüsü göstərilməlidir. Bu zaman bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan baş planda göstərilən məlumatlarda həmçinin sahilboyu zolaqda yerləşən torpaq sahəsi haqqında məlumatlar da əks edilməlidir.

4.5. Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciət daxil olduğu gündən 2 (iki) iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı yazılı, o cümlədən elektron qaydada müraciət edənə (bundan sonra – sifarişçiyə) göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar sifarişçiyə eyni zamanda bildirilməlidir. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 20 (iyirmi) iş günü müddətində aradan qaldırmalıdır. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçini yazılı, o cümlədən elektron qaydada 2 (iki) iş günü müddətində məlumatlandırmaqla müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Sifarişçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkrar müraciət edə bilər.

4.6. Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakıları yerinə yetirir:

4.6.1. müraciətə əlavə olunmuş süni torpaq sahəsinin baş planının ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olub-olmaması barədə ən geci 15 (on beş) iş günü müddətində rəy verilməsini;

4.6.2. bu Qanunun 4.6.1-ci maddəsində nəzərdə tutulan rəy müsbət olduğu təqdirdə 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yeri, onun ölçülərini, sərhədlərini, habelə döngə nöqtələrinin koordinatlarını, yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı haqqında qeydlərini əks etdirən yerquruluşu planının sifarişçinin vəsaiti hesabına hazırlanması və ayrılmalı su fondu torpaq sahəsinə, eləcə də yaradılması nəzərdə tutulan süni torpaq sahəsinə hesablanan icarə haqqının məbləği haqqında arayış verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini. Sorğuya barəsində müsbət rəy verilmiş süni torpaq sahəsinin baş planının sürəti əlavə olunur, habelə sorğuda planlaşdırılan tikinti obyektlərinin təyinatı və növündən asılı olaraq yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı barədə təklif göstərilir;

4.6.3. bu Qanunun 4.6.2-ci maddəsində nəzərdə tutulan yerquruluşu planı təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması üçün ayrılması nəzərdə tutulan su fondu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına aparılan mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın hazırlanmasının təşkilini və həmin hesabata dair rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini;

4.6.4. bu Qanunun 4.6.1-ci və 4.6.3-cü maddələrində nəzərdə tutulan rəylər müsbət olduğu təqdirdə sonuncu rəy təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması təklifi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəy bildirilməsi üçün sorğu göndərilməsini.

4.7. Bu Qanunun 4.6.4-cü maddəsində nəzərdə tutulan rəy ən geci 1 (bir) ay müddətində bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur.

4.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.7-ci maddəsinə əsasən rəy bildirildiyi və ya bildirilmiş hesab olunduğu gündən ən geci 5 (beş) iş günü müddətində həmin müraciəti bu Qanunun 4.3.1-ci, 4.3.2-ci, 4.6.1– 4.6.4-cü maddələrində göstərilən sənədlərlə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Maddə 5. Süni torpaq sahəsinin yaradılması üçün müraciətə baxılması

5.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) süni torpaq sahəsinin yaradılması ilə bağlı bu Qanunun 4.8-ci maddəsinə uyğun olaraq təqdim edilən müraciətlə bağlı süni torpaq sahəsinin yaradılması təklifinin qiymətləndirilməsi, o cümlədən süni torpaq sahəsinin yaradılmasının və həmin torpaq sahəsində inşa olunacaq tikinti obyektlərinin xüsusiyyətlərindən irəli gələrək onun milli təhlükəsizliyə, ətraf mühitə, dəniz üzgüçülüyünə, su fondu torpaqlarından iqtisadi (təsərrüfat) ehtiyacları üçün istifadəyə mümkün təsirinin qiymətləndirilməsi məqsədilə təklifi aidiyyəti dövlət orqanlarına (qurumlarına), müvafiq bələdiyyələrə göndərə, habelə digər tədbirlər görə bilər.

5.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.8-ci maddəsinə uyğun olaraq təqdim edilən müraciətlə bağlı ən geci 2 (iki) ay müddətində süni torpaq sahəsinin yaradılması təklifini araşdırdıqdan sonra, təklifi tam və ya qismən nəzərə almaqla, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması, yaxud ayrılmasından imtina barədə qərar qəbul edir.

5.3. Süni torpaq sahəsinin yaradılması barədə qərara süni torpaq sahəsinin yaradılması üçün ayrılmış su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin bu Qanunun 4.6.2-ci maddəsində nəzərdə tutulan yerquruluşu planı əlavə olunur.

Maddə 6. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar

6.1. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarda aşağıdakılar göstərilir:

6.1.1. ayrılmış su fondu torpaq sahəsinin, habelə bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüləri (sahəsi);

6.1.2. yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı;

6.1.3. yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı;

6.1.4. su fondu torpaq sahəsi və yaradılması nəzərdə tutulan süni torpaq sahəsi üzərində sifarişçinin hüququnun növü (istifadə, icarə);

6.1.5. dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini həyata keçirməsinin təmin olunması üçün süni torpaq sahəsinin aid ediləcəyi inzibati ərazi vahidi (müvafiq yaşayış məntəqəsi göstərilməklə).

6.2. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması barədə qərarda bu Qanunun 6.1-ci maddəsində göstərilənlərlə yanaşı həmçinin süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 (iki) ildən çox olmayan, süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin tikintisi üçün isə 3 (üç) ildən az, lakin 6 (altı) ildən çox olmayan müddət müəyyən olunur.

6.3. Bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ildən çox olmamaqla uzadıla bilər.

3-cü fəsil

SÜNİ TORPAQ SAHƏLƏRİNDƏ TİKİNTİ FƏALİYYƏTİ VƏ

SÜNİ TORPAQ SAHƏLƏRİ İLƏ BAĞLI MÜLKİYYƏT MƏSƏLƏLƏRİ

Maddə 7. Süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri

7.1. Süni torpaq sahəsində tikinti fəaliyyəti bu Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

7.2. Süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.

7.3. Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin məqsədləri üçün tikinti layihəsinin bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

7.4. Yaradılması forması və üsulundan asılı olmayaraq süni torpaq sahəsinin yaradılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən həyata keçirilən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işlərinin ayrıca mərhələsi hesab edilir və həmin tikinti işlərinin tikinti layihəsinə uyğun olaraq aparılması və başa çatması tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

Maddə 8. Süni torpaq sahələrinin yaradılması ilə bağlı mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi

8.1. Bu Qanuna uyğun olaraq süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsi sifarişçi hüquqi və ya fiziki şəxs olduqda icarə hüququ ilə, sifarişçi dövlət orqanı (qurumu) olduqda isə istifadə hüququ ilə ayrılır.

8.2. Süni torpaq sahəsinin yaradılması ilə bağlı tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq başa çatdıqda yaranmış süni torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müəyyən olunmuş torpaq sahəsi statusuna malik olur və süni torpaq sahəsi haqqında məlumatlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət torpaq kadastrına daxil edilir.

8.3. Süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab edilir. Süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilmir.

8.4. Süni torpaq sahəsi haqqında məlumatlar bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq dövlət torpaq kadastrına daxil edildiyi gündən:

8.4.1. həmin torpaq sahəsi (süni torpaq sahəsinin baş planında dövlət mülkiyyətində olacaq infrastruktur obyektlərinin və dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi hissə istisna olmaqla) üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə, dövlət orqanı (qurumu) olan sifarişçinin isə istifadə hüquqları yaranır. İcarə hüququ yaranmış sifarişçi 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan torpaq icarəsi müqaviləsini bağlamalıdır;

8.4.2. hüquqi və ya fiziki şəxs olan sifarişçinin süni torpaq sahəsinə görə icarə haqqı ödəmək vəzifəsi yaranır. Bu zaman sifarişçi su fondu torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur;

8.4.3. bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qərarla ayrılmış sahilboyu zolağa və sahilboyu zolağa bitişik formada yaradılmış süni torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin tələbləri tətbiq edilmir.

8.5. Hüquqi və ya fiziki şəxs olan sifarişçi süni torpaq sahəsində, habelə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların istismarına icazə verildiyi gündən həmin bina və qurğular üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər. Sifarişçi bina və qurğulara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı gündən onların yerləşdiyi torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur və süni torpaq sahəsi bu Qanunun 6.1.3-cü maddəsində göstərilən kateqoriyaya və məqsədli təyinata aid edilmiş hesab olunur, bu barədə məlumatlar isə dövlət torpaq kadastrına daxil edilir.

8.6. Bu Qanunun 6.3-cü maddəsi nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, su fondu torpaq sahəsi üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququna xitam verilmiş hesab edilir.

8.7. Yaradılması başa çatmış süni torpaq sahəsində bu Qanunun 6.3-cü maddəsi nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə tikinti obyektlərinin tikintisi başa çatmadıqda, tikintisi başa çatmış və istismarına icazə verilmiş tikinti obyektlərinin yerləşdiyi hissələr istisna olmaqla, bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququnun yarandığı süni torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş hesab edilir.

8.8. Süni torpaq sahəsində dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə, habelə süni torpaq sahəsi və ya onun hissələri üzərində icarə və istifadə hüquqlarını əldə etməkdə hüquqi və fiziki şəxs olan sifarişçi üstünlük hüququna malikdir.

8.9. Bu Qanunun 8.8-ci maddəsinin müddəaları aşağıdakı hallara şamil edilmir:

8.9.1. dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı ötürülməsinə;

8.9.2. bu Qanunun 8.4.1-ci maddəsinə uyğun olaraq infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi üçün ayrılmış torpaq sahələri üzərində icarə və istifadə hüquqlarının həmin məqsədlərlə ötürülməsinə.

4-cü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 9. Süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqının məbləği

Süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Maddə 10. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ