Cümə axşamı günü, 27 avqust 2026
     

Avropa İttifaqının casus şəbəkəsi Qafqazda sülhə qarşı işləyir...

Image


Ermənistanın Qərbin Qafqazda planlarının həyata keçirilməsi üçün artıq alətə çevrilməsi heç kimə sirr deyil. Əvvəl­lər Rusiyanın forpostu olan Ermənistan hazırda, faktiki olaraq, Qərb üçün eyni funksiyanı yerinə yetirir. 2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Emə­nistanda fəaliyyətə başlayan, hazırda sayı 209 nəfər olan Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası da bu məqsədlə istifadə olunur.

Qərbin ermənipərəst dairələrinin "binokl dip­lomatiyası"nı reallaşdıran, onların agentinə çevrilən Aİ missionerlərinin fəaliyyəti region ölkələrində, o cümlədən Azərbaycanda haqlı narazılıqla qarşılanır. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin isə qeyd edir ki, Avropa İttifaqının monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır: "Ermənistan 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifi ilə razılaşsaydı, bu gün üzləşdiyi risqlərin bir çoxu azala bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, "monitorinq" adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu". Bu fonda rusiyalı hərbi ekspert İqor Korotçenko da qeyd edir ki, Ermənistan ərazisində Avropa İttifaqının  qondarma müşahidə missiyası fəaliyyət göstərir, onun onurğasını diplomatik pərdə altında Qərb kəşfiyyatçıları təşkil edir, sonra isə ora nizami hərbi personal da gətirildi. O bildirib ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Aİ-nin Ermənistandakı missiyasının NATO missiyasına çevrildiyini birbaşa bəyan etməsinə əsas verdi: "Lavrov qeyd etdi ki, indi Norveç, Kanada və ABŞ-dan hərbi personal da ora göndərilir və Aİ missiyası NATO missiyasına çevrilir. Aİ-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onun sayını artırmaq, həm də Ermənistan ərazisində getdikcə daha çox yeni rezident missiyalar açmaq və təsir agentləri cəlb etməklə genişləndirilir". Korotçenkonun sözlərinə görə, KTMT ilə tərəfdaşlığın dayandırılması fonunda İrəvan Rusiyaya düşmən olan dövlətlərlə qarşılıqlı əlaqəni xeyli artırıb: "Bu baxımdan Ermənistanın müdafiə naziri Suren Papikyanın son xarici səfərlərinin coğrafiyası açıq göstəricidir. Məsələn, o, KTMT Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasını nümayişkaranə şəkildə iqnor etdi, əvəzində məhz həmin vaxt Belçikaya səfərə getdi və burada Aİ və tərəfdaş ölkələrin müdafiə nazirləri ilə Avropa təhlükəsizliyi məsələlərini müzakirə etdi. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Suren Papikyan və Avropa Birliyi Hərbi Komitəsinin sədri general Robert Briger müdafiə sahəsində Ermənistan-Aİ əməkdaşlığının konkret sahələrini müzakirə ediblər. Papikyan Ermənistan silahlı qüvvələrində aparılan islahatların gedişatını da Qərb tərəfdaşlarına təqdim edib".

Elə Mixail Qaluzin də təsdiq edir ki, İrəvan Moskva ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi vasitəsilə təmaslara maraq göstərmir. Onu sözlərinə görə, bu, Qərbin Ermənistana göstərdiyi təzyiqlərin nəticəsidir: "2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin bir dənə də görüşü olmayıb".   Qaluzin vurğulayıb ki, iki ölkənin müdafiə idarələri arasında təmasların dinamikası da azalıb, hərbi-texniki əməkdaşlıq zəifləyib. Rəsmi Moskva Ermənistanın belə mövqeyini qəbuledilməz sayır. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova daha əvvəl bu xüsusda bildirib ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir: "Bu cəhdlərdə biz Qafqazda münasibətlərin real tənzimlənməsi maraqlarından uzaq, müstəsna geosiyasi kontekst görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir". Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil: "Brüssel bu sahədə uğurları ilə özünü tərifləyə bilməz. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovo əyalətindəki missiyasını götürək. Aİ-nin Ermənistandakı yeni missiya ilə bağlı qərarını dəyərləndirərkən bunu nəzərə almaq lazımdır". Faktdır ki, Avropa İttifaqının missiyası adı altında Ermənistanda Qərbin casus şəbəkəsi yerləşib. Bu şəbəkə regionda sülhə əngəl olur. Bu gün Azərbaycan regionda sabitlik istəyir və beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında praktiki sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan olub, hazırda müzakirə olunan prinsiplərin müəllifi də Azərbaycandır. Amma Ermənistan vasitəsilə müəyyən Qərb qüvvələri prosesə mane olmağa çalışırlar. Bu səbəbdən də iki ölkə arasındakı şərti sərhədə hansısa xarici qüvvələrin yerləşdirilməsinə rəsmi Bakı razı deyil. Amma Ermənistan hələ ki, bu xüsusda yanlış siyasətə davam edir. 

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ