Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropada Makrona artıq təhlükə mənbəyi kimi baxılır...

Image


Yürütdüyü daxili və xarici siyasətdə yol verdiyi çoxsaylı qüsurlar Fransa prezidenti Emmanuel Makronun Avropada da istehza və tənqid hədəfinə çevilməsinə gətirib çıxarıb. Bu fonda İtaliya baş nazirinin müavini Matteo Salvini Emmanuel Makronu Avropanı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib. 

Salvini bildirib ki, ölkəsi heç bir şəkildə hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil. O, Fransa liderini Ukrayna hökumətinə qarşı loyal siyasət aparmaqda günahlandırıb.

Salvini, eyni zamanda, "X" sosial şəbəkəsindəki hesabında Makronun xüsusi proqram vasitəsilə hazırlanmış fotoşəklini paylaşıb. Bundan əvvəl Fransa mediası diplomatik dairələrdəki mənbələrə istinadən xəbər vermişdi ki, Fransa Ukraynaya hərbi təlimatçılar göndərməyə hazırlaşır. Qeyd olunur ki, ilkin mərhələdə məhdud sayda təlimatçıdan danışmaq olar, sonra isə onların sayı bir neçə yüzə çatdırılacaq. Bu missiya, mənbələrə görə, Avropa İttifaqı və ya NATO-nun himayəsi altında fəaliyyət göstərməyəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı danışarkən bildirib ki, fransalı təlimatçılar Ukraynada Rusiya ordusunun qanuni hədəfidir: 

"Fransalı təlimatçıların artıq Ukraynada işlədiklərini və qanuni hədəf olduğunu düşünməyə əsas var". Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı bu fonda yazır ki, yalnız Fransa prezidenti öz həmvətənlərinin Ukraynaya göndərilməsinə icazə verib: "Bu barədə ilk məlumat verən "Reuters" anonim mənbələrə istinadən xəbər verir ki, Ukraynaya ilk növbədə faktaraşdırıcı missiya gələcək. Bunun ardınca bir neçə yüz fransız təlimatçı göndəriləcək. Onlar minalardan təmizləmə və aviasiya ilə məşğul olacaqlar. Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sirski videobağlantı vasitəsilə Ukraynanın müdafiə naziri Rustem Umerovla Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu ilə danışıqlar apardıqlarını bildirib. Sonuncu fransız təlimatçılarının doğrudan da gələcəyini açıq mətnlə bildirib. Sirski bu qərarı alqışlayıb. "Mən artıq ilk fransalı təlimatçıların təlim mərkəzlərimizə baş çəkməsinə, onların infrastrukturu və kadrları ilə tanış olmasına imkan verəcək sənədləri imzalamışam", - o bildirib. Əgər Makron Ukrayna-Rusiya münaqişəsində qırmızı xətti keçmək qərarına gəlibsə, Fransa prezidentinin bunu elan etmək üçün Normadiyanı seçməsi təsadüfi deyil. İkinci Dünya müharibəsi ilə bağlı yaddaqalan hadisələr arasında Normandiyadakı mərasim Qərbi avropalılar üçün uzun müddətdir ki, mayın 8-də nasist Almaniyasının təslim olmasına həsr olunmuş hadisələrdən daha mühüm əhəmiyyət kəsb edir. Burada, 6 iyun 1944-cü ildə anti-Hitler koalisiyasının ölkələrindən 150 mindən çox əsgər yeni cəbhəyə çıxıb. Dünya tarixindəki bu ən böyük eniş əməliyyatı uğurla nəticələndi və nəticədə Fransanın daxili ərazilərinə genişmiqyaslı hücum edildi. Əvvəllər Rusiya da Normandiyada keçirilən mərasimin daimi iştirakçısı olub. Oraya toplaşan dünya liderləri nəinki anım tədbirlərində iştirak edir, həm də danışıqlar aparırdılar. Xatırladaq ki, məhz 2014-cü il iyunun 6-da Fransa, Almaniya, Rusiya Federasiyası və Ukrayna başçılarının görüşündən sonra "Normand formatı" adlanan bir format yaranmışdı və bu formatda danışıqların davam edəcəyi güman edilirdi. Təəssüf ki, bu baş vermədi.

Bildiyimizə görə, indiki mərasimə Rusiya Federasiyasının nümayəndələri dəvət olunmayıb. Lakin Ukrayna prezidenti Vladimir Zelenski dəvət alıb. Onun Normandiyadakı həmsöhbətləri arasında ABŞ prezidenti Cozef Bayden də olacaq. "Washington Post" qəzeti Qərb qoşunlarının Ukraynaya göndərilməsi təklifi ətrafında yaranan bütün səs-küyü Rusiya Federasiyası ilə əsəb müharibəsinin bir hissəsi kimi qiymətləndirir. Bir çox digər KİV-də Fransanın Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakı ilə bağlı eyhamları oxşar məcrada şərh olunur. O da vacibdir ki, azsaylı da olsa, əcnəbilər artıq Ukraynada döyüşürlər, ancaq fərdi şəxslər kimi. Qərb ölkələrinin bəzi hökumətləri bunu dəstəkləmir, digərləri (məsələn, Estoniya) əksinə, öz həmvətənlərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsi ilə lovğalanır. Makronun təlimatçılar göndərmək qərarı o demək olacaq ki, Ukrayna tərəfində əcnəbilərin silahlı münaqişədə birbaşa iştirakı rəsmi şəkildə tanınır, özü də bütün bundan irəli gələn nəticələrlə. Bu da dünynı nüvə fəlakətinə sürükləyir". O da bəllidir ki, Makronun bölgəyə hərbi kontingent göndərmək planı fransızlar arasında ciddi narazılıq doğurub. Hətta bu addımın üçüncü dünya müharibəsinə səbəb olacağı irəli sürülür. Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo qeyd edir ki, fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb. Bunlar fonunda o da diqqət cəlb edir ki, Makronun  xaotik və qeyri-ardıcıl siyasəti nəticəsində Fransa ənənəvi təsir zonasında - Afrikada strateji məğlubiyyətə uğradı. Mali, Burkino-Faso, Niger kimi keçmiş Fransa koloniyalarında anti-Fransa qüvvələri hakimiyyətə gəldi, Parisin bölgədə hərbi və iqtisadi varlığı sonlandırıldı. Yaxın Şərqdə, xüsusən Livanda Fransa artıq uzun müddətdir, önəmli oyunçu deyil. Fransa kəşfiyyatının istər Azərbaycanda, istərsə də digər ölkələrdə fəaliyyətinin ifşa olunması isə Makronun ölkəsini hansı duruma gətirdiyinin daha bir göstəricisidir. Cənubi Qafqaza gəldikdə, uğursuz militarizasiya və Ermənistana təktərəfli dəstək siyasəti yürüdən Makron burda da uğur əldə edə bilmədi. Digər tərəfdən, Makronun Ukraynada Rusiya əleyhinə koalisiyaya başçılıq etmək, hətta bölgəyə NATO qüvvələrini göndərmək təklifi üzv dövlətlər tərəfindən qətiyyətlə rədd edilir. Makron hökumətinin bacarıqsız və uğursuz addımları artıq xarici siyasət sferasından çıxaraq, Fransa daxilində də ciddi narazılıqlara səbəb olub.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ