Cümə axşamı günü, 05 noyabr 2026
     

Zəngəzur dəhlizinin açılması qlobal tələbə çevrildi...

Image


Cari il ərzində Zəngəzur dəhlizinin açıla biləcəyi ilə bağlı verilən proqnozların sayı artmaqda davam edir. Belə görünür ki, dəhlizin açılmasında Azərbaycanın istəyinə uyğun olaraq Kalininqrad modelindən istifadə olunacaq. 

Əslində, bu modelin tətbiqində Avropa da maraqlıdır. Hər halda, Litvanın İrəvandakı səfiri Andrius Pulokasın dedikləri də bunu təsdiq edir. 

O qeyd edir ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində Kalininqrad modelinin tətbiqi münasibdir. Pulokas ermənilərin Zəngəzur dəhlizinin açılmasından sonra müharibə narahatlığına da cavab verib. Səfir bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər. Xatırladaq ki, daha öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid maraqlı açıqlamalar verib. O bildirib ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq". Bununla yanaşı, prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb: "Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq". Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi. SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Hazırda Zəngəzur dəhlizinin açılması, əslində, artıq nəinki regional, həm də qlobal xarakter daşıyır. Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə region ölkələri maraqlı deyil. Avropa da bu layihədən ciddi dividend əldə edəcək. Qeyd edək ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Zəngəzur dəhlizi məsələsinə də töhfə oldu. Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son zamanlar, xüsusilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var. Bu isə özünü həm də Zəngəzur dəhlizinin açılmasında göstərə bilər. 

Bundan əlavə, Avropa, eləcə də Çin və Rusiya da dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edir. Məsələyə bu fonda nəzər salan "Foreign Affairs" jurnalı yazır: "Qarabağı tərk etməklə Rusiya Azərbaycana triumf verdi. Bununla da Azərbaycan hərbçiləri çoxdan mübahisə mövzusu olan ərazi üzərində məhdudiyyətsiz nəzarət əldə etdilər. Sülhməramlıların Qarabağı tərk etməsindən sonra bir çox müşahidəçilər Bakı ilə Moskva arasında gizli razılığın olduğunu güman edirdilər. Bununla belə, iki ölkənin liderləri arasındakı xoş münasibət hazırkı əlaqələrə geniş imkan yaradıb. Sülhməramlıların bu yaz çıxarılması Bakı ilə Moskva arasında razılığın əsas komponenti kimi görünür. Sülhməramlıların getməsindən cəmi 5 gün sonra Əliyev Moskvaya səfər edib, iki ölkə arasında əlaqələrin genişlənməsini müzakirə etdi. Moskva üçün bütün bunlar Qərblə Ukrayna müharibəsi fonunda yeni ticarət marşrutlarının yaradılması yarışının tərkib hissəsidir. Müharibənin başlanmasından sonra Qərb hökumətləri və şirkətləri Orta Dəhlizi modernləşdirməyə cəhd edirlər". Jurnal qeyd edir ki, Azərbaycan öz coğrafi mövqeyi sayəsində tərəflər arasındakı rəqabətdən qazanc əldə edə bilib. Məqalədə, həmçinin, Rusiyanın Cənubi Qafqazda İranla nəqliyyat əlaqələrinin bərpasında maraqlı olduğu bildirilib. Bunun isə İkinci Dünya müharibəsi zamanı ABŞ-ın SSRİ-yə yardım üçün istifadə etdiyi əsas xəttin yenidən bərpa olunması anlamına gəldiyi vurğulanıb. "Foreign Affairs" bu baxımdan Zəngəzur dəhlizinin də Moskva üçün önəm kəsb etdiyini yazıb: "Hələ 2020-ci ilin noyabrında Putin, Əliyev və Paşinyan üçtərəfli bəyanatı imzalayanda ruslar düşünürdülər ki, onların bu marşrutun açılması ilə bağlı razılığı var. Bəyanata regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası daxil idi və orada, xüsusilə Naxçıvana Ermənistan üzərindən marşruta xatırlatma edilirdi. Üstəlik, burada deyilirdi ki, marşrut üzərində nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində olacaq. Lakin o vaxtdan dəhliz bağlıdır, çünki Ermənistan və Azərbaycan istismarla bağlı razılaşa bilməyiblər. Lakin Rusiya hələ də israr edir ki, nəzarəti onun təhlükəsizlik qüvvələri həyata keçirməlidir. Beləliklə, yeni dəhlizin açılması Azərbaycanla Rusiya arasındakı yeni razılaşmanın əsasını təşkil edə bilər. Yəni bunun qarşılığında Rusiya qoşunlarını Qarabağdan çıxarır, əvəzində Azərbaycan Rusiyanın Ermənistanın cənubundan gedən yola nəzarətinə razılaşa bilər. Əgər plan reallaşsa, bu, Azərbaycanla Rusiyanın Ermənistanın cənub sərhədlərinə koordinasiyalı nəzarət etməsi anlamına gələcək. Bu da Ermənistan, eləcə də Qərb üçün kabuslu yuxudur". O da vurğulanır ki, əgər bu ehtimal reallaşsa, ABŞ və Qərb Rusiyanın İranla avtomobil və dəmiryolu yaratmaq işində böyük addım atdığını görəcək. Məqalədə, həmçinin, Rusiyanın heç bir keçmiş müttəfiqinin Moskvadan Ermənistan kimi uzaqlaşmadığı qeyd olunub. Lakin Moskvanın Ermənistanda təsirinin zəifləməsi qarşılığında regionda heç bir gücün Qərbin Rusiyanı əvəz etməsində maraqlı olmadığı vurğulanıb. Digər tərəfdən, Paşinyan Qərbə inteqrasiya yolunu seçsə də, məqalə müəllifləri İrəvan üçün bir neçə risqin qaldığını deyirlər. Bunların sırasında əsas kimi isə Rusiyadan iqtisadi asılılıq, Azərbaycanla Zəngəzur dəhlizi uğrunda toqquşma, eləcə də daxili qüvvələrin xarici dəstəklə Paşinyanı devirmə ehtimalları göstərilir: "Bu təhdidlər diplomatiya ilə paralel gedir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin əldə olunması və münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparmağa davam edir. İki tarixi düşmənin müharibədən qaça biləcəkləri isə, daha çox, Qərb güclərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, burada da konfliktin nizamlanması üçün siyasi və maliyyə resurslarını yatırmağa nə qədər hazır olmalarından asılı olacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ