Cümə axşamı günü, 05 noyabr 2026
     

Trampın rəqiblərinə “milyarder Cefri Epşteyn” atmacasının mahiyyətində nə var?

Image


ABŞ-ın sabiq prezidenti Donald Tramp, prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli, 11 sentyabr terror aktı və milyarder Cefri Epşteyn haqqında sənədləri dərc edəcək. 

Tramp bu haqda "Fox News"a müsahibəsində deyib. "Mənim qisasım uğurlu olacaq. Bunlar pis insanlardır. Bunlar xəstə insanlardır. Mən olmasaydım, eyni şeyi başqasına edərdilər"- deyə Tramp bildirib.

Trampın barəsində danışdığı Cefri Epşteyn milyarderdir. Onun bu açıqlaması şantajdırmı, yoxsa əsaslı bir məsələdir? Şantajdırsa kimə yönəldir? Cefri Epşteyn kimdir və keçmiş prezident bu hədəni kimə yönəldir? 

Kollec dərəcəsi olmayan müəllim… 

Cefri Epşteynlə bağlı internet üzərindən araşdırma apardıq və qarşımıza onunla bağlı diqqət çəkən məlumatlar çıxdı. Vikipediya açıq ensiklopediyasında Cefri Epşteyn ABŞ maliyyəçisi və cinayətkarı kimi təqdim edilir.  1953-cü ildə Nyu-Yorkun Bruklin rayonunda doğulan və burada böyüyən Epşteyn, kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaradıb. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqları cinsi istismar edib.  

Prokurorların "serial seks ovçusu" adlandırdığı iş adamı… 

2019-cu ildə amerikalı milyarder Cefri Epşteyn cinsi istismar məqsədilə insan alverində ittiham olunub. Həmin dövrdə 66 yaşı olan milyarder məhkəmə qarşısına çıxarılaraq, haqqında həbs qərarı verilib.

Xarici mətbuatın yazdığına görə, Epşteyn həmçinin insanları cinsi istismara məruz qoymaq məqsədilə hiylə qurub onları aldatmaqda günahlandırılıb.

Vəkili Cek Qoldberger deyirdi ki, o özünü təqsirli bilmir, ittihamları da rədd edir. Yetkinlik yaşına çatmayan qızlarla seksual münasibətlərdə təqsirləndirilən maliyyəçi məhkəmədə bildirirdi ki, indi qurban kimi təqdim olunan qızlar, əslində, könüllü şəkildə münasibətdə olublar. O isə həmin qızların 18 yaşdan böyük olduğunu düşünüb.

Qeyd edək ki, Epşteyn Parisdən gələrkən təyyarə Nyu-Cersi ştatında yerə enən kimi saxlanılmışdı.

"The New-York Times" qəzeti yazırdı ki, Epşteynin keçmiş prezident Bill Klintonla, həmçinin Ağ Evin hazırkı rəhbəri Donald Trampla yaxşı əlaqələri olub.

Epşteyn 2007-2008-ci illərdə də yetkinlik yaşına çatmayan qızların xidmətindən istifadə etməkdə günahlandırılırdı. Həmin vaxt o, əməlini etiraf etmiş və bu üzdən 13 ay həbsxanada saxlanılmışdı. 

Milyarder 2019-cu ildə də növbətu dəfə eyni məsələyə görə həbsə məhkum edilir. O zaman milyarderlə bağlı mətbuatda tükürpədən faktlar yer alırdı. Amerikalı milyarder Cefri Episteyn saxlandığı kamerada ölü tapılır. Mətbuata görə, prokurorların "serial seks ovçusu" adlandırdığı iş adamının ölümü ilə gündəm qarışır və cürbəcür iddialar yayılır. Episteyn, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu. 

Epşteynin müəmmalı ölümü və yeni iddialar... 

KİV-ə görə, Epşteynin ölümündən sonra "qurama" teoriyaları ortaya atıldı. Sosial mediada belə versiyalar yayıldı ki, Epşteyn başqa məşhur şəxslərin adlarının ortaya çıxmasının əngəllənməsi üçün öldürülüb, hətta ölümü də quramadır. Ölümündən sonra həbsxana yetkililərindən alınan məlumatda deyilirdi ki, Epşteyn 10 avqust 2019-cu il saat  06.30-da kamerasında ölü tapılıb. Həbsxana işçiləri onu həyata qaytarmağa çalışsalar da, xəstəxanaya aparılan milyarderin öldüyü açıqlanıb.

Yetkililər Epşteynin intihar etdiyini düşündüklərini dedikləri halda, rəsmi ölüm sənədinin açıqlanmadığı bildirilirdi. O dövrdə yayılan iddialara görə, Epşteynin həbsxanada rahatlığını təmin etmək üçün məhkumlara rüşvət verdiyi və beləcə təhlükədən uzaq qalmağı planlaşdırdığı ortaya çıxıb. Epşteynin kiçik hücrədən qurtulmasına kömək etmək üçün vəkilinə də külli miqdarda pul verdiyi və 12 saata qədər görüşə gəlməsini istədiyi bildirilirdi. Bu uzun görüşmə saatlarında ehtiyatdakı bütün yemək və içkilərin tükəndiyi də deyilirdi.

Trampın yaydığı video... 

Elə həmin günlərdə ABŞ-ın keçmiş prezidenti Tramp Twitterdə mühafizəkar komediyaçı Terrence Villiamsın Epşteynin ölümü ilə bağlı keçmiş prezident Bill Klinton və keçmiş xarici işlər naziri Hillari Klintonu cavabdeh saydığı videonu paylaşmışdı. Tramp mesajında Epşteynin intihar nəzarətində olduğu zaman öldüyü iddia edilirdi.

Epşteyn haqqında federal cinayət işi bağlanmışdı. Amma ona təzminat davası açmağın hələ də mümkün ola biləcəyi deyilirdi. Məhkəmə sənədlərinə görə, Epşteynin Manhetten, Palm Beach, New Mexiko və Parisdə evleri, Kariblərdə adası, ən azı 15 maşını və özəl təyyarəsi olub.

Milyarderə qarşı təcavüz iddiası… 

Mətbuatda yazılırdı ki, Cenifer Araoz adlı bir qadın 15 yaşındaykən Epşteynin ona təcavüz etdiyini iddia edərək, məhkəməyə müraciət etmişdi. Aroaz, Epsteynin ölümündən sonra verdiyi açıqlamada aşağıdakıları demişdi: "Epşteynin qurbanları ilə məhkəmədə üzləşə bilməyəcəyi üçün əsəbi və kədərliyəm. Bizlər həyatımızın sonuna qədər bu travma ilə yaşamağa məcburuq. Amma Epşteyn etdiyi cinayətlərin və o qədər insana yaşatdığı iztirabların nəticələri ilə əsla üzləşməyəcək".

Prokurorların məhkəmənin gedişi zamanı Epşteynin köməkçiləri və işçilərinə qarşı da cinayət işi aça biləcəyi deyilirdi. Məhkəmə sənədlərində Epşteyn üçün "masaj edən qadınları təşkil edən" üç işçisi barədə də danışılırdı. Məhkəmə sənədində zərərçəkənlərdən birinin vəkili olan Robbie Kaplan isə bildirirdi ki, "Epşteyn və cinayət ortaqlarının qurbanları ümidlərini ititməməlidir. Biz var gücümüzlə ədalətin öz yerini tapması üçün cəhdlər göstərməklə qalmayıb, yol verilən bütün cinayətlərin dünyaya çatdırılmasını təmin edəcəyik. Gənc qızlarımızın və ya kişilərimizin bir daha bu cür şeylər yaşamaması üçün bu cinayətləri ifşa etmək məcburiyyətindəyik".

Qadınları bir-biri ilə məcburi evləndirən Epşteyn… 

Mətbautda milyarderlə bağlı başqa bir ilginc fakt da yayılıb.  Yazılanlara görə,  C.Epşteyn 2013-cü ildə 2 qadını bir-biriylə zorla evləndirmək istəyib. Qadınlardan biri ABŞ vətəndaşı, digəri isə Şərqi Avropadan olub. Qadınlar çirkin niyyətli milyarderin həbsindən bir ay öncə boşandıqlarını deyirdilər. Ketlin Doe adlı bir başqa qurban isə Epşteynin ona təzyiq edərək, başqa bir qadınla evlənməsini istədiyini bildirmişdi.

Ketlin Doe eyni cinsdən bir qadınla evlənməsi üçün Epşteynin ona 20 min dollar təklif etdiyini bildirirdi. Qadınlar boşanmadan öncə Epşteynə aid bir binada yaşadıqlarını deyirdilər. Katlin həmçinin iddia edirdi ki, Epşteyn ondan bakirəliyini istəyib və buna məcbur edilib. Nyu Yorkdakı federal prokurorlar onun 2002-2005-ci illər arasında Nyu Yorkdakı evi və Floridadakı malikanəsində aralarında 14 yaşındakı qız uşaqlarının da olduğu, yetkinlik yaşına çatmayan insanlarla pul qarşılığında cinsi münasibətlər qurması ilə bağlı iddianaməni də keçən ay gündəmə gətirmişdi.

Bitib-tükənməyən iddialar, 13 illik həbs… 

Mətbuata görə,  Epşteynə 2007-ci ildə də buna bənzər ittihamlar yönləndirilmişdi. Həmin vaxt prokurorluqla anlaşan və insan alveri ittihamlarını qəbul edən Epşteyn ehtimal edilən ömürlük həbs cəzası əvəzinə, yuxarıda qeyd edildiyi kimi, 13 ay həbsə məhkum olmuşdu.

ABŞ mediasına görə, 2019-cu ilin 6 iyulunda Epşteynin malikanəsində aparılan axtarışda külli miqdarda nağd pul, çoxlu sayda brilyant, adına alınmış, yaşayış yeri olaraq Səudiyyə Ərəbistanın qeyd olunduğu vaxtı keçmiş bir saxta pasportla yüzlərlə gənc qadının intim fotoları tapılmışdı.

O da qeyd edilir ki, Epşteyn həmin ilin 23 iyulda boynunda izlər tapıldığı üçün intihar nəzarətinə götürülmüşdü. İzlərin intihar cəhdi, yoxsa hücuma məruz qaldığı üçün yarandığı isə aydınlaşmamışdı.

Cinayətkar, pedofil, "seks ovçusu" milyarder barədə bu gün də müəmmalı söhbətlər, iddialar davam edir. Trampın da müsahibəsində Epşteynin ölümü haqda danışması müxtəlif suallar yaradır. Tramp açıqlayıb ki, prezident seçiləcəyi təqdirdə milyarderlə bağlı sənədləri dərc edəcək. Təbii, gözləntilər odur ki, Epşteynin ölümünün gerçək səbəbi üzə çıxacaq. Fikrimizcə, Tramp bu sənədləri dərc etməklə indiyə qədər davam edən müəmmaya son qoyacaq, sözsüz ki, sənədlər dərc ediləndə müxtəlif məşhurların, ABŞ siyasilərinin, dövlət adamlarının da adlarının ortaya çıxması gözlənilməz deyil... Bu açıqlamadan, yəqin ki, çoxları özünə aid mesajı alıb. Gəlin, hadisələrin davamını gözləyək...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ