Cümə axşamı günü, 05 noyabr 2026
     

Erməni kilsəsinin sirri açıldı - Azərbaycanla sülhü buna görə istəmir...

Image


Ermənistanda hakimiyyətlə kilsənin qarşıdurması getdikcə daha gərgin xarakter almaqdadır. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini və işğalda saxladıqları 4 kəndin qaytarılmasını bəhanə edərək, daxili xaos və itaətsizliklə hakimiyyəti ələ keçirməyə çalışan kilsə və müxalifət, hələ ki, hər hansı nəticəyə nail ola bilməyib. 

Elə bu fonda Ermənistanın "Qraparak" nəşri yazır ki, hakimiyyət daha sərt tədbirlərlə rəqiblərini neytrallaşdırmağa hazırlaşır: "Ermənistandakı hərəkat fəalları son günlər aralarında hakimiyyətin göndərdiyi təxribatçıların peyda olduğunu və həmin təxribatçıların nifaq salmağa çalışdıqlarını müşahidə edib. Təxribatçılar Baqrat Srbazanın çıxışı zamanı "Kəskin hərəkətlər edək, gedək binaları zəbt edək, qapıları sındıraq, əks halda bu, fənərlərlə gəzintiyə çevriləcək" kimi replikalar səsləndiriblər. Bu təxribatçılar artıq üzdən tanınır. Onlar mübarizə aparanlar arasında şübhə yaratmağa, onları ruhlandırmağa çalışırlar ki, dağıtmağa getməsələr, bu hərəkatdan heç nə çıxmayacaq. Hakimiyyət hərəkatın aktivinə xüsusi nəzarət də yaradıb. Deyilənə görə, səhərdən axşama kimi evlərin yaxınlığında, həyətlərdə saxlanılan avtomobillər var. Həmin avtomobillərdə bütün günü həmin ərazidən keçidə nəzarət edən, gizlənməyən və aktivə psixoloji təzyiq göstərməyə çalışan insanlar var". Bununla yanaşı, erməni mediası yazır ki, Ermənistanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın antihökumət aksiyalarının davam etdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın siyasi komandası Erməni Kilsəsi üzərinə daha çox vergi qoyulması məsələsini müzakirə edib. Səbəb də odur ki, Erməni Kilsəsi və onun başçısı katolikos II Qaregin Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib. Xatırladaq ki, bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirlər. Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulub. Paşinyanın siyasi müttəfiqləri hazırda Eçmiədzini siyasətə qarışmaqda ittiham edirlər. Ermənistan parlamentinin spikeri Alen Simonyan bundan öncə demişdi ki, Erməni Kilsəsinə də bütün başqa bizneslər kimi vergi qoyulmalıdır. Baş nazirin özü belə bir addımın atılacağına işarə etmişdi. Parlamentin maliyyə və büdcə işləri komitəsinin sədri Tsovinar Vartanyan və onun partiyadaşları bildiriblər ki, Eçmiədzin üçün edilən vergi güzəştləri tezliklə ləğv oluna bilər: "Söhbət kilsənin idarə etdiyi minlərlə mülkdən gedir. Mən monastırlardan yox, kommersiya sahələrindən, ictimai sahələrdən, qonaq evlərindən danışıram. Hazırda bunları yoxlayırıq və düşünürəm ki, bu təşəbbüs məntiqi nəticə ilə bitəcək".

Eyni zamanda Paşinyanın keçmiş şəxsi vəkili, hazırda Dövlət Vergi Xidmətinə başçılıq edən Rustam Badasyan bildirib ki, hər bir erməni kilsəsində yandırılmaq üçün satılan şamlardan gələn qazanca 20 faiz əlavə dəyər vergisi qoyulmasına tərəfdardır. Qeyd edək ki, şam satışı Eçmiədzinin ən böyük gəlir sahələrindən biri sayılır. Vartanyan vurğulayıb ki, yeni vergi planları hazırda ölkədə gedən siyasi proseslərlə bağlı deyil. Müxalifətdən olan və arxiyepiskopun etiraz aksiyalarında fəal iştirak edən deputat Artsvik Minasyan hökumətin planlarını tənqid edib. O deyib ki, Ermənistan konstitusiyasında kilsənin ölkənin tarixindəki və ictimai həyatındakı "müstəsna rolu" təsbit edilib. Qeyd edək ki, Ermənistan konstitusiyasının 18.1-ci maddə­sində erməni apostol kilsəsinin milli kilsə kimi "erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası" təsbit edilib. Halbu­ki, konstitusiyaya görə, Ermənistan dün­yəvi dövlətdir. Həmin maddə isə demok­ratiklik və dünyəvilik prinsiplərinə ziddir. Xatırladaq   ki, Nikol Paşinyanla Erməni Kilsəsi və onun başçısı II Qaregin arasında münasibətlər onun hakimiyyətinin, demək olar, ilk günündən gərgin olub. II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi. Bu münasibətlər, xüsusilə Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra daha da gərginləşib. Bu sıradan son insident mayın 28-də baş verib. Həmin gün II Qaregin və əshabələri Müstəqillik Gününü qeyd etmək üçün İrəvan yaxınlığındakı Sərdarabad abidəsinə gül-çiçək əklilləri qoymağa və dualar etməyə gəlmişdilər. Lakin hazırkı vəziyyətin mürəkkəb olduğunu nəzərə alan polis kilsə nümayəndələrinin qabağını kəsib və onlar gəlişlərinin məqsədi barədə təfərrüatlı məlumat verəndən sonra kompleksə buraxılıblar. Bütün ermənilərin katolikosuna qarşı polisin belə hərəkətləri Eçmiədzin və əksər diaspora kilsələrində pislənib. Müxalifət liderləri də II Qareginə qarşı belə hərəkətlərə görə Nikol Paşinyanı ittiham ediblər. Nikol Paşinyan isə II Qareginin və onu müşayiət edən ruhani xadimlərin Sərdarabad xatirə kompleksinə girişinə mane olmalarına haqq qazandırıb. Bundan daha əvvəl, 2024-cü ilin Yeni il gecəsində İctimai televiziya katolikosun ənənəvi Milad xütbəsini efirə verməyib. İndi görünən odur ki, kilsə Er­mənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəmir. Çünki Eçmiə­dzin bu prosesləri özünün maraqlarına zidd hesab edir. Qeyd edək ki, kilsə keçmiş mü­naqişə sayəsində çox böyük vəsait qaza­nıb. Ona görə də münaqişənin bitməsini, iki ölkənin münasibətlərinin normallaş­masını özünə təhlükə kimi görür və bu səbəbdən sülhü əngəlləyir. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ