Cümə axşamı günü, 27 avqust 2026
     

SOCAR-a hücum edənlər kənardan idarə olunur...

Image


Məlum olduğu kimi, bu günlərdə SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb. "Cumhuriyet" qəzetinin yazdığına görə, "Fələstin üçün min gənc" adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb. 

Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.

Qəzetin yazdığına görə, fəallar "soyqırımçı İsrailə neft verən SOCAR önündə intifada səsimizi ucaltmaqda davam edirik!", "Bu qanlı ticarətə imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər. "Cumhuriyet" qəzetinin xəbərində o da deyilir ki, fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: "Qatil İsrail Fələstində soyqırımı edərkən Türkiyə və Azərbaycan əl-ələ bu soyqırıma milyonlarla barrel neft daşımaqdadır". Videoda boğazına ənənəvi Fələstin yaylıqlarını bağlamış bir qrup şəxsin şirkətin binasına daxil olmağa çalışdığı, lakin mühafizəçilər tərəfindən qarşılarının kəsildiyi görünür. Ekspertlər isə qeyd edirlər ki, burada əsas məqsəd Türkiyə və Azərbaycana qara yaxmaq, ölkələrimiz arasında münasibətlərə xələl gətirməkdir. Burada həmçinin müəyyən nüanslar da diqqət çəkir. Məsələn, aksiyaçılar Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıblar ki, bu da, sözün əsl mənasında, absurd yalandır. Çünki SOCAR İsrailə ümumiyyətlə neft satmır. Yalnız Azərbaycan nefti yox, bütövlükdə dünya neft bazarında bütün şirkətlər mallarını treyderlərə satırlar. Treyderlərin isə sonrakı mərhələdə nefti kimə satdığına şirkətlər nəzarət etmir. Bütün bunların fonunda, məlum təxribatçı aksiyanın təşkilatçıları Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə SOCAR-ın timsalında bütövlükdə Azərbaycanı Türkiyə ictimai rəyində nüfuzdan salmağa, regionda sülh və sabitlik qarantoru kimi çıxış edən müttəfiqliyimizi sarsıtmağa çalışırlar. Lakin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan və Türkiyə isə müştərək dəyərlərə söykənən sıx əlaqələri daha da inkişaf etdirməkdə və dərinləşdirməkdə israrlıdır. Bu kimi cılız cəhdlər mövcud reallığı dəyişə bilməz. Məsələ ilə bağlı "Haber Global"  kanalı da maraqlı süjet hazırlayıb. Burada qeyd edilir ki, Türkiyə ilə Azərbaycan arasındakı dərin birliyi məhv etməyi hədəfləyənlər Qəzzaya dəstək bəhanəsi ilə hücuma keçiblər. 

O da vurğulanır ki, neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin mərkəzinə hücum ediblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Qəzzaya dəstək adı ilə çıxış edən marjinal qrupların əsas hədəfi Azərbaycan-Türkiyə dostluğu olub: "SOCAR-ın Türkiyə üzərindən neft satması ilə bağlı böhtan atan "Fələstin üçün min gənc" adlı qrup İstanbulda böyük təxribat törədib. Fələstinin tərəfdarı kimi çıxış edən bu qrup Qəzzanı bəhanə edərək, yalan və böhtanla Azərbaycanı ləkələməyə çalışır. Nümayişləri təşkil edən struktura baxdıqda, onların əlaqələri tez bir zamanda üzə çıxır. Onların bir çoxunun İraq və Suriyada Türkiyəni hədəf alan terror təşkilatlarını açıq şəkildə dəstəklədikləri görünür. Bu da əsl hədəfin Qəzza olmadığını bir daha ortaya qoyur".  Milli Məclisin deputatı Vüqar İskəndərov da bildirir ki, Azərbaycanın əldə etdiyi uğurlar çoxlarını ciddi şəkildə narahat edir: "Son nəticədə, uğurlarımıza kölgə salmaq istəyən bu qara qüvvələr bizə vahid cəbhədən hücum etməyə də çəkinmirlər. Baxmayaraq ki, başqa vaxtı onlar bir-birini "şeytan", yaxud da "terrora dəstək verən" kimi təqdim edirlər. SOCAR-ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil". Deputat "report"a açıqlamasında qeyd edib ki, Azərbaycana eyni ssenari üzrə eyni koordinatdan hücuma cəhd edilib: "Belə deyək ki, bu qüvvələr yenə də bizə qurşaqdan aşağı zərbə vurmaq istəyiblər. Amma yenə də özləri özlərini ifşa ediblər. Çünki bu qüvvələrin addımları, əslində "dəvəquşu siyasəti"nə bənzəyir. Etrazçların fələstinli tərəfdarı olduğu şübhə doğurur. Daha doğrusu, əldə edilən bəzi məlumatlara əsasən, "Azərbaycanı İsrailə neft tədarük etməkdə" günahlandıran və SOCAR-ın İstanbuldakı ofisinə vəhşicəsinə hücum edənlər Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalardır. Təbii ki, bu qruplaşmaların da dərdi Fələstin deyil. Onların cəhdləri iflasa uğrayacaq. Əvvəla ona görə ki, Türkiyə-Azərbaycan qardaşlığını sarsıltmağa heç bir qüvvənin gücü çatmaz. Digər tərəfdən isə, bu təxribatçıların iddialarının tamamilə yalan olduğu gün kimi ortadadır... Təsəvvür edin ki, Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar əsassız iddialarla cəmiyyəti aldadır və çirkin aksiya keçirirlər. Və okeanın o tayından idarə edilən sayt və radiolar da bu aksiyanı bəh-bəhlə tirajlayırlar. Halbuki, hətta bu aksiyada iddia edilənlər əsaslı olsaydı belə, okeanın o tayındakılar müttəfiqləri olan İsraili dəstəkləməli, bu aksiyanı tirajlamamalıydılar. Ancaq biz bunun əksini görürük. Səbəb isə. bir daha deyirəm ki, bəllidir. Söhbət Azərbaycana qarşı haqsız hücumlardan gedəndə "şeytan" da, "terrorçu" da unudulur. Daha doğrusu, dünənə kimi bir-birini bu adlarla ittiham edənlər bu gün eyni cəbhədən boylanırlar".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 11:06
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ