Cümə axşamı günü, 05 noyabr 2026
     

Müharibə cinayətləri bütün bəşəriyyət üçün böyük təhdiddir

Image


Dövlətlərin və xalqların təhlükəsiz birgəyaşayışına qarşı yönəlmiş cinayətlər bəşəriyyəti qədim zamanlardan bugünə kimi müşayiət edir. Düşmən obrazının insan şüurunda dərin tarixi kökləri var. Qəbilə dövründən müxtəlif əraziləri və xalqları öz dövlətlərinə birləşdirmək məqsədi ilə davamlı işğalçılıq müharibələri aparılırdı.

Bəşəriyyət tarixində konkret ərazilərdə yaşayan yerli xalqların məhv edilməsi və ya öz vətənlərindən qovulması halları da az deyil. Və müxtəlif növ silahların, partlayıcı maddələrin, odlu silahların, hərbi hava qüvvələrinin, daha sonra isə kimyəvi, bioloji, toksin və digər kütləvi qırğın silahlarının yaradılması sahəsində elmi-texniki tərəqqi fonunda bu səpkidə cinayətlərin miqyası da genişləndi. Lakin onların mahiyyəti və məqsədləri dəyişməz olaraq qalır, bu tip cinayətlər böyük ictimai təhlükə ilə səciyyələnir, suveren dövlətlərin və xalqların dinc yanaşı yaşamasına, eləcə də bütövlükdə bəşəriyyətin sülh və təhlükəsizliyinə təhdid yaradır. 

Ağır beynəlxalq cinayətlərə qarşı mübarizə daim sərt olmalıdır 

Hazırda  sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər, bir dövlətin digər dövlətə qarşı təcavüz aktları aktualdır və bu fonda beynəlxalq münasibətlər heç də həmişə dinc xarakter daşımır, dövlətlər heç də həmişə mübahisələri güc tətbiq etmədən həll edə bilmirlər. Azərbaycanın öz ərazi bütövlüyü müharibə yolu ilə bərpa etmək məcburiyyətində qalması bunun faktiki nümunələrindən biridir.

Mövcud durumda dünya ictimaiyyəti sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlərə hüquqi qiymət verməyə ehtiyac duyur. Belə cinayətləri törətmiş şəxslərə qarşı beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş cinayət cəzaları isə bu təhlükələrlə mübarizə vasitəsidir.Beynəlxalq cinayət hüququnun formalaşmasının başlanğıcı İkinci Dünya Müharibəsinin əsas hərbi cinayətkarlarının məhkəməsi üzrə Beynəlxalq Hərbi Tribunalın və Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunalın nizamnaməsi ilə əlaqələndirilir. Beynəlxalq cinayət hüququ sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan cinayət qruplarına görə məsuliyyətin əsaslarını və şərtlərini müəyyən edir. Bu normaların müəyyən edilməsi zərurəti mövcudluğu boyu vaxtaşırı genişmiqyaslı təcavüzkar müharibələr, soyqırımlar və sair kimi beynəlxalq cinayətlərlə üzləşən bəşəriyyətin təcrübəsindən irəli gəlir. Bəşəriyyətin sülh və təhlükəsizliyi əleyhinə olan cinayətlər böyük ictimai təhlükə ilə xarakterizə olunur və beynəlxalq cinayətlər kimi tanınır. Bu cinayət qruplarının xüsusi xüsusiyyəti onlara qarşı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında aparılan mübarizədir. Bu sazişlərin iştirakçısı olan dövlətlər öz ölkələrinin milli cinayət qanunvericiliyində bu cinayət əməllərinə görə cinayət-hüquqi qadağalar və cəzalar müəyyən etmək öhdəliyi götürürlər. Ümumilikdə qeyd etmək lazımdır ki, bütün bəşəriyyət üçün müharibələr, silahlı münaqişələr, soyqırımlar və bu kimi anti-insani cinayətlər beynəlxalq sabitliyə təhlükə yaradır, dağıdıcı nəticələrə gətirib çıxarır, bütövlükdə milyonlarla insanın və xalqın taleyini məhv edir. Bununla da bəşəriyyətin sülh və təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Tarixin bu dərslərini unutmaq olmaz, sivil dünyada belə cinayətlər baş verməməlidir. Axı, bu cür cinayətlər harada törədilməsindən asılı olmayaraq ayrı-ayrı ölkələr və xalqlar yox, həm də sivilizasiy üçün problemdir. Ona görə də bu ağır beynəlxalq cinayətlərə qarşı mübarizə daim sərt olmalıdır. Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində ölkəmzi tərəfindən atılan addımların əsas səbəblərindən biri də budur. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Onu da nəzərə almaq lazımdır ki, müharibə cinayətlərinin müasir konsepsiyası insanlıq məfhumunu sarsıdan bu cür əməllərin beynəlxalq humanitar hüququn ciddi pozuntuları kimi tövsif edir. Ciddi pozuntular 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli Birinci Protokolunun müddəalarının pozulmasını nəzərdə tutur. Belə pozuntular bir tərəfdən, beynəlxalq xarakterli silahlı münaqişələrin qurbanlarının müdafiəsinə yönələn norma və prinsiplərin, digər tərəfdən isə hərbi əməliyyatların aparılmasının vasitələri və üsullarını məhdudlaşdıran qaydalarının yaxud müharibə adətləri və qanunlarının pozulmasını ehtiva edir. Məhz bu iki məqam Ermənistanın silahlı qüvvələrinin törətdikləri müharibə cinayətlərini xarakterizə edir. Xatırladaq ki, Ermənistan Cenevrə Konvensiyalarına və Əlavə Protokollara 1993-cü il 7 iyun tarixində qoşulub və həmin vaxtdan bu sənədlərin müddəalarına əməl edilməsi artıq hüquqi öhdəlik idi. Ancaq beynəlxalq müqavilələrlə ümumiyyətlə, hesablaşmayan erməni tərəfi üçün beynəlxalq humanitar hüququn pozulması adi hal olub. 

Mülki şəxslər də erməni cinayətlərinin hədəfləri sırasında yer alıb 

Faktdır ki, Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törədib. Qeyd edək ki, aşağıdakı əməllər bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı cinayətləri təşkil edir: hər hansı bir dövlətin hakimiyyət orqanları tərəfindən təşkilatlanması və ya onun ərazisində və ya hər hansı başqa ərazinin daxilində silahlı dəstələrin başqa dövlətin ərazisinə basqın edilməsinə təşviq edilməsi və ya öz ərazisində belə dəstələrin təşkilinə icazə verilməsi və ya belə silahlı dəstələrin öz ərazisindən əməliyyat bazası və ya başqa dövlətin ərazisinə təcavüzü üçün başlanğıc nöqtəsi kimi istifadə etmək, habelə belə işğalda bilavasitə iştirak etmək və ya dəstək vermək; hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa bir dövlətdə vətəndaş qarşıdurmasını qızışdırmaq üçün nəzərdə tutulmuş fəaliyyətin aparılması və ya təşviq edilməsi və ya hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa dövlətdə vətəndaş qarşıdurmasının qızışdırılması üçün təşkil edilmiş fəaliyyətə yol verilməsi; hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa bir dövlətdə terror fəaliyyətinin aparılması və ya təşviq edilməsi və ya hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa dövlətdə terror aktlarının törədilməsinə yönəlmiş mütəşəkkil fəaliyyətə yol verilməsi; məqsədi silahların, hərbi təlimlərin, istehkamların və analoji xarakterli digər məhdudiyyətlərin azaldılması və ya məhdudlaşdırılması yolu ilə beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək olan hər hansı beynəlxalq müqaviləyə əsaslanan öhdəlikləri pozan hər hansı dövlətin hakimiyyət orqanlarının hərəkətləri; beynəlxalq hüquqa zidd hərəkətlərlə başqa dövlətə mənsub olan hər hansı dövlətin ərazisinin hakimiyyət orqanları tərəfindən ilhaq edilməsi; hər hansı dövlətin hakimiyyət orqanlarının öz iradəsini tətbiq etmək və bununla da hər hansı üstünlük əldə etmək məqsədilə iqtisadi və ya siyasi xarakterli zorakı tədbirlərlə digər dövlətin daxili və ya xarici işlərinə müdaxiləsi; hər hansı bir dövlətin və ya fərdi şəxslərin hakimiyyət orqanlarının hər hansı milli etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törətdiyi hərəkətləri; siyasi, irqi, dini və ya "mədəni" səbəblərə görə hər hansı mülki əhaliyə qarşı hər hansı dövlətin hakimiyyət orqanları və ya onların təhriki və ya onun yanında fəaliyyət göstərən fərdi şəxslər tərəfindən qətl, məhv etmə, əsarətə salma, deportasiya və ya təqib kimi qeyri-insani hərəkətlər bu orqanların razılığı; müharibə qanunlarını və ya adətlərini pozan hərəkətlər. Ermənistan tərəfindən bütün bu cinayət hallarının az qala hamısı ölkəmizəqarşı törədilib. Məsələn, Azərbaycan tərəfi dəfələrlə Qərb qonşumuzdan 30 il ərzində Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfər şəxs barədə və yaxud da ki, onların basdırıldığı yerlər haqqında məlumatların təqdim edilməsini tələb edib. Ermənistan bu məlumatları təqdim etməkdən boyun qaçırıb. Burada da məqsəd aydındır - böyük ehtimalla, Ermənistan həmin dörd min nəfər mülki və hərbi şəxslərimizin edam edilməsini həyata keçirib və kütləvi formada torpağa basdırıb. Buna görə də Ermənistan törətdiyi müharibə cinayətlərinin, bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərin açılmasını istəmir. Törətdiyi bu qədər cinayətlərin, şəhərlərimizin dağıdılması, torpaqlarımızın məhv, viran edilməsi, əlavə olaraq, mülki və hərbi şəxslərin, müharibə əsirlərinin girov götürüldükdən sonra öldürülməsi və basdırılmasını təbii ki, Ermənistanı gizlətməyə çalışırdı. Ancaq artıq bu gizlədilmiş cinayətlər də üzə çıxır. Erməni tərəfi bütün bunlara görə cavab verməli olacaq.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ