Cümə axşamı günü, 05 noyabr 2026
     

30 min erməniyə rus pasportu vermək Rusiyanın hansı mənafelərinə uyğundur...

Image


Elşən Manafov: "Moskvanın təklifi ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq istəyir..."

Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu arada belə fikirlər də ortaya atılaraq hallandırılır ki, guya Rusiyanın konsulluq açmaqda məqsədi 30 min erməniyə rus pasportu vermək və Qarabağda yerləşdirməkdir. 

Hər halda belə yanaşma məntiqsizdir. Niyə? Ona görə ki, 2020-ci ilin noyabrında rus sülhməramlıları Qarabağa yerləşəndən sonra onsuz da oradakı erməni sakinlərinə o dövrdə ikili vətəndaşlıq çərçivəsində rus pasportu paylanıb. O üzdən, 30 min erməniyə Rusiyanın pasportunu verib Qarabağda yerləşdirməyin nə mənası var? Azərbaycan istənilən vaxt deyə bilər ki, erməni sakinləri rus vətəndaşıdılarsa, o zaman ölkəni tərk edib Rusiyaya getsinlər. Ən azından, bizim qanunvericilikdə ikili vətəndaşlıq öz əksini tapmayıb. Həmin rus vətəndaşı olan erməni sakinlər bizdən nə istəyə bilərlər ki? Azərbaycan vətəndaşı kimi nə kollektiv hüquq istəyə bilərlər, nə milli-mədəni muxtariyyət istəyə bilərlər. Belə olan halda onların burada nə məqsədi ola bilər ki? Rus pasportu ilə erməniləri gətirib burada yerləşdirmək Rusiyanın hansı marağı çərçivəsindədir? Uzaqbaşı Rusiya bunu edə bilər ki, erməni sakinlərini Qarabağa yerləşdirib onlara Azərbaycan vətəndaşlığını qəbul etdirsin. Yəni əvvəldən Qarabağda yaşayan erməniləri gətirmək və onlara Azərbaycan vətəndaşlığını alıb orada məskunlaşdırmaq. Əslində Ermənistan vətəndaşlığı olan erməniləri də Qarabağa gətirməkdə Rusiyanın bir marağının olması məntiqsizlikdir, nəinki Rusiya vətəndaşlığı olan pasportlarla erməniləri ora gətirmək. Bunda nə marağı ola bilər ki? Ən yaxşı halda Rusiyanın marağı o ola bilər ki, o erməniləri Qarabağa gətirib onlara Azərbaycan vətəndaşlığını qəbul etdirsin, sonra da onları himayə etsin. Yoxsa nə marağı var ki, 30 min nəfər erməniyə Rusiya pasportu verib gətirib ora yerləşdirsin? Nə dəyişəcək və bununla nəyə nail ola biləcək? Azərbaycanın Rusiyada səfirliyi və iki konsulluğu var. Deməzlər ki, sizə olar, bizə yox? Bütün hallarda 30 min erməniyə rus pasportu verib gətirib Qarabağa yerləşdirmək arqumenti çox tutarsız görsənir.

"Rusiyanın həmin ermənilərdən məkrli məqsədlərlə müttəfiqi olduğu dövlətimizə qarşı istifadə etmək fikri olmayıb" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: "Əvvəla, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi onun 1961-ci ildə təsdiq olunmuş Vyana konvensiyası ilə bağlı hüquqları baxımından anlaşılandır. Diplomatik qaydalar paytaxt şəhərdə, səfirlikdən əlavə, müraciət edən qarşı tərəfin istəyinə rəgmən, baş konsulluq və konsulluğun açılmasına icazə verir. Azərbaycanın Rusiyada səfirliklə yanaşı baş konsulluq və konsulluqlarının fəaliyyət göstərməsi ilə bağlı amillərdən çıxış edərək, Rusiyanın da qarşı tərəfdən konsulluq xidmətlərinin göstərilməsi üçün müvafiq addımların atılmasını arzu etməsi anlayışla qəbul edilməlidir. Bildiyimiz kimi, Azərbaycanın Rusiyada konsulluqları var. Sankt-Peterburqda baş konsulluq, Yekaterinburq və Sverdlovskda isə konsulluqlar fəaliyyət göstərir. Bu mənada Rusiyanın ölkəmizdə konsulluq təsis etmək istəyinə diplomatik münasibətlərdəki disbalansı aradan götürmək konteksindən yanaşmaq olar. Lakin məsələ burasındadır ki, Azərbaycanın adı çəkilən şəhərlərində sayı yuz və ya on minlərlə ölçülən vətəndaşlarımız yaşayir. Onlar orada fəaliyyət göstərirlər. Bu şəhərlərdə diasporalarımız var və onların mənsub olduqları dövlətlə hüquqi problemlərinin nizamında konsulluqlarımızın özünə məxsus rolu var".

Politoloq hesab edir ki, bütün bunların fonunda Rusiyanın faktiki olaraq vətəndaşlarının olmadığı Xankəndidə konsulluq təsis etmək istəyi suallar doğurmaya bilmir: "Əgər konsulluğun açılması üçün Azərbaycanın 2-ci böyük şəhəri Gəncənin adı çəkilsəydi, bu anlaşılan olardı. Çünki orada rus icması, hətta pravoslav kilsəsi fəaliyyət göstərir. Xankəndiyə münasibətdə belə faktorlar ortalıqda yoxdur. Rusiyalı senator və diplomat Karasinin Xankəndidə konsulluqla bağlı dedikləri diplomatın şəxsi istəyi və ya mövqeyi deyil. Ancaq Moskvanın təklifi ilə bağlı bizilərin stəkanda fırtına yaratmaq istəyi dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin maraqları baxımından məqbul sayıla bilməz. Rusiyanın İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı 30 min ermənidən14 mininə onların istəklərinə rəğmən vətəndaşlıq verməsi Rusiyanın və beynəlxalq hüququn qanunlarına istinadən baş tutub. Rusiyanın həmin ermənilərdən məkrli məqsədlərlə müttəfiqi olduğu Azərbaycan dövlətinə qarşı istifadə etmək fikri olmayıb. Əgər belə olsaydı, Rusiya öz sülhməramlılarının Azərbaycanda olduğu müddətdə vətəndaşlarının arzusuna rəğmən onları qorumaq üçün qanunvericiliyin normaları çərçivəsində tədbir görərdi. Rusiyanın isə, Azərbaycan Qarabağ üzərində dövlət suverenliyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra bu məsələyə müraciət etməsi dövlətçiliyimizə münasibətdə xoş məramın göstərici kimi qəbul edilə bilər. Rusiya hətta onun vətəndaşlığını qəbul etmiş erməniləri, onların xahişlərinə əsasən Xankəndiyə rəsmi Bakı ilə məsləhətləşmələrdən sonra və yalnız Azərbaycan dövlətinin maraqları, iradəsi nəzərə alınmaqla köçürə bilər. Bu zaman onun vasitəçi statusunda çıxış edəcəyi birmənalıdır. Niyə Xankəndinin seçilməsi ilə bağlı məsələyə gəlincə, bu problemə bölgənin geosiyasi durumuna rəsmi Bakı, Ankara və Moskva arasında ortaq maraqların prizmasından yanaşmaq olar".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ