Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransanın müstəmləkə siyasəti alt-üst olur - Azərbaycanın böyük töhfəsi...

Image


Fransanın müstəmləkəçilik siyasəti dünya boyu ifşa olunmaqda, elə bu fonda da iflasa uğramaqdadır. Bunun səbəbi daha çox elə Fransanın özündən qaynaqlanır. Məsələyə bu rakursda nəzər salan ekspertlər diqqəti ona yönəldir ki, bu gün Fransanın timsalında suverenliyə hörmətsiz münasibət bəsləyən etibarsız ölkə obrazı formalaşıb. 

Bu, həm də ondan irəli gəlir ki, Fransanın müəyyən dairələrində hələ də müstəmləkəçilik təfəkkürü mövcuddur. Məhz bu təfəkkür ona vaxtilə öz müstəmləkələrində amansız hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməyə imkan verirdi. Amma Azərbaycan sayəsində vəziyyət dəyişir. 

Faktdır ki, bu gün yeni müstəmləkəçilikdən əziyyət çəkən, müstəmləkə zülmünə qarşı qətiyyətlə mübarizəyə qalxan daha çox ölkə ümidlərini Azərbaycana bağlayır. Fransız Polineziyasında, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı aksiyalarda Azərbaycan bayraqlarının da dalğalanması bunun təzahürüdür. Bu arada qeyd edək ki, Milli Məclisdə "Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib. Qeyd edək ki, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransanın Okeaniyadakı dənizaşırı ərazilərindən olan Fransız Polineziyası 1946-cı ildə BMT-nin "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına daxil edilib. Lakin yerli əhalinin razılığı olmadan 1947-ci ildə Fransız Polineziyası həmin siyahıdan çıxarılıb. Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına salınıb. Lakin Fransa bu qərara hələ də məhəl qoymur. Sonuncu sənədin qəbulu Fransız Polineziyasında Maohi Nui dövlətinin və "Tavini Huiraatira" partiyasının nümayəndələrinin apardığı əzmkar mübarizənin nəticəsidir. Lakin bu koloniyalar fransız əsarətindən hələlik tam azad olmayıb. Ekspertlər qeyd edir ki, beynəlxalq hüquqda dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və insanlığa qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. Lakin müstəmləkə və postkolonial dövrünün cinayətlərinə görə beynəlxalq hüquqda məsuliyyətə cəlb edilmək üçün yüksək məhkəmə həddini aşmaq lazımdır. Elə  Fransa da uzun illər qeyri-insani rəftar nümayiş etdirərək, adalarda 200-ə yaxın nüvə sınağı keçirib və Maohi Nui xalqı bundan çox böyük əziyyət çəkib. Fransız Polineziyasından "Tavini Huiraatira" partiyasının baş katibi Viktor Maamaatuaiahutapu Fransanın BMT qətnamələrinə məhəl qoymadığını, nüvə sınaqlarını davam etdirmək istədiyini bildirib. Ölkəsinin təcrid olunduğunu bildirən Viktor Maamaatuaiahutapu xalqının səsini geniş ictimaiyyətə çatdırmaq üçün yaradılan imkana görə Azərbaycana təşəkkürünü ifadə edib. O, siyasi baxımdan gənc xalq olduqlarını və ədalətin bərpası üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb. Viktor Maamaatuaiahutapu qeyd edib ki, apardıqları mübarizə xalqlarının mövcudluğu uğrunda savaşıdır: "Biz Fransadan, sadəcə, xalqımızın yaşamaq hüququnu tələb edirik, haqq səsimizi çatdırmağa çalışırıq. Bu gün Fransa hələ də bizi eşitmək, dinləmək istəmir, bizi təhdid, qorxu və təzyiq altında saxlayır. Halbuki, özü insan haqlarından, demokratiyadan danışır. Lakin biz artıq buna inanmırıq. Ona görə də biz buradayıq və inanırıq ki, ədalətə nail olmaq üçün dostların təcrübəsi və dəstəyi ilə Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək".

Onu da qeyd edək ki, qlobal dekolonizasiyanın əhəmiyyətini dünya miqyasında təsdiq edən BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il tarixli "Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannaməsi qəbul edilsə də, onun həyata keçirilməsi hələ də təmin edilməyib. Fransız Polineziyasında mövcud vəziyyət bunun bariz nümunəsidir. Fransız Polineziyasında keçirilən nüvə sınaqları nəticəsində 100 mindən çox insanın zərər gördüyünü deyən ekspertlər Fransa dövlətinin yalnız 2010-cu ildə nüvə sınaqlarının qurbanlarına kompensasiya üzrə komissiya yaratdığını və 2022-ci ilədək 454 sakinə kompensasiya verdiyini, onlardan yalnız 63 nəfərin polineziyalı olduğunu bildirir. Beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa bu gün də Polineziyada öz müstəmləkəçilik siyasətini davam etdirir. Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək, adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərməsi bu ölkənin müstəmləkəçi tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına ümidləri artırır. Bu fonda Azərbaycana da ümidlər böyükdür. Azərbaycan isə özünün prinsipial mövqeyini ifadə edib. Ölkəmizin siyasəti ondan ibarətdir ki, dünyada beynəlxalq hüquq, ədalət prinsipləri öz yerini tapmalıdır. Fransa müstəmləkəçilik siyasətindən imtina etməli, bütün xalqlar azad şəkildə yaşamalı və öz fəaliyyətləri ilə bəşəriyyətə töhfə verməlidirlər. Fransa bu reallıqla barışmalıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ