Cümə axşamı günü, 27 avqust 2026
     

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair bəyanat qəbul edildi

Image


"Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda Zəngilanda və Bakıda keçirilən 3-cü beynəlxalq konfransın yekununda Bəyannamə qəbul olunub.

Bəyannaməni təqdim edirik.

"Biz, 2024-cü il 30-31 may tarixlərində Azərbaycanın Zəngilan rayonunda və Bakı şəhərində keçirilən Minatəmizləmə üzrə 3-cü Beynəlxalq Konfransın iştirakçıları bir araya gələrək təhlükəsiz və yaşıl gələcək üçün minaların ətraf mühitə təsirinin azaldılması və resursların səfərbər edilməsi məsələlərini müzakirə etdik. Bu xüsusda,

Biz - Mülki şəxslərin, o cümlədən uşaqların, qadınların və digər qeyri-döyüşçü əhalinin həyatına son qoymağa, şikəst etməyə və yaralamağa davam edən minaların və müharibənin partlayıcı qalıqlarının dağıdıcı və fərq qoymadan təsirləri ilə bağlı dərin narahatlıq ifadə edərək;

Minalarla çirklənmənin ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini, bununla da müvafiq tədbirlər vasitəsilə minalarla çirklənmənin mümkün mənfi təsirlərinin qarşısının alınmasının və yumşaldılmasının zəruri olduğunu qəbul edərək;

İqlim dəyişmələrinin partlayıcı hərbi sursatla bağlı təhlükələrin azaldılması səylərinə mənfi təsir göstərdiyini nəzərə alaraq;

"Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya" ("Ottava Konvensiyası") və "Kasetli sursatlar haqqında Konvensiya" ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və PHS-nin istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda, hamını bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atmağa təşviq edərək;

BMT Təhlükəsizlik Şurasının 2017-ci il 30 iyun tarixli 2365 (2017) saylı qətnaməsini və onun minatəmizləmə fəaliyyəti ilə bağlı bütün əvvəlki qətnamələrini xatırladaraq;

BMT Baş Assambleyasının 2023-cü il 7 dekabr tarixli 78/70 saylı qətnaməsini və onun minatəmizləmə fəaliyyətinə dəstəklə bağlı bütün əvvəlki qətnamələrini xatırladaraq;

Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına tərəf ölkələrin on beşinci iclasında (2023) qəbul edilmiş "Minaların mədəni irsə təsiri" adlı UNESCO-nun qətnaməsini alqışlayaraq;

BMT-nin Baş katibinin 2023-cü il iyulun 31-də dərc edilmiş, minalarla çirklənmə və iqlim dəyişmələri arasında dərinləşən qarşılıqlı əlaqənin qeyd olunduğu A/78/259 saylı "Minatəmizləmə fəaliyyətinə dəstək" adlı hesabatını nəzərə alaraq;

Birləşmiş Millətlər Təşkilatının Minatəmizləmə fəaliyyəti ilə bağlı Strategiyasını və Birləşmiş Millətlər Təşkilatının Minalardan təmizləmə zamanı Qurbanlara Yardım Siyasətini nəzərə alaraq;

"Minatəmizləmə fəaliyyətində ətraf mühitin idarə edilməsi" Beynəlxalq Mina Təmizləmə Standartını IMAS 07.13 nəzərə alaraq;

2022-ci və 2023-cü illərdə Azərbaycanda keçirilmiş Minatəmizləmə fəaliyyəti üzrə əvvəlki Beynəlxalq konfransları və onların yekun sənədlərini təqdir edərək;

Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi və davamlı sosial-iqtisadi təsirləri ilə bağlı narahatlığı ifadə edərək;

Minatəmizləmə fəaliyyətinin sülh quruculuğu prosesində etimadı möhkəmləndirən dəyərli tədbir olduğunu vurğulayaraq;

1. Humanitar minatəmizləmənin ekoloji aspektlərinin minatəmizləmə ilə bağlı səylərə inteqrasiya olunmasına çağırırıq;

2. Texniki, maliyyə və maddi yardım, təlimlər də daxil olmaqla, adekvat və müvafiq resursların ayrılması, o cümlədən minatəmizləmə üsulları və texnologiyaları üzrə tədqiqat və inkişafı təşviq etməklə mina qurbanlarına yardım, minalardan təmizləmə və risklərlə bağlı maarifləndirilmə kimi onun bütün sahələrində minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün bütün dövlətləri və digər maraqlı tərəfləri buna dəvət edirik;

3. Minaların və müharibənin partlayıcı qalıqlarının səbəb olduğu itkilərin qarşısının alınması və mina qurbanlarına tibbi xidmət, reabilitasiya və cəmiyyətə reinteqrasiya daxil olmaqla fəal dəstəyin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayırıq, dövlətləri və müvafiq təşkilatları bu səylər üçün resurslar ayırmağa və təcrübələrini bölüşməyə çağırırıq;

4. Minatəmizləmə fəaliyyətinin ətraf mühitlə bağlı milli və beynəlxalq strategiyalara inteqrasiyasını təmin etməklə, iqlim dəyişmələrinin təsirinin azaldılması, uyğunlaşma və dayanıqlılığa dair müzakirələrə və strategiyalara minatəmizləmə fəaliyyətini daxil etməklə, Birləşmiş Millətlər Təşkilatının iqlim konfranslarını minaların və müharibənin partlayıcı qalıqlarının ətraf mühitə təsirini qəbul etməyə və həll etməyə, həmin sahə üçün resursların ayrılmasına çağırırıq;

5. Minatəmizləmə fəaliyyətinin 2030-cu il Gündəliyinə daxil edilməsinin vacibliyini vurğulayır və bu məsələnin cari ilin sonunda keçiriləcək Gələcəyin Sammitində nəzərdən keçirilməsini tövsiyə edirik;

6. Dövlətləri və müvafiq maraqlı tərəfləri bilik, təcrübə və texnologiya sahələrində mübadilə vasitəsilə əməkdaşlığı genişləndirməyə çağırırıq; Bu xüsusda, biz Azərbaycan Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Minatəmizləmə fəaliyyəti ilə əlaqədar Mükəmməllik Mərkəzinin yaradılmasına dair imzalanmış niyyət bəyanatını alqışlayırıq;

7. BMT-nin üzv dövlətlərini minatəmizləmə ilə bağlı, o cümlədən minaların basdırıldığı yerlər haqqında məlumat mübadiləsinə dair müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq;

8. Minaların və müharibənin partlayıcı qalıqlarının mülki əhali üçün ciddi təhlükə yaratdığı, eləcə də ətraf mühitə, ərzaq təhlükəsizliyinə və daha geniş sosial və iqtisadi inkişafa əngəl törətdiyi ölkələrdə milli minatəmizləmə potensialının yaradılmasına və inkişafına dəstək vermək məqsədilə dövlətləri və müvafiq təşkilatları səylərini davam etdirməyə çağırırıq;

9. Təsirə məruz qalmış dövlətləri, BMT-nin aidiyyəti qurumlarını, minatəmizləmə fəaliyyəti ilə məşğul olan regional təşkilatları və qurumları, QHT-ləri minalarla çirklənmənin mənfi təsirlərinin azaldılması istiqamətində səyləri və həll yollarını səfərbər etmək üçün minatəmizləmə fəaliyyətinin ekoloji aspektini proaktiv şəkildə aktuallaşdırmağa çağırırıq;

10. Bu konfransın keçirilməsinə hərtərəfli dəstəyinə və yüksək qonaqpərvərliyinə görə Azərbaycan Respublikasının Hökumətinə minnətdarlığımızı bildiririk. Biz, həmçinin Azərbaycanla, eləcə də minadan zərər çəkmiş bütün ölkələrlə onların minalarla bağlı böyük probleminin həllində həmrəy olduğumuzu bildirir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə sahəsində səylərini dəstəkləməyə çağırırıq;

11. 2024-cü il BMT-nin İqlim Dəyişmələri Konfransına (UNFCCC COP29) sədrliyində Azərbaycana uğurlar arzulayırıq".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 11:06
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ