Cümə axşamı günü, 05 noyabr 2026
     

Nə günə qaldın, Zatulin? - İndi də kilsənin lobbiçiliyinə başlayıb...

Image


Tural İrfan: "Bu əsassız iddianı səsləndirən kəs tarixə baxsın, tarixi araşdırsın və onda görəcək ki, danışdıqları ağ yalandan başqa bir şey deyil"

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə də antiazərbaycan davranışlarını davam etdirir və ölkəmizə qarşı həqiqətə uyğun olmayan fikirlər söyləyir. 

Erməni yalanlarını, saxtakarlıqlarını, əsassız ərazi iddialarını dəstəkləməklə kifayətlənmək istəməyən Zatulin bir az da irəliyə gedərək erməni Qriqoryan kilsəsinin lobbiçiliyini edir. O, mayın 30-da Moskvada "Lazarevski Klubu"nun 6-cı iclasında bir sıra hədyanlar danışıb. 

Zatulin heç bir əsas olmadan Azərbaycanı Qarabağ ərazisində olan monastırların, kilsələrin adlarını dəyişməkdə, "erməni kilsəsini" albanlaşdırmaqda ittiham edib. Tarixi gerçəklikdən xəbərsiz olan erməni muzdlusu Zatulin elə ağ yalan danışıb ki, oxuyanda adam onun ağlına şübhə ilə yanaşmaya bilmir. Azərbaycanın öz halal ərazilərini işğaldan azad etməsini sinirə bilməyən bu ünsür iddia edib ki, guya Azərbaycan "erməni kilsə"lərini alban monastırı hesab edir. "Həqiqətən də, vaxtilə erməni kilsəsinin tərkibində alban kilsəsi olub və on minə yaxın udin var"-deyib. Udilərin alban kilsəsinin varisi olması faktını həzm edə bilməyən Zatulin unudur ki, onlar bu kilsənin varisləri kimi qələmə verilmir, gerçəkdən udilər alban kilsəsinin varisləridir. Guya Azərbaycan ermənilərin "Dadavank" adlandırdığı monastırın adını dəyişib Xudavəng qoyub. Əslində, o monastırın adı elə Xudavəng olub və adı ermənilər tərəfindən qanunsuz olaraq dəyişdirilib. Xudavəngin də alban xristian monastırı olmasının sübuta ehtiyacı yoxdur ki... Azərbaycan zəvvarlarının Xudavəngə ziyarətə getməsini "qanunsuz" və birbaşa "tarixi irsə qarşı cinayət" adlandıran Zatulin elə tarixi irspərəstdirsə, bəs onda nə üçün ermənilərin alban abidələrinin başına gətirdiyi müsibətləri dilə gətirmir? Demək məqsəd erməni yalanlarına daha bir dəstək vermək, alban irsinin əsl sahibləri olan udilərin hüquqlarını pozmaqdır. Qarabağdakı alban kilsə və monastırları erməni təcavüzü dövründə erməniləşdirilib və o abidələrə saxta erməni xaçkarları, başqa elementlər qoyulub. İndi isə ərazilərimiz də, monastırlarımız da azaddır və xristian zəvvarlar o monastırları rahatlıqla ziyarət edib ayinlər icra edirlər. Zatulin kimi erməniyanlıları da yandıran budur. Ona görə də əlinə keçən tribunadan erməni kilsəsinin lobbhiçiliyini edir. Bu isə başadüşüləndir. 

"Zatulinin hansı yolun yolçusu olduğunu hər kəs bilir, bu baxımdan, onun bu dəfə dedikləri də cəfəngiyatdan başqa bir şey deyil" 

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu cür siyasi bəyanatlarda tarix nəzərə alınmır. "Necə ki, qondarma erməni soyqırımı məsələsi ilə bağlı dəfələrlə Türkiyə qarşısına əsassız tələblər qoydular, bir çox müsəlman ölkələri də ermənilərə səsləndilər ki, arxivlər açılsın, buna da ermənilər razı olmadılar. Bu cür iddialarda tarixə, arxiv sənədlərinə əsaslanılsa ermənilərin bu iddiaları tamamilə ifşa olunar. Ona görə də Qafqaz Albaniyası tarixi bu məsələlərin isbatına kifayət edir ki, heç də tarixdə "Qafqaz Ermənistanı" olmayıb. Qafqaz Albaniyası olub. Qafqaz Albaniyası olubsa, bəs onun kilsəsi olmayıbmı?  Şimali Azərbaycanda, eləcə də indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda mövcud olan xristian abidələrinin, monastırların, kilsələrin əksəriyyəti Qafqaz Albaniyasına aiddir və orada aparılan arxeoloji qazıntılar, eləcə də tarixi faktlar bunu sübut edir. Hətta bu ərazilərdə qədim türk Tanrıçılıq dinlərinə mənsub abidələr də var ki, bu tamamilə ermənilərin bütün iddialarını puça çıxarır. Bu baxımdan hesab edirəm ki, bu cür məsələlərə bizim alimlərimiz daha kəskin cavab verməlidirlər. AMEA da daxil olmaqla, elmi qurumlarımız cavablar verməkdə aktiv olmalıdırlar. Rəhmətlik akademik Ziya Bünyadov bu kimi məsələləri çox açıq-aydın şəkildə ifşa edirdi, erməni iddialarını puça çıxarırdı. Təəssüflər olsun ki, indi bizim elə kəsərli söz deyən alimlərimiz yoxdur. Bu tamamilə cəfəngiyatdır, erməni kilsəsi deyə bir şey olmayıb. Bunlar sonradan qondarılmış bir məsələdir.  Ermənilər tarixən burada yaşamaya-yaşamaya bu bölgədə erməni kilsəsi necə ola bilər?"

T.İrfan vurğuladı ki, İrəvandakı Cümə məscidini farslar "İran məscidi" kimi restavrasiya edib, hətta ora bir saxta lövhə də yapışdırıblar. Bunun da bir qədər dinin və məzhəbin eyniliyindən sui-istifadə  cəhdi olduğunu deyən T.İrfan bildirdi ki, ermənilər də məhz xristian olduqları və alban-udi kilsəsinə məzhəb baxımından bir qədər yaxınlıq hiss olunduğu üçün bu yola əl atırlar: "Alban xaçı ilə erməni xaçı fərqlidir. Xaç Qafqaz Albaniyasında başqa cür olub. Buna da bir qədər dəyişiklik edib həmin abidələri guya erməni abidəsi kimi qələmə verməyə çalışırlar, əslində isə onlar alban abidələridir. Ermənilərin bu davranışları cəfəngiyatdır. Qafqaz Albaniyası olub, udilər də həmin o Qafqaz Albaniyasından qalmış bir xalq, bir əqidə daşıyıcısı kimi bu kilsələrin varisləridir, eyni zamanda Qafqaz Albaniyasının tarixi yadigarı  

Azərbaycan bu kilsələrin sahibidir, varisidir. Qafqazda erməni kilsəsi deyilən bir nəsnə mövcud olmayıb. Onu sonradan qondarıblar, ondan  siyasi məqsədlərə çatmaq, Türkiyə və Azərbaycan əleyhinə istifadə etmək, bütövlükdə isə Qafqazda təxribatları idarə etmək üçün Qərb gücləri, eləcə də o dövrkü Rusiya dövləti tərəfindən qondarılıb. Erməni kilsəsi də, erməni dövləti də o dövlətlər tərəfindən bölgədə təhlükə mənbəyi kimi qurulan bir məsələdir. Ona görə də hesab edirəm, bu iddiaların özü bir şantaj xarakteri daşıyır ki, guya erməni kilsələrini Azərbaycan albanlaşdırır. Bunlar hamısı cəfəngiyatdır, yalandır. Bu əsassız iddianı səsləndirən kəs tarixə baxsın, tarixi araşdırsın və onda görəcək ki, danışdıqları ağ yalandan başqa bir şey deyil. İkincisi də, alban kilsəsi erməni kilsəsinin yox, erməni kilsəsi alban kilsəsinin nəzdində fəaliyyət göstərib, yaxid ona tabe olub. Bu ola bilər. Çünki Qafqaz Albaniyasının bütün dövrlərinə, Cavanşirin zamanına, yaxud başqa bir vaxta aid tarixi mənbələrdə, orta əsr mənbələrində, müasir tədqiqatlarda, tarixi məxəzlərdə, nəşrlərdə də bu öz təsdiqini tapır. Açıq-aydın şəkildə hər şey göz qabağındadır. Moisey Kalankatlının Qafqaz Albaniyasına həsr etdiyi tarixi əsərdə də bunların hamısı özünü təzahür etdirir. Yəni Qafqazda erməni kilsəsi, erməni dini, erməni mədəniyyəti deyilən bir nəsnə olmayıb, bunun heç izi-tozu da yoxdur. Onlar Hindistandan və Babilistandan müxtəlif qaraçı tayfalarının tərkibi olaraq dünyanın müxtəlif ölkələrinə yayılıblar və Qafqaza da Gülüstan və Türkmənçay müqaviləsindən sonra İrandan, Türkiyədən və başqa ölkələrdən köçürülüb gətiriliblər. Onları bir yerə Ermənistan adlı dövlət yaratmaq üçün cəmləşdiriblər. Belə olduğu halda, indiki Ermənistanda qədim erməni kilsəsi necə mövcud ola bilər?"

O qeyd etdi ki, kiçik bir qövm olan ermənilərin Qafqaz Albaniyasına aid olan böyük tarixi memarlıq irsini qurub yaratmaq gücləri vardımı? "Bunun özü də absurddur"-deyə bildirən ilahiyyatçı hesab edir ki, o dövrdə burada çox az sayda erməni yaşamış olsa da belə, bir ovuc erməninin bu qədər möhtəşəm abidəni tikməyə gücü belə ola bilməzdi. "O abidələrin öz tarixi varisləri var. Həm bu tarixi abidələr, həm də kilsələr  Qafqaz Albaniyasına məxsusdur. Buna nə siyasi, nə tarixi, nə də başqa yöndə bir irad ola bilər. hərtərəfli olaraq bu abidələr də, bu kilsələr də Qafqaz Albaniyasına aid olan irsdir. Ermənilərin əsla Qafqazda nə mədəniyyəti, nə tarixi irsi mövcud olmayıb"-deyə T.İrfan vurğuladı. 

T.İrfan hesab edir ki, bu baxımdan Zatulinin də iddiaları cəfəngiyatdan başqa bir şey deyil: "Zatulinin hansı yolun yolçusu olduğunu hər kəs bilir, bu baxımdan, onun bu dəfə dedikləri də cəfəngiyatdan başqa bir şey deyil.  O həmişə ermənilərin əlində alət olub və erməni lobbisinin pulu ilə qidalanıb. Hər şeydən əli çıxıb, indi də erməni kilsəsinə təəssübkeşlik edir, bu yolla təxribatçılıqla məşğul olur.  Amma onun heç bir təxribatı baş tutası deyil, çünki gerçəklik dəyişməzdir. O adama bir daha xatırladaq ki, ermənilər alban kiləsinin irsini oğurlayıb saxtalaşdırıblar"-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ