Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb Rusiya-Ukrayna savaşını yeni dünya müharibəsinə çevirir

Image


Rusiya və Ukrayna arasında davam edən savaş daha təhlükəli mərhələyə keçir. Söhbət müharibənin miqyasının böyüməsindən gedir. Belə ki, artıq mövcud vəziyyətdə Qərbin Rusiya ilə açıq konfrontasiyaya getdiyi özünü qabarıq büruzə verir. Qərb növbəti "qırmızı xətlərin" keçilməsinə razılıq verməklə savaşın miqyasının genişlənməsinə zəmin yaradır. 

Belə bir vaxtda Qərb ölkələrinin bir-birinin ardınca verdiyi açıqlamalar indi xüsusi diqqət cəlb edir. Məsələn, Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "Radio Zet" radiostansiyasının efirində mühüm bir açıqlama verib: "Polşa Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə vurması üçün Varşavadan aldığı silahlardan istifadə etməsini məhdudlaşdırmır. Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur". Onun sözlərinə görə, Varşava hazırda Ukrayna üçün 45-ci hərbi yardım paketini hazırlayır. Bir müddət öncə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ-nin müdafiə nazirlərinin iclasından sonra indiyədək yalnız bir və ya iki ölkənin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün təchiz etdikləri silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq isə həmin iclasda alyans dövlətlərinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün qoyduqları məhdudiyyətləri götürüb-götürməmək barədə fərdi qərar qəbul etdiklərini qeyd edib. Amma artıq durum dəyişib. Hətta iş o yerə çatıb ki, Baltikyanı ölkələr və Polşa, Rusiya döyüş meydanında uğur qazanacağı təqdirdə, öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etmir. Almaniyanın "Der Spiegel" nəşri yazır ki, ötən həftə Estoniyanın paytaxtında keçirilən xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Lennart Meri konfransı çərçivəsində Baltikyanı ölkələrin parlamentariləri Almaniya hökumətinin nümayəndələrinə Berlinin Ukraynadakı müharibə ilə bağlı siyasətinin nəticələri barədə xəbərdarlıq ediblər. Xüsusilə, söhbət Ukrayna ordusunu uzaqmənzilli silahlarla təmin etməkdən imtina və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahlarını vurmağı qadağan etməsindən gedir: "Onların arqumenti ondan ibarətdir ki, əgər ruslar Ukraynanın şərqində strateji irəliləyiş əldə edə bilsələr, vəziyyət dramatik şəkildə gərginləşə bilər. Baltikyanı siyasətçilər xəbərdarlıq ediblər ki, bu halda Latviya, Litva, Estoniya və Polşa rus qoşunlarının öz sərhədlərinə yerləşdirilməsini gözləməyəcək, özləri Ukraynaya qoşun yeridəcəklər. Bunun nə demək olacağı isə aydın idi: NATO müharibənin tərəfinə çevriləcək". Bu fonda o da bəlli olub ki, Böyük Britaniya Ukraynaya göndərdiyi "Storm Shadow" raketləri ilə Rusiyadakı hədəfləri vurmağa icazə verib. Ukraynanın strateji sənaye sahələri nazirinin müşaviri Yuri Sak bu barədə "Bloomberg" agentliyinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin artıq həmin raketlərdən istifadə etdiyini bildirib. Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevin Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərində hücumlar həyata keçirməyə icazə verilib-verilməyəcəyi barədə sualı cavablandırarkən qeyd edib: "Mən Zelenski ilə çox müntəzəm ünsiyyət qururam. Ukrayna ordusunun necə hərəkət edəcəyi onların işidir. Amma fəxr edirəm ki, Ukraynanı daha uzaq mənzilli silahlarla təmin edən ilk ölkə bizik". Britaniya baş nazirinin sözlərinə görə, dünya "Soyuq müharibə"dən sonra heç vaxt olmadığı qədər qeyri-müəyyən və təhlükəli olub: "Yeganə sual təhlükəsizliyinizi kimə etibar etməkdir".

Bunlar fonunda "The New York Times" öz mənbələrinə istinadən qeyd edir ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliyinə amerikan istehsalı silahla zərbə icazəsi verməyə getdikcə daha da yaxındır, Ağ Evdə bu mövqeyə yenidən baxılmasını qaçılmaz hesab edirlər: "Bayden Ukraynadakı müharibədə onun ən mühüm qərarlarından biri ola biləcək şeyə – amerikan silahı ilə Rusiya ərazisinə zərbələr endirməyə qoyulan qadağanın ləğvinə yaxınlaşır". Mənbələr bildiriblər ki, Baydenin müşavirləri münaqişənin nüvə rəqibi ilə birbaşa qarşıdurmaya çevrilməsi ehtimalından narahat olsalar da, sözügedən "mövqeyin dəyişməsinin qaçılmaz olduğuna inanırlar". Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev artıq mövcud risqləri nəzərə alaraq mövcud siyasəti yenidən nəzərdən keçirməyə başlayıb. Məqalədə vurğulanıb ki, Vaşinqton amerikan istehsalı silahlarla Rusiyanı vurmağa icazə versə belə, Ukrayna hədəflərin seçimi və silahdan hansı şəkildə istifadə olunacağına dair "sərt məhdudiyyətlərlə" üzləşəcək. Fransa da öz silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə məhdudiyyət qoymur. Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo isə qeyd edir ki, fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb. Qeyd edək ki, Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb. Hazırda görünən odur ki, Böyük Britaniya, Kanada, Latviya, Litva, Hollandiya, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya Federasiyasındakı hədəfləri vurmağa razılıq verib. Rusiya prezidenti Vladimir Putin isə qeyd edir ki, Moskva Ukraynanın Rusiya Federasiyasına zərbə endirməsinə imkan verən təkliflərlə bağlı bəyanatları diqqətlə izləyir: "NATO ölkələrinin, xüsusən də Avropanın nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər. Onlar yadda saxlamalıdırlar ki, bir qayda olaraq, kiçik ərazisi, çox sıx əhalisi olan bir dövlətdir. Onlar Rusiya ərazisinə dərin zərbələr endirməzdən əvvəl bu amili nəzərə almalıdırlar".

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli silahlardan istifadə edəcəyi təqdirdə Rusiya yenidən "bufer zonası" ilə bağlı qərar qəbul etməli olacaq. Putin qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya daxil olması yaxşı və düzgün qərar deyil: "Bu, eskalasiyadır və Avropada ciddi münaqişəyə və qlobal münaqişəyə doğru daha bir addımdır. Onlara ehtiyac varmı?  Ukrayna ərazisində Qərb təlimatçıları itkilər verir. Bunlar muzdlulardır, amma orada muzdlular adı altında mütəxəssislər var. Uzaqmənzilli dəqiq silahlarla bağlı sual var idi. Bəs bu silahlara kim nəzarət edir, onları kim saxlayır? Təbii ki, bu eyni təlimatçılar muzdlu əsgər kimi maskalanırlar. Onlar mövcuddur və itkilər verirlər. Burada yeni heç nə yoxdur. Efirdə ingilis nitqini eşidirik, sonra fransız, polyak. Biz bilirik ki, onlar oradadır". Onun sözlərinə görə, Ukrayna ərazisində mövcud olan xarici kontingent Rusiya Silahlı Qüvvələrinin hədəf bölgəsində olacaq: "Müxtəlif kontingentlərə gəlincə, mən bu barədə artıq danışmışam. Sonra Polşa hakimiyyəti bəyan edir ki, onlar öz kontingentlərini göndərməyə hazırdırlar. Polşa nitqini eşidirik, Polşadan çoxlu muzdlular var". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ