Cümə axşamı günü, 05 noyabr 2026
     

Enerji keçidində dünya oyunçusuna çevrilirik - Azərbaycanda "Yaşıllar partiyası" hələ yoxdur…

Image


Elçin Bayramlı: "Bizdə də belə bir partiyanın olması, aktiv fəaliyyət göstərməsi, proqramlar təklif etməsi, "yaşıl enerji"yə keçid sahəsinə töhfə verməsi çox müsbət hal olardı"

Müasir dünyada əsas prioritet məsələlərdən biri "yaşıl enerjiyə", "yaşıl iqtisadiyyat"a keçidlə bağlıdır ki, Azərbaycan da bu istiqamətdə ən vacib oyunçulardan biri kimi tanınır. 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə Həmrəylik İli" elan edilib, eyni zamanda bu ilin noyabrında Bakıda COP29 (Tərəflərin Konfransı) keçiriləcək, çox sürətlə "yaşıl enerji"yə keçid prosesi baş verir,  neftdən-qazdan imtina edib ekologiyanın, iqlimin sağlamlaşdırılması uğrunda işlər görülür. 

Dövlət və ictimaiyyət səviyyəsində bu yöndə böyük işlərin getdiyi bir vaxtda Azərbaycanda hər siyasi təmayüllü partiyalar var, mövcuddur, fəaliyyət göstərir, amma dünyanın bir sıra ölkələrində rast gəlinən, əsas vəzifəsi ətraf mühitin qorunması, bu sahədə problemlərin həllinə yönəlik "Yaşıllar partiyası" deyilən bir partiya   ölkəmizdə  yoxdur, yaxud da qeydiyyatdan keçməyib.

Belə bir vaxtda "Yaşıllar partiyası"nın olmasını doğrudan da Azərbaycanın həm dövlət, həm də ictimai səviyyədə apardığı alternativ enerji mənbələrinin yaradılması, "yaşıl enerjiyə" keçid prosesinin tələbləri çərçivəsində çox təbii dəyərləndirmək olar. 

Belə bir partiyanın Azərbaycanda olmasına ekspertlər necə baxır? Məhz indiki şəraitdə belə bir partiyanın olması yaxşı olmazdımı?

Ekspert rəyinə keçməzdən əvvəl bir məlumata diqqətinizi çəkmək istəyirik. Məlumata görə, 2006-cı ildə Azərbaycanda "Yaşıllar partiyası" təsis edilib. Mətbuatda qeyd olunurdu ki, o vaxt yaranan yeni partiyanın əsas xətti ekoloji tarazılığa və sosial ədalətə nail olmaq olub. Amma təəssüf ki, partiyanın  fəaliyyəti barədə məlumatlar kasaddır.

"Bu partiya formal olaraq var, amma onun bu sahədə hansısa bir proqramını, fəaliyyətini görməmişik" 

Sosial-iqtisadi sahə üzrə ekspert, araşdırmaçı jurnalist Elçin Bayramlı "Bakı-Xəbər"ə "Əslində Azərbaycanda "Yaşıllar partiyası" var, çoxdan təsis edilib, sadəcə ortada fəaliyyəti yoxdur, formal olaraq mövcud olub. Görünür, son vaxtlar partiyaların qeydiyyatı üçün tələb olunan sənədləri toplaya və  şərtləri, tələbləri ödəyə bilmədiyi üçün yəqin ki, qeydiyyatdan keçən partiyalar sırasında deyil. Bu partiya formal olaraq var, amma onun bu sahədə hansısa bir proqramını, fəaliyyətini görməmişik. Düzdür, Avropa ölkələrində, Rusiyada və başqa ölkələrdə "Yaşıllar partiyası" var və onlar böyük proqramlar həyata keçirir, bu sahədə siyasət aparır. Bəzən hakimiyyətə də gəlirlər. Səhv etmirəmsə, Almaniyada müəyyən müddətdə "yaşıllar" hakimiyyətdə də olublar. Amma bizdə bunun perspektivi yoxdur. Çünki hakimiyyətə gəlmək cəhdləri nəzəri cəhətdən heç mümkün də deyil. Partiyalar bizdə ənəvi olaraq bir liderin ətrafında birləşib siyasi mübarizə aparmaq, siyasi hakimiyyətə gəlmək üçün fəaliyyət göstərirlər. Ona görə də "Yaşıllar partiyası"nın bu sahədə hər hansı bir perspektivini də görmürəm. Ancaq əlbəttə, bizdə də belə bir partiyanın olması, aktiv fəaliyyət göstərməsi, proqramlar təklif etməsi, "yaşıl enerji"yə keçid sahəsinə töhfə verməsi çox müsbət hal olardı" - deyə bildirdi. 

E.Bayramlı hesab edir ki, bizə bu sahədə partiyadan daha çox QHT-lər, ekologiya ilə bağlı ictimai təşkilatlar, ictimai platformalar lazımdır. O qeyd etdi  ki, bu sahədə "Yaşıllar hərəkatı" kimi könüllülük əsasında fəaliyyət göstərən platformaların olması daha faydalı olardı. "Bizdə bir sıra ekoloji təşkilatlar var ki, dövlət fondlarından, beynəlxalq fondlardan yaxşı qrantlar alırlar, amma faktiki olaraq onlar şablon tədbirlərin keçirilməsi, buklet çapı və sair bu kimi işlərlə məşğul olurlar, o qrantlar boşuna gedir, heç bir effekt vermir. Yaxşı olardı ki, dövlət bu sahədə bir proqram hazırlasın və işi praktik olaraq QHT-lər vasitəsilə görsün. Ekoloji təşkilatlara qrantlar ayrılsın və onlardan praktik işlər tələb olunsun. Məsələn, yaşıllıqların salınması, müxtəlif ərazilərin təmizlənməsi, su hövzələrindəki ekoloji çirklənmənin aradan qaldırılması, zavod və fabriklərin atmosferə atdığı tullantıların azaldılması, filtrlərlə təmin olunması ilə bağlı monitorinqlər aparılmalıdır. Tutaq ki, meşələrdə monitorinqlər aparıla bilər ki, necə qorunur. Meşə yanğınlarına qarşı maarifləndirici tədbirlər həyata keçirmək olar. Yəni bu kimi işləri daha çox ictimai təşkilatlar etməlidir. Amma bizdə bu iş bir az zəifdir. Çünki ictimai təşkilatlar elə də effektiv işləmir, ictimaiyyət də maarifləndirmə işində o qədər də könüllü iştirak etmir. Cəmiyyətin özünün ekoloji təfəkkürü olmalıdır. Bu məsələlərdə dövlətin heç bir iştirakı olmadan öz ərazisində, öz həyətində bunlara riayət edə bilər"-deyə bildirən E.Bayramlı hesab edir ki, vətəndaşlar könüllü olaraq yaşıllıq, ekoloji yönümlü platformalara qoşulmalıdır. O vurğuladı ki, hansısa bir QHT yaşıllaşdırma kampaniyası elan edirsə vətəndaş olaraq orda iştirak etməliyik.

E.Bayramlının sözlərinə görə, dövlətin işinə hər bir vətəndaş dəstək verməlidir. E.Bayramlının sözlərinə görə, bu istiqamətdə hansısa siyasi partiyadan nə isə gözləmək olmaz. Onun fikrincə, çünki o partiyanın nə kütləvi üzvləri, nə də maliyyə imkanları olacaq, uzaqbaşı bəyanat verib bir-iki maarifləndirici çıxışlar edə bilərlər ki, bunun da təsiri minimum olardı. "Belə partiyanın olması daha yaxşı olardı, amma onun olmasından ciddi bir dəyişiklik gözləməyə də dəyməz... Bu sosial sahədir, siyasi mübarizə sahəsi deyil. Burda sosial və ekoloji təşkilatlar iştirak etməlidir və dövlətin bu istiqamətdə proqramları həyata keçirilməlidir" - deyə qeyd edən E.Bayramlı hesab edir ki, "yaşıl enerji"yə keçid prosesinin daha da sürətləndirilməsi üçün daha çox sosial və ekoloji sahədə olan təşkilatlar dövlətə dəstək ola bilər. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ