Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident Xocalıdan olan araşdırmaçı jurnalistə də ev hədiyyə etdi... - MÜSAHİBƏ

Image


Səriyyə Müslümqızı: "Elə hiss etdim ki,  evimin itən açarını cənab Prezident və Mehriban xanım sanki hardansa tapıb mənə verdilər"

Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, "Təzadlar" TV-nin əməkdaşı Səriyyə Müslümqızı (Cəfərova) 32 ildən sonra öz doğma evinə qayıdıb, ata evinin işığını yandırıb, ocağını şənləndirib. 

28 may Müstəqillik Günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Xocalıda xocalılılara mənzillərinin açarları təqdim edilib və bu səadəti yaşayanlardan biri də Səriyyə Müslümqızı olub. 

- Xocalını, ana yurdunuzu necə gördünüz?

- Çox duyğulandım, çox həyəcanlandım. Mən öz ana yurdumu 32 il sonra tamam başqa bir formada gördüm. Evlər çox müasir üslubda tikilib, çox gözəl dizayn verilib. Siz özünüz də yəqin kadrlardan gördünüz.

- Bəli.

- Cənab Prezident də dedi ki, evlər çox yüksək səviyyədə təmir edilib. 

Amma evimizdə anamdan qalan heç bir nişanə tapa bilmədim, hər şey dəyişib, amma sevindim, qürurlandım ki, Xocalı azaddır və biz azad Xocalıdayıq. 

- 32 ildən sonra Xocalıda keçirdiyiniz ilk gecənin təəssüratları necədir? Rahat uyuya bildinizmi? 

- İnanın, o qədər hüzurlu, o qədər rahat yatdım ki, sanki anamın qucağında yatdım. Hətta 32 il əvvəl keçirdiyimiz qorxulu, həyəcanlı gecələri də bir anlıq unutdum, biz evdə də yata bilmirdik, zirzəmidə gecələyirdik. Amma 32 ildən sonra mən zirzəmidə yox, öz evimdə yatdım. Özümü ana qucağında hiss etdim. 

- Evinizin açarını sizə Mehriban Əliyeva təqdim etdi. Adınız çəkiləndə hansı hisslər keçirdiniz?

- Adım çəkiləndə o qədər qarmaqarşıq duyğular, hisslər keçirdim ki, sözlə ifadə edə bilmirəm, həyəcandan əllərim titrəməsin deyə özümü toparlamağa çalışdım. Çünki mən Xocalıdan çıxanda evimin açarını belə götürə bilməmişdim. Elə hiss etdim ki,  evimin itən açarını cənab Prezident və Mehriban xanım sanki hardansa tapıb mənə verdilər (qəhərlənir). 

- Xocalıda yaşamağın mənası nədir, anlamı nədir Sizin üçün?

- Xocalıda yaşamaq məsuliyyətdir. Hər kəs bu məsuliyyəti dərk etsə çox yaxşı olar. Çünki Xocalı qanına bələnən, qanlı köynək bir şəhərdi. Eyni zamanda bu şəhəri bizim adını bilmədiyimiz, şəxsən tanımadığımız oğullar azad edib. O oğullar ki, Xocalı soyqırımı zamanı hələ anadan olmamışdılar. Ona görə də Xocalı məsuliyyətli bir yerdir. 

- Xocalı soyqırımı gecəsində ananız da, əminiz oğulları da, bir çox yaxınlarınız, elliləriniz da şəhid olub...

- O gecə anamı və üç əmim oğlunu şəhid vermişəm... 

Kiçik bir haşiyə çıxmaq istəyirəm: atam rəhmətə gedəndə mənim bir yaşım olub. Atamın atası, Müseyib babam İkinci Dünya müharibəsindən qayıtmayıb, məzarı belə olmayıb, adı itkin kimi gedib. İllərlə Tamaşa nənəm onun yolunu gözlədi. Yadınızdadır, o illərdə radioda   Böyük Vətən müharibəsində itkin düşən azərbaycanlılar barədə məlumat verilirdi. Biz həmişə o verilişi gözləyirdik, deyirdik ki, görəsən babamızın adı da nə vaxtsa o itkinlərin siyahısında  çəkiləcəkmi? Kaş ondan bir nişanə qalaydı, adı çəkiləydi. Amma illər boyu gözləsək də ondan bir soraq çıxmadı. Taleyə, qismətə bax ki, onun yurduna gəlin gələn anamın da, əmim oğlanlarının da taleyi çox faciəli oldu. Onlar bizə əmioğlu yox qardaş olublar, çünki atamızı itirdikdən sonra bir ocaqda böyüdük...

- Söz yox ki, indi ananızın da, başqa xocalıların da ruhları şaddır. Cənab Prezidentlə söhbətinizdə də dediniz ki, mənim anamın oğlu olmayıb, onun ocağını yandırmağı özümə borc biliurəm. Bu ocağı yandırdınız...

- Bəli, anamın oğlu yoxdur, amma bu gün mən onun çırağını yandırıram. 

- Cənab Prezidenti evinizə dəvət etdiniz, çox böyük məmnuniyyətlə qəbul etdi. Evinizin ilk qonağı Prezident oldu...Prezidentin Sizin evə gəlməsi Sizin üçün nə deməkdir?

- Mən sadə bir Xocalı sakiniyəm, sadə bir qələm sahibiyəm, böyük bir nəsli, doğmalarını itirmiş bir azərbaycanlıyam. Prezidentin dəvətimi qəbul edib evimə gəlməsi məni çox qürurlandırdı, özümü daha güvənli, daha əmin hiss etdim ki, doğmalarımı itirsəm də, mənim arxamda Azərbaycan xalqının böyük oğlu dayanıb. Bu, Prezidentin bir qələm adamına, bir Xocalı sakininə verdiyi yüksək  dəyərin   təzahürüdür. 

- Siz Xocalı harayını dünyaya yayan, bu soyqımla bağlı ən çox yazan, təbliğat aparan qələm adamısınız. Bu 32 ildə əzablı yollar keçmisiniz, Xocalı həqiqətlərini yaymaq üçün kitablar, məqalələr yazmısınız. Bu 32 ildə Xocalıya qayıtmaq ümidiniz vardımı, yoxsa ümidinizi itirmişdinizmi? 

-  Sizə tam səmimiyyətimlə deyirəm. Siz soruşun ki, sizdə o ümid hissləri heç öldümü? Kitablarıma baxsanız görərsiz, bütün kitablarımda qeyd etmişəm ki, mən bir gün mütləq Xocalıya dönəcəyəm, hökmən ata ocağımın çırağını yandıracağam. Heç zaman dönə bilməyəcəyimi ağlımın ucundan belə keçirmədim və döndüm də. 2024-cü ilin 28 mayında Müstəqillik Günündə mən ata ocağının çırağını yandırdım. Yazdıqlarım gerçək oldu. Bütün kitablarımın, minlərlə məqaləmin sonunda "mən hökmən ata ocağına, Xocalıya dönəcəyəm və Xocalıda yenə də qaragözlü balalar doğulacaq" yazırdım. 

- Xocalıya qayıdan ilk sakinlərdən biri Sizsiniz. Bu necə bir hissdir?

- İlk köç edənlər üçün bu çox məsuliyyətlidir. Mən də o məsuliyyəti dərk edirəm ki, biz sonradan gələnlərə nümunə olmalıyıq. Xocalıya qayıdan ilk sakinlər kimi bütün dünyaya mesaj verdik ki, bu torpağın əzəli  sakinləri bizik və öz doğma yurdumuza əbədi olaraq qayıtmışıq...

- Bəs köç üstə olanlara sözünüz nədir? 

- Düzdür, böyük ağrı-acılar yaşadıq, itkilər verdik, Xocalı qanlara boyandı. Bütün bunlar çox ağrılıdır. Amma hesab edirəm ki, köçüb bu torpaqda yaşamaq ən vacib məsələdir. Xocalı bizim ana yurdumuzdur. 1905, 1918 və 1992-ci illərdə Xocalı qanına bələnib, qandan köynək geyib. Mənim ulu babalarım 1905-ci ildə Xocalıda bu faciələri görüb. Biz köhnə Xocalıdan olan adamlarıq. Ulu babam burda 46 bəydən biri olan Cəfər bəydir, mən onun nəslindənəm. Əgər onlar yaşayıblarsa, ayaq üstə durublarsa, mübarizə aparıblarsa, Xocalını qurub-yaradıblarsa, bizim də boynumuzun borcudur ki, onların yolunu davam etdirək. 

Xocalıda muzeylər yaranacaq və biz öz soyqırımımızı bu yolla da tanıdacağıq. Mən 2020-ci ildə Bosniya–Herseqovinada oldum, orda Srebrenitsa anaları ilə görüşdüm. O şəhər də Xocalı kimi qana bələnib. Xocalı faciəsini biz burada yaşaya-yaşaya dünyaya çatdıracağıq...

- Mən belə bir cümlə yazdım ki, ermənilərdən alınan ən böyük intiqam Xocalıya qayıdıb soyumuş ocaqları alışdırmaq, sönən işıqları yandırmaq, evləri şənləndirməkdir...Siz necə bilirsiz?

- Bəli, bizim Xocalıya qayıtmağımız ən böyük intiqam oldu və erməni separatçılarına sübut etdik ki, bu torpağın sahibi və sakini bizik, biz öz evimizə qayıtdıq. Mənə ən təsir edən məqamlardan biri odur ki, evimiz anamın əlinin qabarı ilə tikdiyi bünövrənin üzərində təmir edilib. Əlimi o bünövrəyə qoyuram. Bu evin içində böyüdüb anam bizi...Amma 32 il bizim evdə erməni yaşayıb. Bu ev dağılmayıb. Buradan hərbi baza kimi istifadə olunub. Çünki Xocalı işğaldan azad olunanda evimizin qarşısında nə qədər UAZ və "Villis" markalı maşın olub. Yaxşı ki, biz onları əyani görmədik, onları görsəydim bu mənə daha ağır bir travma olardı. Nə yaxşı ki, Müstəqillik Günündə gəldik, ermənisiz şəhərimizə gəldik, bunun özü böyük bir xoşbəxtlikdir...   

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ