Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident media ilə bağlı qanunda dəyişiklik etdi

Image


Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I) 102.4-cü maddəsində və 126.1-ci maddəsinin birinci cümləsində "verilişlərinə" sözü "proqramlarına" sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1.21-ci, 2.6.2-ci, 40.8-ci, 40.12-ci, 40.15-ci, 44.8-ci, 55.2.6-cı maddələrdə, 60.7-ci və 68.6-cı maddələrin ikinci cümlələrində, 95.2-ci maddənin üçüncü cümləsində, 96.9-cu maddənin birinci cümləsində, 109.2-109.4-cü, 110.3-cü, 115.1.7-ci maddələrdə, 159.1-ci, 159.2-ci, 192.1-ci, 228.1-ci və 228.2-ci maddələrin birinci abzaslarında ismin müvafiq hallarında "kütləvi informasiya vasitələri" sözləri ismin müvafiq hallarında "media subyektləri" sözləri ilə əvəz edilsin;

2.2. 11.3-cü maddədə, 124.1-ci maddənin birinci cümləsində, 145.4-cü, 205.3-cü, 213.2-ci maddələrdə ismin müvafiq hallarında "kütləvi informasiya vasitələri" sözləri ismin müvafiq hallarında "media" sözü ilə əvəz edilsin;

2.3. 20-ci maddə üzrə:

2.3.1. adında "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

2.3.2. 20.1-ci maddədə (hər iki halda) "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.4. 43-cü maddənin adında, 43.1-ci və 43.2-ci maddələrdə ismin müvafiq hallarında "Kütləvi informasiya vasitələri" sözləri ismin müvafiq hallarında "Media subyektləri" sözləri ilə əvəz edilsin;

2.5. 69-cu maddə üzrə:

2.5.1. 69.2-ci maddədə "kütləvi informasiya vasitələrində" sözləri "media subyektlərində" sözləri ilə əvəz edilsin;

2.5.2. 69.5-ci maddənin ikinci cümləsində "verilişlərinin" sözü "proqramlarının" sözü ilə əvəz edilsin;

2.5.3. 69.6-cı maddədə "teleradio verilişləri" sözləri "televiziya və radio proqramları" sözləri ilə, birinci halda "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə, ikinci halda "kütləvi informasiya vasitələri" sözləri "media vasitəsi" sözləri ilə əvəz edilsin;

2.6. 74-cü maddə üzrə:

2.6.1. 74.2.1-ci maddədə "kütləvi informasiya vasitələri" sözləri "media vasitəsi" sözləri ilə əvəz edilsin;

2.6.2. 74.3-cü maddənin birinci cümləsində "Kütləvi informasiya vasitələri" sözləri "Media vasitəsi" sözləri ilə, "tele və radioverilişlər" sözləri "televiziya və radio proqramları" sözləri ilə əvəz edilsin;

2.7. 76-cı maddə üzrə:

2.7.1. 76.1-ci maddədə "Kütləvi informasiya vasitələri" sözləri "Media subyektləri" sözləri ilə əvəz edilsin;

2.7.2. 76.2-ci maddədə "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

2.8. 77-ci maddə üzrə:

2.8.1. adında "kütləvi informasiya vasitələrinin" sözləri "media subyektlərinin" sözləri ilə əvəz edilsin;

2.8.2. 77.1-ci maddənin birinci cümləsində (hər iki halda) "teleradio təşkilatları" sözləri və üçüncü cümləsində "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.8.3. 77.2-ci maddənin birinci cümləsində (birinci halda) "verilişləri" sözü "proqramları" sözü ilə, həmin cümlədə "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə, ikinci cümləsində "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.8.4. 77.3-cü maddənin birinci cümləsində (birinci halda) "verilişləri" sözü "proqramları" sözü ilə, həmin cümlədə "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə, "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, ikinci cümləsində "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.8.5. 77.4-cü maddənin birinci cümləsində "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə, ikinci cümləsində "Teleradio verilişləri təşkilatları" sözləri "Televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.9. 78-ci maddə üzrə:

2.9.1. adında "Kütləvi informasiya vasitələrində" sözləri "Mediada" sözü ilə əvəz edilsin;

2.9.2. 78.1-ci və 78.3-cü maddələrdə, 78.4-cü maddənin birinci və ikinci cümlələrində "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.10. 79-cu maddə üzrə:

2.10.1. adında "Kütləvi informasiya vasitələrində" sözləri "Mediada" sözü ilə əvəz edilsin;

2.10.2. 79.1-ci maddədə "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.11. 80-ci maddə üzrə:

2.11.1. 80.1-ci maddədə "teleradio verilişləri təşkilatının" sözləri "televiziya və radio yayımçısının" sözləri ilə əvəz edilsin;

2.11.2. 80.2-ci, 80.3-cü maddələrdə və 80.7-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında "teleradio verilişləri təşkilatları" sözləri ismin müvafiq hallarında "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.11.3. 80.5-ci maddənin birinci cümləsində (hər iki halda) "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, "təşkilatların verilişlərinin" sözləri "yayımçıların proqramlarının" sözləri ilə və "verilişlərin" sözü "proqramların" sözü ilə əvəz edilsin;

2.11.4. 80.6-cı maddədə "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.11.5. 80.8-ci maddədə "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə, "teleradio verilişləri təşkilatlarına" sözləri "televiziya və radio yayımçılarına" sözləri ilə əvəz edilsin;

2.12. 81-ci maddə üzrə:

2.12.1. 81.1-ci maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, "teleradio verilişləri təşkilatı" sözləri "televiziya və radio yayımçısı" sözləri ilə əvəz edilsin;

2.12.2. 81.2-ci maddənin birinci cümləsində "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə, dördüncü cümləsində "teleradio verilişləri təşkilatının" sözləri "televiziya və radio yayımçısının" sözləri ilə əvəz edilsin;

2.12.3. 81.4-cü maddənin birinci və ikinci cümlələrində, 81.5-ci maddədə (hər iki halda), 81.6-cı və 81.10-cu maddələrin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında "teleradio verilişləri təşkilatları" sözləri ismin müvafiq hallarında "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.12.4. 81.7.4-cü maddədə "teleradio verilişləri" sözləri "televiziya və radio proqramları" sözləri ilə, "verilişlərin proqramı, verilişin" sözləri "həmin proqramların cədvəli, proqramın" sözləri ilə əvəz edilsin;

2.13. 82-ci maddə üzrə:

2.13.1. 82.2-ci maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

2.13.2. 82.3-cü maddənin birinci cümləsində "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

2.13.3. 82.4-cü maddənin birinci cümləsində (birinci halda) "teleradio" sözü "televiziya və radio" sözləri ilə, "teleradio verilişləri təşkilatları" sözləri "televiziya və radio yayımçıları" sözləri ilə, ikinci cümləsində "Teleradio verilişləri təşkilatları" sözləri "Televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.14. 88-ci maddə üzrə:

2.14.1. 88.1-ci maddənin birinci cümləsində, 88.2-ci maddədə, 88.7-ci maddənin üçüncü cümləsində ismin müvafiq hallarında "kütləvi informasiya vasitələri" sözləri ismin müvafiq hallarında "media" sözü ilə əvəz edilsin;

2.14.2. 88.6-cı maddənin birinci cümləsində "teleradio verilişləri təşkilatlarının teleradio" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, ikinci cümləsində "teleradio verilişləri təşkilatlarının teleradio" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə, "teleradio verilişləri təşkilatlarını" sözləri "televiziya və radio yayımçılarını" sözləri ilə əvəz edilsin;

2.14.3. 88.8-ci maddədə (hər iki halda) ismin müvafiq hallarında "teleradio verilişləri təşkilatları" sözləri ismin müvafiq hallarında "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin;

2.15. 104.1-ci maddənin ikinci cümləsində "kütləvi informasiya vasitələri ilə" sözləri "media" sözü ilə əvəz edilsin;

2.16. 113.1-ci maddənin birinci cümləsində "kütləvi informasiya vasitələri" sözləri "media vasitəsi" sözləri ilə əvəz edilsin;

2.17. 127-ci maddə üzrə:

2.17.1. adında "Kütləvi informasiya vasitələrində" sözləri "Mediada" sözü ilə əvəz edilsin;

2.17.2. 127.2-ci maddənin birinci cümləsində "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.17.3. 127.3-cü maddənin birinci cümləsində "teleradio verilişləri təşkilatının" sözləri "televiziya və radio yayımçısının" sözləri ilə əvəz edilsin;

2.17.4. 127.4-cü maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.18. 155-ci maddə üzrə:

2.18.1. adında "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

2.18.2. 155.2-ci maddənin birinci cümləsində "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.18.3. 155.3-cü maddənin birinci cümləsində və 155.4-cü maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.19. 189-cu maddə üzrə:

2.19.1. adında "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

2.19.2. 189.2-ci maddənin birinci cümləsində "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.19.3. 189.3-cü maddənin birinci cümləsində və 189.4-cü maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.20. 224-cü maddə üzrə:

2.20.1. 224.2-ci maddənin birinci cümləsində "Teleradio verilişləri təşkilatlarının" sözləri "Televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.20.2. 224.3-cü maddənin birinci cümləsində və 224.4-cü maddədə "teleradio verilişləri təşkilatlarının" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

2.21. 231.1-ci maddənin birinci və üçüncü cümlələrində, 231.2-231.4-cü maddələrdə, 231.6-cı maddənin birinci cümləsində və 233.4-cü maddədə ismin müvafiq hallarında "teleradio verilişləri təşkilatları" sözləri ismin müvafiq hallarında "televiziya və radio yayımçıları" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I) 28.4-2-ci maddəsinin birinci abzasında "kütləvi informasiya vasitəsində" sözləri "mediada" sözü ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7) 86.0.10-cu, 87.1.21-ci və 90.1.3-cü maddələrində "verilişlərinə" sözü "proqramlarına" sözü ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 164.2-ci maddədə "teleradio verilişləri təşkilatlarının teleradio" sözləri "televiziya və radio yayımçılarının" sözləri ilə əvəz edilsin;

5.2. 388-2.0.4-cü və 428.11-ci maddələrdə "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin.

Maddə 6. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 5-ci maddənin dördüncü hissəsində "kütləvi məlumat vasitələrindən" sözləri "mediadan" sözü ilə əvəz edilsin;

6.2. 21-ci maddəyə aşağıdakı məzmunda doqquzuncu hissə əlavə edilsin:

"Dini qurumlar "Media haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.".

Maddə 7. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 230-cu maddənin üçüncü cümləsində "verilişlərinə" sözü "proqramlarına" sözü ilə əvəz edilsin;

7.2. həmin Nizamnamənin "Qarovul otağının avadanlığı" 11 saylı əlavəsinin 2-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında "radioverilişlərə" sözü "radio proqramlarına" sözləri ilə əvəz edilsin.

Maddə 8. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci maddənin birinci hissəsinin altıncı abzasında "efir, kabel, peyk televiziyası" sözləri "peyk, kabel yayımları" sözləri ilə əvəz edilsin;

8.2. 7-ci maddənin birinci hissəsində "efir və kabel televiziyası" sözləri "yayım və retranslyasiya xidmətləri" sözləri ilə əvəz edilsin.

Maddə 9. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 62 (Cild I) 7-ci maddəsinin dördüncü hissəsinin birinci və ikinci cümlələrində "kütləvi informasiya vasitəsi" sözləri "media subyekti" sözləri ilə əvəz edilsin.

Maddə 10. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 28.4-cü maddənin ikinci abzasında "digər kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

10.2. 29.4-cü maddənin birinci abzasında "kütləvi informasiya vasitələri ilə" sözləri "mediada" sözü ilə əvəz edilsin.

Maddə 11. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 4-cü maddə üzrə:

11.1.1. 4.6-cı maddədə "verilişlərinin" sözü "proqramlarının" sözü ilə əvəz edilsin;

11.1.2. 4.8-ci maddədə "bu Qanun, "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunları" sözləri "Media haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qanun" sözləri ilə əvəz edilsin;

11.2. 6-cı maddə üzrə:

11.2.1. 6.0.2-ci maddədən "(verilişlər)" sözü çıxarılsın;

11.2.2. 6.0.5-ci maddədə "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

11.2.3. 6.0.6-cı maddədə "verilişlərinin proqramını" sözləri "proqram cədvəlini" sözləri ilə əvəz edilsin;

11.3. 7-ci maddə üzrə:

11.3.1. 7.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.1.7. "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməsi;";

11.3.2. 7.1.10-cu maddədən "efirdə, kabel yayımı vasitəsilə" sözləri çıxarılsın;

11.3.3. 7.1.11-ci maddə ləğv edilsin;

11.3.4. 7.1.12-ci maddədən "(verilişlərdə)" sözü çıxarılsın;

11.3.5. 7.2-ci maddənin birinci cümləsində "verilişlər" sözü "proqramlar" sözü ilə, ikinci cümləsində (hər iki halda) "verilişlərin" sözü "proqramların" sözü ilə, "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikasının Audiovizual" sözləri ilə əvəz edilsin;

11.4. 9.1-ci maddədə "teleradio verilişlərinin" sözləri "televiziya və radio proqramlarının" sözləri ilə, "televiziya və radio yayımı haqqında qanunvericiliklə" sözləri "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilsin;

11.5. 10.2-ci maddədə "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

11.6. 11-1.1-ci maddədə "kütləvi informasiya vasitələri işçilərinin" sözləri "media sahəsində çalışan işçilərin" sözləri ilə əvəz edilsin;

11.7. 12.3-cü maddədə "verilişlər" sözü "proqramlar" sözü ilə əvəz edilsin;

11.8. 13-cü maddə üzrə:

11.8.1. 13.4-cü maddədə (hər iki halda) "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

11.8.2. 13.5-ci maddənin ikinci cümləsində "verilişlərin" sözü "proqramların" sözü ilə, "müvafiq dövlət orqanı" sözləri "Azərbaycan Respublikasının Audiovizual Şurası" sözləri ilə əvəz edilsin;

11.8.3. 13.10-cu maddənin birinci cümləsində (hər iki halda) "verilişlərin" sözü "proqramların" sözü ilə əvəz edilsin;

11.9. 14-cü maddə üzrə:

11.9.1. 14.1-ci maddədən "(verilişlərində)" və "(verilişlərin)" sözləri çıxarılsın;

11.9.2. 14.3-cü maddədə "veriliş" sözü "proqram" sözü ilə, "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

11.9.3. 14.4-cü maddədən "(verilişlərində)" sözü çıxarılsın və həmin maddədə "Televiziya və radio yayımı" sözləri "Media" sözü ilə əvəz edilsin;

11.10. 15-ci maddə üzrə:

11.10.1. 15.1-ci maddənin üçüncü cümləsindən "(verilişində)" sözü çıxarılsın;

11.10.2. 15.2-ci maddədə "verilişlərin" sözü "proqramların" sözü ilə əvəz edilsin;

11.10.3. 15.3-cü maddədə "verilişlərdə" sözü "proqramlarda" sözü ilə əvəz edilsin;

11.11. 18-ci maddə üzrə:

11.11.1. 18.1-ci maddədə "teleradio yayımında" sözləri "audiovizual media subyektində" sözləri ilə əvəz edilsin;

11.11.2. 18.4-cü maddədə "teleradio" sözü "televiziya və radio" sözləri ilə əvəz edilsin;

11.12. 21.3-cü maddə üzrə:

11.12.1. 21.3.1-ci maddədə "verilişlərin" sözü "proqramların" sözü ilə əvəz edilsin;

11.12.2. 21.3.2-ci maddədə "verilişlər setkasının" sözləri "proqram cədvəlinin" sözləri ilə əvəz edilsin;

11.13. 24-cü maddə üzrə:

11.13.1. 24.3-cü maddədə "kütləvi informasiya vasitələri haqqında qanunvericiliklə müəyyənləşdirilmiş qaydada" sözləri "Media haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri ilə əvəz edilsin;

11.13.2. 24.4-cü maddədə "verilişin" sözü "proqramın" sözü ilə əvəz edilsin.

Maddə 12. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 690 (Cild I) ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın 3.1-ci maddəsinin ikinci abzasında "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikası Audiovizual" sözləri ilə əvəz edilsin.

Maddə 13. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu) 20.1.9-cu maddəsində "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikası Audiovizual" sözləri ilə əvəz edilsin.

Maddə 14. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I) 12.1.10-cu, 15.2.7-ci, 30.3-cü maddələrində və 40.4-cü maddəsinin birinci cümləsində "verilişlərinə" sözü "proqramlarına" sözü ilə əvəz edilsin.

Maddə 15. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1.0.1-ci maddədə "yayım təşkilatlarının verilişlərinə" sözləri "audiovizual yayımçının proqramlarına" sözləri ilə əvəz edilsin;

15.2. 15.2-ci maddədə "efir və kabel televiziyası" sözləri "yayım və retranslyasiya xidmətləri" sözləri ilə əvəz edilsin.

Maddə 16. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.0.11-ci maddədə "kütləvi informasiya vasitələri" sözləri "media məhsulları" sözləri ilə əvəz edilsin;

16.2. 3.1-ci maddədə "Televiziya və radio yayımı" sözləri "Media" sözü ilə əvəz edilsin;

16.3. 12-ci maddə üzrə:

16.3.1. 12.1.5-ci maddədə "kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində)" sözləri "media məhsullarında, o cümlədən televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin;

16.3.2. 12.1.8-ci maddədən "(verilişlərin)" sözü çıxarılsın;

16.3.3. 12.3-cü maddədə "teleradio proqramlarında və verilişlərində" sözləri "televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin;

16.4. 13-cü maddə üzrə:

16.4.1. 13.1-ci maddədə "elektron informasiya vasitələrində proqramın (verilişin)" sözləri "onlayn mediada proqramın" sözləri ilə əvəz edilsin;

16.4.2. 13.2-ci maddənin üçüncü cümləsindən "(verilişdə)" sözü çıxarılsın;

16.5. 20-ci maddə üzrə:

16.5.1. adında "Teleradio proqramlarında (verilişlərində)" sözləri "Televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin;

16.5.2. 20.1-ci maddədə "Teleradio proqramlarında (verilişlərində)" sözləri "Televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin və həmin maddədən "(verilişlərin)" sözü çıxarılsın;

16.5.3. 20.2-ci maddənin birinci cümləsində "Teleradio proqramı (verilişi)" sözləri "Televiziya və radio proqramı" sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsindən "(verilişin)" sözü çıxarılsın;

16.5.4. 20.3-cü maddənin birinci cümləsində "verilişin" sözü "proqramın" sözü ilə, ikinci cümləsində "verilişlərin" sözü "proqramların" sözü ilə əvəz edilsin;

16.5.5. 20.4-cü maddənin birinci cümləsində "teleradio proqramlarında (verilişlərində)" sözləri "televiziya və radio proqramlarında" sözləri ilə, ikinci cümləsində "verilişlərdə" sözü "proqramlarda" sözü ilə əvəz edilsin;

16.5.6. 20.6-cı maddənin birinci cümləsində (hər iki halda) "verilişlər" sözü "proqramlar" sözü ilə, ikinci cümləsində "proqram və verilişlər" sözləri "proqramlar" sözü ilə əvəz edilsin;

16.5.7. 20.8-ci maddədə "teleradio proqramlarında (verilişlərində)" sözləri "televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin;

16.6. 27.1-ci maddə üzrə:

16.6.1. 27.1.6-cı maddədən "(verilişlərin)" sözü çıxarılsın;

16.6.2. 27.1.9-cu maddədə "teleradio proqramlarında (verilişlərində)" sözləri "televiziya və radio proqramlarında" sözləri ilə əvəz edilsin;

16.7. 32.6-cı maddənin birinci cümləsində "kütləvi informasiya, nəqliyyat vasitələrində" sözləri "nəqliyyat vasitələrində, mediada" sözləri ilə əvəz edilsin.

Maddə 17. "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 11.2-ci maddənin ikinci cümləsində "kütləvi informasiya vasitələrində" sözləri "media məhsullarında" sözləri ilə əvəz edilsin;

17.2. 12.3.2-ci maddədə və 17.5-ci maddənin birinci cümləsində "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikasının Audiovizual" sözləri ilə əvəz edilsin.

Maddə 18. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 11.5-ci və 11.6-cı maddələrdə "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

18.2. 12-ci maddə üzrə:

18.2.1. adında "Kütləvi informasiya vasitələrində" sözləri "Mediada" sözü ilə əvəz edilsin;

18.2.2. 12.1-ci maddədə "Kütləvi informasiya vasitələri" sözləri "Media subyektləri" sözləri ilə əvəz edilsin;

18.2.3. 12.2-ci maddədə "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin;

18.2.4. 12.4-cü maddənin birinci cümləsində "verilişlər" sözü "proqramlar" sözü ilə, ikinci cümləsində (hər iki halda) "verilişlərin" sözü "proqramların" sözü ilə, "Milli Televiziya və Radio" sözləri "Azərbaycan Respublikasının Audiovizual" sözləri ilə əvəz edilsin;

18.3. 14.1.4-cü maddədən "televiziya və" və "efirdə, kabel yayımı vasitəsi ilə" sözləri çıxarılsın.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ