Cümə axşamı günü, 05 noyabr 2026
     

Hakimiyyətə dartınan keşişin faşist damğası açıldı - kilsə biabır oldu...

Image


Bir aya yaxındır baş nazir Nikol Paşinyanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan və yüzədək tərəfdarı hələ mayın 27-dən Sərdarabad abidəsinə gələrək burada çadır qurmuşdular. 

Əsas məqsədlərdən biri də Paşinyanın abidəni ziyarət etməsinin qarşısını almaq idi. Qalstantanyan Paşinyanın müxtəlif səbəblərdən, o cümlədən qorxusundan Sərdarabad abidəsinə gəlməyəcəyini iddia etmişdi: 

"Onun bizim ölkəmizlə, onun rəmzləri ilə daha heç bir əlaqəsi yoxdur. O, artıq real və tarixi Ermənistan haqqında absurd bəyanatlarını verib. Görünür, bura da tarixi Ermənistandır. Bunun onun beynindəki real Ermənistanla əlaqəsi yoxdur. İkincisi, ola bilsin, ona xaricdən əmr ediblər ki, bura gəlməsin".

Keçmiş prezident Robert Köçəryanın "Hayastan" fraksiyasının deputatları da Nikol Paşinyana Sərdarabad abidəsinə gəlməməyi məsləhət görmüşdülər. Amma radikalların bütün təhdidlərinə baxmayaraq, Paşinyan  Sərdarabad abidəsinə gəlib və çıxış da edib. Əksinə, Erməni Kilsəsinin rəhbəri katolikos II Qareginin xatirə kompleksinə girişinə maneələr yaradılıb. Qaregin və başqa ali ruhanilər Sərdarabad abidəsinə Paşinyan buranı tərk edəndən az sonra gəliblər. Ermənistan hökumətinə yaxın bilinən "Baqramyan 26" teleqram kanalı bildirir ki, abidə ərazisində II Qareginə hücum edilib. Kanal bildirib ki, Qaregin əməlinin cavabını alıb: "İndi o, əkdiyini biçir". Qeyd edilib ki, hüquq-mühafizə orqanları Sərdarabad memorialına yaxınlaşan II Qareginin yolunu kəsib, onun memorial kompleksə daxil olmasına maneə yaradılıb. Katolikos və əshabələri polislərlə toqquşub. Qeyd edək ki, indiyədək Ermənistanın tarixində belə hadisə baş verməyib. Maraqlıdır ki, cəmiyyət bunu normal qarşılayıb.  Ekspertlər isə qeyd edir ki, baş verənlər kilsənin də erməni cəmiyyətində dayağının olmadığını göstərir.  Hər halda, Sərdarabad abidəsində baş verənlər də bunu təsdiq edir. Burada onu da xatırladaq ki, Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan Sərdar tərəfindən təxminən 1810-cu ildə tikilib. Qala 1928-ci ildə, İrəvan xanının qızğın müqavimətinə baxmayaraq, Rusiya generalı Paskeviçin nəzarətinə keçib. Ermənistana gəlincə, artıq görünən odur ki, kilsənin də Paşinyana qarşı etirazı fiaskoya uğrayır. Elə bu fonda hakimiyyət kilsənin etirazına daha sərt reaksiya sərgiləməyə başlayıb və təşkil olunan aksiyaların iflasa uğradığını bildirib. Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat Qagik Melkonyan  qeyd edir: "2018-ci ildəki antihökumət etirazları ümumxalq hərəkatı idi, bu səbəbdən onu indiki və ya əvvəlki hərəkatlarla eyniləşdirmək olmaz. Onda heç kim düşünmürdü ki, hakimiyyət dəyişəcək. Ona qədər də, 2003, 2008 və 2015-ci illərdə etirazlar keçirilmişdi. Onda heç nə etmək mümkün olmamışdı. 2018-ci ildə isə ümumxalq hərəkatı başladı. Bu isə o deməkdir ki, etirazlarda 200 mindən çox adam iştirak edirdi. Rayonlar da nəzərə alınarsa, etirazçı sayı 500 min nəfərdən çox idi". Melkonyan deyib ki, indiki hərəkatda xəstəxanaya gedən maşınların yolunu kəsirlər: "Mənim üçün o qədər də mühüm deyil ki, "Vətən naminə Tavuş" hərəkatının baş nazirliyə namizədi kim olacaq. Ən mühümü ölkədə baş verənlərdir". Deputat vurğulayıb ki, Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini keçirə bilməsələr, başqa namizəd irəli sürə bilərlər: "Bunun əhəmiyyəti yoxdur. Ən əsası odur ki, hər şey qanun çərçivəsində baş versin. Onlar ümidlərini 2026-cı il seçkilərinə bağlayıb işləməlidirlər ki, tərəfdarlarının sayı azalmasın". Melkonyan iddia edib ki, etirazçıların sayı getdikcə azalır: "Bununla belə, "Vətən naminə" hərəkatının lideri öz namizədliyini baş nazir vəzifəsinə elan edəndən, özünü az qala hökumət başçısı sayır, göstərişlər verir".

Deputat xatırladıb ki, Rusiya televiziyası mayın 26-da etiraz aksiyasına guya 100 min nəfərin çıxdığını iddia edib. Melkonyanın sözlərinə görə, Ermənistanda hakimiyyətin dəyişməsi ilk növbədə Rusiyaya lazımdır, çünki Moskva Ermənistanın daim vassal kimi qalmasını istəyir: "Biz daha onlardan icazə almırıq ki, hansı ölkələrlə əlaqələrimizi inkişaf etdirə bilərik və bu onların xətrinə dəyir. Axı biz həmişə onlardan icazə alırdıq və ya bizim əvəzimizə onlar danışırdılar".
 Hakim partiyanın daha bir deputatı olan  Mariya Karapetyan  da müxalifəti sərt tənqid edib: "Dörd ildir ki, müxalifət eyni valı fırladır. Bizə sonuncu şans verir. Hərəkatları daimi və ya həlledici həddə çatdıracağını bildirir". Qeyd edək  ki, keşiş Baqrat Qalstanyan mayın 26-da keçirdiyi mitinqdə də Paşinyanın istefasına çağırıb və ona sonuncu imkanı verdiyini deyib. Mariya Karapetyan bu xüsusda bildirib: "Bundan əvvəlki hərəkatlar da kifayət qədər həlledici olmayıb. Amma onlar indikindən də daha ağır sözlərlə hədələyirdilər və deyirdilər ki, onların təklif etdikləri "həll yollarını" qəbul etməsək, bizim üçün pis olacaq". Deputat Karapetyan hakimiyyətin Qalstanyanla dialoqa niyə girməməsi barədə suala cavab verərkən deyib: "O faşistdir. Biz faşistlə nəyi müzakirə etməliyik?". Bu arada Ermənistanın "Qraparak" nəşri yazıb ki, müxalifət Paşinyanı istefaya göndərmək üçün hüquqi prosedur məsələsində də uduzub: "Mayın 9-da ilk mitinqdə Baqrat Srbazan tələsik bəyan edib ki, Paşinyan könüllü getməsə, o zaman müxalifət fraksiyaları onun vəzifədən uzaqlaşdırılması üçün parlamentdə etimadsızlıq nümayiş etdirmə prosesinə başlayacaq. Bu məqsədlə Baqrat Srbazan mitinq zamanı parlament qüvvələrinin bəzi deputatları ilə məsləhətləşib. Artıq növbəti mitinqdə o, "müstəqil" İşxan Zakaryanla iki dəfə görüşdüyünü, onun prosesə qoşulacağına və təşəbbüsü təqdim etmək üçün çatışmayan 1 səsi təmin edəcəyinə söz verdiyini bildirib. Lakin bəzi məlumatlara görə, etimadsızlıq prosesini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər və Baqrat Srbazan son günlər parlament qüvvələrinin nümayəndələri ilə söhbətlərində dolayı mətnlə buna eyham vurub. Hərəkat liderinin sözlərinə görə, Nikol Paşinyanın etimadsızlıq təşəbbüsünü uğursuz etmək üçün hər şeyi edəcəyi indiki mərhələdə prosesi parlamentə gətirmək məqsədəuyğun deyil".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ