Cümə axşamı günü, 05 noyabr 2026
     

Dövlətlər keçmiş Qarabağ ermənilərinə vizadan imtina edir - əsl səbəb "070 kodu" deyil...

Image


Akif Nağı: "...Başqa ölkələr erməni təhlükəsini yaxşı başa düşürlər"

Qarabağdan könüllü köçüb gedən ermənilərin əsas məqsədinin Ermənistana, oradan isə xarici dövlətlərə köçüb getmək olduğu sirr deyil. İlk vaxtlarda müəyyən qədər erməni ailəsi başqa ölkələrə gedə bilsə də, son vaxtlar bir çox xarici ölkələr də saxta qaçqınları qəbul etməkdən imtina edir. Əlbəttə, burada əsas amil onların Qarabağın Azərbaycanm ərazisi olduğunu qəbul etməsidir...

Artıq məhv olmuş keçmiş "Arsax"ın oyuncaq "ombudsmanı" Geqam Stepanyan sosial şəbəkələrdə yazıb ki, bəzi dövlətlərin səfirlikləri Qarabağdan olan ermənilərə ölkələrinə giriş vizası verməkdən imtina edir.

O, "son günlərdə Qarabağdan köçən ermənilər  məsələ qaldırdılar ki, Ermənistan Respublikasında akkreditə olunmuş bir sıra ölkələrin (əsasən Avropa) səfirlikləri Qarabağdan köçən ermənilərə giriş vizası verməkdən, xüsusən də 070 kodunu əsas gətirib pasportu olan şəxslərin müraciətlərinə baxmaqdan imtina edir"-deyə yazıb.

Onun qeyd etdiyinə görə, səfirliklərin imtinası onunla izah olunur ki, onlar Ermənistan hakimiyyətinin yaydığı məlumatlara əsaslanır, ona görə ki, 070 kodlu pasport əslində Ermənistan vətəndaşlığını təsdiq edən sənəd hesab edilmir. "Əgər vətəndaşlıq pasportda aydın şəkildə göstərilmirsə, ərizə qəbul edilə və ya baxıla bilməz" - deyə yazan üzdəniraq "ombudsman" bildirir ki, səfirliklərin bu cür izahatı guya son dərəcə anlaşılmazdır və qınaq obyektinə çevrilməlidir. "Çünki diplomatik nümayəndəliklər hakimiyyət orqanlarının bəyanatlarını rəhbər tuturlarsa, o zaman niyə eyni orqanlara görə 070 kodlu pasportun dövlət orqanına təqdim edilməsinə məhəl qoymurlar" - deyə yazıb.

O iddia edib ki, Ermənistan hökumətinin 26 oktyabr 2023-cü il tarixli "Müvəqqəti müdafiə almış qaçqının şəxsiyyətini təsdiq edən sənədin təsvirinin və onun verilməsi qaydasının təsdiq edilməsi haqqında" qərarı ilə Qarabağdan "köçkün" düşmüş şəxslərin 070 kodlu pasportu "qaçqının" şəxsiyyətini təsdiq edən sənəd kimi tanınıb. "Müəyyən edilib ki, Ermənistandan kənarda o, "qaçqın" vəsiqəsi ilə birlikdə istifadə edildikdə etibarlıdır", - Stepanyan qeyd edib.

Qarabağdan köçüb getmiş ermənilərə İrəvandakı bəzi ölkələrin səfirliklərinin viza verməməsi adi hadisə sayıla bilməz. Düzdür, onlar bunu 070 kodu ilə izah ediblər ki, pasportda 070 kodu var. Əslində isə bu artıq Azərbaycanın gücünü göstərir, Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasının etirafıdır ki, Qarabağdan könüllü getmiş erməniləri o dövlətlər Ermənistan vətəndaşı kimi qəbul etmirlər. Əslində bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olması reallığına o dövlətlərdən bir dəstəkdir.

"Görünür, artıq bəzi dövlətlər həm ermənilərin terrorçu xislətinə bələd olduqları, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdikləri üçün onlara viza verməkdən imtina edib" 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qarabağdan gedən ermənilərin Ermənistanda qalması, yaxud ordan başqa ölkələrə getməsi gündəmdə olan məsələdir. "Hansı məqsədlə, nə üçün onlar Ermənistan tərəfindən Qarabağdan çıxarıldı? Bu ətrafda müzakirələr olub. Hesab edirəm ki, əsas səbəblərdən biri o olub ki, müəyyən bir vaxtdan sonra həmin ermənilərdən Azərbaycana qarşı istifadə edilsin. Bunu Ermənistan rəhbərliyi də nəzərdə tuturdu, eyni zamanda bəzi xarici dövlətlər də. Başa düşürdülər ki, Azərbaycan xalqına qarşı törədilən bütün cinayətlərdən sonra ermənilərin orda qalması mümkün deyil. Həmçinin ermənilərin özləri də Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirdilər. Çünki törətdikləri cinayətlərə görə cəza alacaqlarını düşünürdülər, ona görə də könüllü şəkildə Azərbaycan ərazisini tərk etdilər. Həmin prosesdən Ermənistan rəhbərliyi istifadə edib onlar vasitəsilə Azərbaycana qarşı hansısa iddialar irəli sürmək niyyətində idi, təbliğat vasitəsi kimi onlardan istifadə edilməsi nəzərdə tutulurdu. Onlar Ermənistana gedəndən sonra açıq gördülər ki, Ermənistan özü öz əhalisinə normal şərait yarada bilmir. Qarabağdan gedən ermənilərin sayı çox olmasa da, kasıb Ermənistan üçün əlavə bir yükdür. Ona görə də onları şəraitsiz yerlərdə yerləşdirdilər. Son zamanlar onlara ayrılan maddi yardımın, vəsaitin kəsilməsi ilə bağlı məsələ qalxıb, yardımı kəsməyi onlara bir təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənistanın onları normal şəkildə saxlamaq, onlara ev tikmək, evlə, işlə, ərzaqla  təmin etmək  üçün imkanı yoxdur. Bu problemlərə görə də onlar Ermənistanı tərk etmək yolunu tutublar. Amma yenə də bəzi xarici qüvvələr, o cümlədən də Ermənistan rəhbərliyi onların Ermənistandan çıxıb getməsini istəmir. Çıxıb getsələr də onların kompakt şəkildə bir yerdə olmalarını istəyirlər ki, sonradan müxtəlif ölkələrdə onların icmalarını yaratsınlar və onlardan Azərbaycana qarşı istifadə etsinlər" - deyən A.Nağı vurğuladı ki, o planları yerinə yetmədiyi üçün indi bu cür yol tuturlar. A.Nağının sözlərinə görə, onlara Ermənistan tərəfindən 070 kodlu pasportlar qəsdən verilib ki, başqalarından seçilsinlər, istənilən vaxt da onların hərəkətlərini, imkanlarını məhdudlaşdırmaq mümkün olsun. "Onlara adi qaydada Ermənistan vətəndaşlarına verilən pasportlar verilsəydi onlar itib-batardılar, onları axtarıb tapmaq mümkün olmazdı. Əslində bu, Ermənistanda o ermənilərə qarşı irqçilik münasibətidir. Onlara nə üçün bu şəkildə fərq qoyulduğunu Ermənistan rəhbərliyi onlara izah etməlidir. Ermənistan dövləti onların hüquqlarını pozub".

A.Nağı hesab edir ki, Ermənistan rəhbərliyi özü də müxtəlif ölkələrin səfirliklərinə müraciət edib onlara viza verilməməsini tapşıra bilər. A.Nağı qeyd etdi ki, bu gün müxtəlif ölkələrdə Qarabağdan köçüb getmiş ermənilərin təşkilatları da yaradılıb, onların "hüquqlarını" müdafiə edən qurumlar da var. "Bu təşkilatları ona görə yaradırdılar ki, Azərbyacana qarşı istifadə etsinlər. Amma bu gün dünyada artıq onları müdafiə edən təşkilatların fəaliyyəti sönür. Çünki onların iddiasını sübut edən heç bir fakt yoxdur və onların Qarabağdan zorla çıxarılmadığı bütün dünyaya məlumdur. Digər tərəfdən, bəzi ölkələr artıq ermənilərin naqis xislətinə bələddir, bilirlər ki, hansı ölkələrə ayaqları dəysə o ölkələr üçün problemlər yarada bilərlər. Görürlər ki, onlar Azərbaycanla, Azərbaycandan əvvəl Türkiyə ilə bağlı necə hərəkət ediblər. Rusiyanın özündə artıq ermənilər problemə çevrilib, bu ölkənin Cənubunda, Krasnodar və onun ətrafında yerləşən ermənilər Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edirlər. Fransanın özündə kompakt şəkildə yaşayan ermənilər problemlər yaradılrlar, Fransa bunu bəyan etməsə də, məlumdur.

Dünya ölkələri yaxşı bilir ki, Ermənistan-Azərbaycan münaqişəsində 30 il ərzində Qarabağda yaşayan ermənilərdən Azərbaycana qarşı çox eybəcərcəsinə istifadə etdilər, Azərbaycan xalqının onlara göstərdiyi münasibətə xəyanətlə cavab verdilər, Azərbaycanın kürəyinə zərbə endirdilər. Bunu görürlər və eyni zamanda başa düşürlər ki, ermənilərə öz ərazilərində yaşamaq üçün şəriat yaratsalar müəyyən bir dövrdən sonra onlar o ölkələr üçün problem yarada bilərlər. Ona görə də ölkələr arasında ermənilərə bu cür fərqli yanaşma var. Bəzi dövlətlər onlara viza verməkdən imtina edir, amma ABŞ 070 kodlu pasportla onları qəbul edir. Amma bu kimi böyük dövlət unudur ki, orada da ermənilər böyük terror aktları törədə, qarışıqlıq yarada  bilərlər. Amma görünür, başqa ölkələr erməni təhlükəsini yaxşı başa düşür və onlara viza vermirlər".

A.Nağı onu da vurğuladı ki, Ermənistandakı bəzi ölkələrin səfirliklərinin Qarabağdan getmiş ermənilərə 070 kodlu pasportu əsas götürüb viza verməməsinin başlıca səbəblərindən biri də Azərbaycana münasibətlərinin dəyişməsi ilə bağlı ola bilər. A.Nağının fikrincə, artıq bir sıra ölkələr gerçəyi dərk edir və Azərbaycanın yaratdığı reallıqlarla, dövlətimizin gücü ilə razılaşırlar. "Burada bir məqamı da vurğulamaq olar. Görünür, artıq bəzi dövlətlər həm ermənilərin terrorçu xislətinə bələd olduqları, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdikləri üçün onlara viza verməkdən imtina edib. Çünki dünya dövlətləri həqiqəti dərk edir və bilir ki, ermənilər o torpaqların yerli sakinləri deyil, Qarabağ Azərbaycan ərazisidir. Bu baxımdan, ermənilərə viza vermirlər. Bu ehtimallar da var"-deyə vurğulayan A.Nağı qeyd etdi ki,  Azərbaycanın ortaya qoyduğu gerçəkliklə razılaşan dövlətlərin səfirlikləri ermənilərə viza vermək istəmir.

A.Nağı hesab edir ki, nə Ermənistanın səyləri, nə xarici ölkələrin addımları ermənilərin Ermənistan ərazisini tərk etməsinin qarşısını ala bilməz, çünki vətənsiz olan bu qaraçı tayfası bir yerdə dayana bilməz, harda marağı var ora can atır. 

Qeyd edək ki, üzdəniraq "ombudsman" Qarabağdan könüllü köçmüş ermənilərə viza verməyən ölkələrin adlarını açıqlamayıb, ümumi danışıb.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ