Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan dünyanı inandırdı - Fransa Kaledoniyada qəddar müstəmləkəçilik siyasəti aparır...

Image


Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasətini ən qəddar üsullarla davam etdirməsi artıq beynəlxalq miqyasda da xüsusi diqqət cəlb etməkdədir. Şübhəsiz ki, dünyanın diqqətinin bu məsələyə yönəldilməsində Bakı Təşəbbüs Qrupu mühüm rol oynayıb və oynamaqdadır. 

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Fransanın Yeni Kaledoniyadakı son zorakılıqlarının da dünyanın diqqət mərkəzinə gəlməsində Bakı Təşəbbüs Qrupu mühüm rol oynayıb. Xatırladaq ki, Paris Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını nəzarətdə saxlamaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün konstitusiya dəyişikliyinə gedir. Dəyişikliyə əsasən, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan hər kəsə yerli seçkilərdə səsvermə hüququ verilir. Bu isə 1998-ci ildə Fransa hakimiyyəti və Yeni Kaledoniyanın yerli hökuməti arasında imzalanmış razılaşmanın pozulması deməkdir. Çünki həmin razılaşmaya əsasən, səsvermə siyahısına həmin razılaşma qüvvəyə minən ana qədər arxipelaqda yaşayan sakinlər və onların övladları daxil edilmişdi. Dəyişiklik adaya son illərdə Fransadan köçən və Yeni Kaledoniya sakinlərinin 20%-ni təşkil edən yeni sakinlərə də səsvermə hüquq vermiş olur. Rəsmi Paris bu addımı atmaqla adada hər il daha da azalan fransız əhalinin sayını artırmağa, onlardan "beşinci kolon" kimi istifadə etməyə və aborigen kanakların müstəqillik istəyini sıfırlamağa çalışır. Təbii ki, bu da Yeni Kaledoniyanın aborigen əhalisinin etirazlarına səbəb olur. Bu etirazları isə Fransa güc yolu ilə, digər təzyiqlər vasitəsilə yatırmağa çalışır. Elə Azərbaycan da bu haqsızlığıa etiraz edir. Baş verənləri artıq dünya mediası da xüsusi diqqət edir. Məsələn, Böyük Britaniyanın "Daily Express" nəşrinin yaydığı məlumatda deyilir ki, Fransa prezidenti Emmanuel Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir. Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hərbi güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib. Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi "qəribə" adlandırılıb. Bildirilib ki, Parisin anti-Azərbaycan mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik mübarizəsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Fransanın daxili siyasəti ilə bağlıdır. 

Nəşrdə Fransanın müstəmləkəçiliyinin acınacaqlı və qanlı tarixindən də bəhs edilib. Həmçinin Makronun müstəmləkəçilik üçün addım atmaq və qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb. Böyük Britaniyanın "The Sunday Times" qəzeti də Fransanın amansız müstəmləkəçilik tarixinin ölkənin Yeni Kaledoniya siyasətinə təsirinə diqqət çəkərək bunun Emmanuel Makronun prezidentliyi dövründə ən ciddi böhrana çevrildiyindən bildirib: "1931-ci ildə Fransa öz imperiyasının müxtəlif guşələrini nümayiş etdirmək üçün bir sərgi təşkil edib. Orada Sakit okeandakı Yeni Kaledoniyadan olan 100 kanak sərgilənib. Onların paltarını çıxarıblar və Parisdə Bulon meşəsindəki zooparkda təhlükəli adamyeyənlər kimi nümayiş etdiriliblər, orada onlar çiy ət yeməyə və "vəhşisayaq" rəqslər etməyə məcbur ediliblər... Fransanın qəddar müstəmləkəçilik tarixi onun bugünkü siyasətinə güclü təsir göstərir...Bu durumda yeddi nəfərin ölümünə səbəb olan Yeni Kaledoniyadakı iğtişaşlar Makronun prezidentliyinin ən pis böhranlarından birinə çevrilib... Fransa yadları 140 adalıq ərazidə yerləşən 270 000 nəfəri qızışdırmaq üçün köhnə müstəmləkə küskünlüyü kartları ilə oynamaqda ittiham edib: sosial şəbəkədə "EndFrenchColonialism" həştəqi ilə yazılan postlar Fransanın Ermənistana dəstəyindən narazı olan Rusiyanın müttəfiqi Azərbaycana aid edilib". Yazıda Makronun adaya əziyyətli səfərindən də söz açılıb: "Makron Fransadan 17 000 km məsafədə yerləşən Cənubi Sakit okean arxipelaqına 24 saatlıq uçuş edib və beləliklə, Fransadan mümkün ola biləcək ən uzaq məsafəyə getmiş olub. O, barrikadalardan yayınmaq üçün hava limanından birbaşa Numeadakı polis qərargahına helikopterlə uçmalı olub".  Nəşr fransalı diplomatik mənbəyə istinad edərək sözügedən dənizaşırı ərazinin Paris üçün xüsusi önəm daşıdığına diqqət çəkib: "O qeyd edib ki, Yeni Kaledoniyada hibrid avtomobillərdə akkumulyatorların, həmçinin sikkələrin, zirehlərin və turbin qanadlarının hazırlanmasında istifadə olunan nikelin dünya ehtiyatlarının dörddə biri var". Bildirilib ki, Fransa lideri məmləkətinə qayıtmazdan öncə Parisə loyal və müstəqil tərəfdarları ilə görüşdə sonradan adaya gələn fransalılara səsvermə hüququ qazandıran islahatın ertələnməsinə razılaşıb. Qeyd olunub ki, məhz bu dəyişikliyin gündəmə gəlməsi Yeni Kaledoniyada çaxnaşmaya yol açmışdı. Nigeriyanın "Blueprint" nəşri isə yazır ki, imperiyalar dövrü bitib və artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah atmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatıb. Fransanın öz vətəndaşları belə, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə utanır və Parisdəki etiraz aksiyalarında kanak müstəqillik bayrağı dalğalanır. Lakin, bu reallıqlara daha çox diqqət yetirmək və Fransanın yayındırıcı taktikasına aldanmamaq lazımdır: "Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu da müasir Fransada müstəmləkə təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların kinli manipulyasiyasıdır".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ