Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan qaytardığı 4 kəndin üstündə yeni "milli ideya" quruculuğuna başlayır...

Image


Abutalıb Səmədov: "Bu müraciət bir də ona ümid yaradır ki, Paşinyanın növbəti addımı sülh sazişi imzalamaq istiqamətində olacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə müraciətində deyib ki, onun hakimiyyəti ölkənin 29 740 kv.km ərazisinin legitimləşdirilməsi formulunu təklif edir və bu  düstur ölkəni suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə aparır: 

"Bugündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Tavuş bölgəsində sərhəd təhlükəsizliyini öz üzərinə götürüb. İndi hakimiyyət vətən və dövlətçilik anlayışlarını eyniləşdirməyə çalışır. Bu gün ölkəmiz həm də ona görə natamamdır ki, vəd edilmiş torpağın axtarışı bizə hansı ərazidə, hansı mövqedə, hansı ölçüdə ev-dövlət qurmaq istəyirik sualına cavab formalaşdırmağa imkan vermir. Delimitasiya prosesi bu suala sütun-sütun cavabdır".

Baş nazir qeyd edib ki, rəhbərlik etdiyi hökumət "Real Ermənistan" strategiyasını hazırlayıb və bu yolla gedir:

"Çətin qərarlardan keçən, lakin əsl vəd edilmiş torpağa, əsl Ermənistana aparan yeganə yol olan bu yolu birlikdə keçməliyik. Bu məsələlərlə bağlı strateji düşüncə məni sülh gündəminə və bir-biri ilə bağlı olan real Ermənistana baxışa gətirib çıxardı".

Paşinyanın  delimitasiya prosesi fonunda "milli ideya" quruculuğuna başladığı ilə bağlı etdiyi müraciətdən hansı qənaət hasil olur?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu ilin aprel ayından Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası başlayıb: "Uzun müzakirələrdən sonra nəhayət real addımlar atmaq mümkün olub. Hələlik delimitasiya prosesi 1969 - cu, 1976 - cı illərin xəritələri hesabına aparılır. Ancaq digər sərhədlərin başqa hissələrində fərqli  xəritələrin də əsas götürülməsi mümkündür. Çünki Azərbaycan Prezidentinin də söylədiyi kimi, bəzi dağlıq ərazilərdə ümumiyyətlə inzibati sərhədlər olmadığına görə, Almaatı bəyannaməsinə və son xəritələrə istinad etmək mümkünsüz olacaq. Delimitasiya və demarkasiya prosesi Ermənistanda müəyyən qüvvələrin etirazları ilə qarşılanıb. Kilsənin rəhbərliyi altında Paşinyanı devirmək hərəkatı başlayıb və çox güman ki, bu hərəkatın arxasında Rusiya dayanır. Hadisələrin gedişatı göstərir ki, Konstanyan hərəkatı heç bir ciddi nəticəyə gətirib çıxarmayacaq. Paşinyan da bu etiraz hərəkatını yatırmağın məqamının çatdığını düşünür. Onun erməni xalqına müraciətinin kökündə də ilk növbədə bu dayanır. Məqsəd ictimai rəydə Konstanyan hərəkatını nüfuzdan salmaq, müəyyən həqiqətləri xalqa çatdırmaqdır. Öz müraciətində Paşinyan uzun illər ermənilərə faciələr yaşadan düşüncələrdən danışır. "Biz reallardan uzaq xəyallardan özümüzü xilas etməliyik. Bu Ermənistana və ermənilərə xoşbəxlik gətirməyəcək. Bizim strategiyamız real Ermənistanı qorumaq, onun süverenliyini, ərazi bütövlüyünü təmin etmək olmalıdır ",- deyir. Bunun üçün də delimitasiya və demarkasiya prosesi mümkün qədər qısa müddətdə başa çatdırılmalıdır. Paşinyan bildirir ki, biz öz real ərazilərimizi qorumağa çalışmalıyıq. Əks halda Ermənistanın təhlükəsizliyi və inkişafı üçün ciddi problemlər yaranacaq. Nəhayət, Paşinyan ermənilərə çatdırmaq istəyir ki, bu siyasət Ermənistanı uzun illər inkişafdan dayandırdı. Məlumdur ki, Azərbaycan mühüm layihələrdə Ermənistanın iştirakına imkan vermədi. Çünki Azərbaycan torpaqlarını işğal etmişdi və dəfələrlə tələb olunurdu ki, o əraziləri azad etsin. Əks halda Ermənistan daim mühüm layihələrdən kənarda saxlanılacaq. Bu reallıqları nəhayət Ermənistan rəhbərliyi də başa düşdü. Düzdür, Paşinyan müraciətində də reallıqları özünün də vaxtında başa düşmadiyini, səhvlər etdiyini etiraf edir. Xəyali düşüncələrin Ermənistanı uçuruma apardığını bildirib. Paşinyanın dediklərinə görə, bəzi xarici dövlətlər bu cür düşüncələri müdafiə etsələr də, ermənilərə dəstək versələr də, son nəticədə Ermənistan bundan heç nə qazanmayıb və qazanmayacaq. Reallıqları qəbul etməyi, qonşularla normal münasibət qurmağı, real Ermənistanın real sərhədlərini müəyyənləşdirməyi tələb edir. Bu müraciət bir də ona ümid yaradır ki, Paşinyanın növbəti addımı sülh sazişi imzalamaq istiqamətində olacaq. Çünki hələ də Ermənistanın tutduğu mövqe sülh sazişinin imzalanmasına maneçilik törədir. İndiki dövrdə də, təəssüf ki, Ermənistan yersiz, reallıqdan uzaq təklifləri ilə bu proseai kifayət qədər ləngitdi. Necə ki, delimitasiya prosesini uzun müddət ləngitsə  də, sonda reallıqları anladı. Sərhədlərin xeyli hissəsi müəyyənləşdi artıq. Ümid etmək olar ki, sülh sazişində də eyni mövqe tutulacaq və qısa müddətdə sülh sazişini imzalamaq mümkün olacaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ