Cümə axşamı günü, 05 noyabr 2026
     

Makrondan sonra turistlər Kaledoniyanı kütləvi tərk edir - Kanak lideri Makronu saymadı...

Image


Faiq Ələkbərli: "Kanak lideri Makronun yalan və şirin vədlərinə uymayaraq daha ciddi, konkret addımlar atır"

Fransa hökumətinin Yeni Kaledoniya ilə həyata keçirdiyi irticaçı siyasət bu ərazidə ciddi problemlər yaradıb. Xüsusən də Makron hökumətinin Yeni Kalendoniyaya 3 minə yaxın polis qüvvələri yerləşdirməsi daxildə vəziyyəti daha da gərginləşdirib. 

Təəssüf ki, Makron və onun hökuməti müstəqillik, azadlıq təşnəsi olan kanak xalqına zülm etməkdə davam edir. Orada hələ də mövcud olan iğtişaşlar nəticəsində turistlər Yeni Kalendoniyadan təxliyyə edilir.  

Xarici mətbuatın yaydığı məlumata görə, fransız turistlər geniş iğtişaşlar səbəbilə Sakit okean ərazisi olan Yeni Kaledoniyanı tərk etməyə başlayıblar.

"Avropa həqiqəti"nin yazıdığına görə, fransız turistlərin təxliyyəsi mayın 25-də, şənbə günü başlayıb, yerli hakimiyyət bu barədə rəsmi məlumat yayıb. Orada istirahət edənlər hərbi təyyarələrlə Avstraliya və Yeni Zelandiyaya aparılıb, burada da  onlar Fransaya evlərinə qayıtmaq üçün kommersiya uçuşlarına qoşula biləcəklər.

Bir neçə gün əvvəl Avstraliya və Yeni Zelandiya öz turistlərini hərbi nəqliyyat təyyarələri ilə apardılar. Arxipelaqı geniş iğtişaşlarının bürüdüyü mayın 14-dən etibarən Yeni Kaledoniyada Fransa hökuməti tərəfindən beynəlxalq hava limanı bağlanıb, bütün kommersiya reysləri ləğv edilib və hava limanına giriş çoxsaylı barrikadalarla qapadılıb.

Xatırladaq ki, keçən həftənin ortasında Fransa prezidenti Emmanuel Makron vəziyyəti sakitləşdirmək üçün şəxsən Yeni Kaledoniyaya gedib. O, asayişi bərpa etməyə çağırıb və bildirib ki, bundan sonra ərazinin gələcəyi ilə bağlı siyasi dialoq başlayacaq. 

Bildirək ki, Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan Kanak liderlərindən biri olan Kristian Tein tərəfdarlarını Fransa hökumətinin 17 min kilometr uzaqlıqdan Kanak xalqına qəbul etdirməyə çalışdığı konstitusiya islahatına "müqavimət göstərməyə davam etməyə" çağırıb.

Yeni Kaledoniyada müstəqillik tərəfdarı Yerli Fəaliyyət Koordinasiya Təşkilatına (CCAT) rəhbərlik edən Teinin tərəfdarlarına müraciəti Facebook-dan yayımlanıb.

Adadakı küçələrdə Kanak xalqına qarşı ciddi təzyiqlərin olduğunu deyən Tein, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) rəhbərliyinin Fransa prezidenti Makronla mayın 23-də Kaledoniyada 2 saatdan çox davam edən görüş keçirdiklərini bildirib. 

Görüş zamanı konstitusiya islahatlarına və Yeni Kaledoniyanın yenidən müstəmləkələşdirilməsinə qarşı olduqlarını söylədiklərini bildirən Tein, adada seçici sayının artırılması məsələsinin yenidən müzakirə edilməsinin vacibliyinə diqqət çəkib. Makronun istəklərini bildirmək üçün adaya gəldiyini deyən Tein, tərəfdarlarını konstitusiya islahatına qarşı "müqaviməti davam etməyə" çağırıb. "Səfərbər olmağa və hər cür müqaviməti davam etdirməyə davam edirik" deyən Tein kanaklardan öz həyatları üçün diqqətli olmalarını istəyib. "Acımız çoxdur, burada çoxlu məsələlər var. Məqsədlərimizə çatmaq üçün sona qədər getmək lazımdır, amma koordinasiyalı, strukturlaşdırılmış və mütəşəkkil şəkildə. Bizim əsas məqsədimiz ölkəmizin tam suverenliyinə nail olmaqdır" - Tein deyib.

Tein, CCAT-ın heç vaxt insanları öldürmək niyyətində olmadığını vurğulayıb və Fransa dövlətini təşkilat rəhbərlərini ev dustaqlığından azad etməyə çağırıb.

"Makron ora gedəndən sonra vəziyyət daha da qarışdı və turistlər ümidsizlikdən adanın ərazisini tərk edirlər" 

Məsələyə şərh verən AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, baş verənlərin səbəbkarı və günahkarı Makron hökumətinin işğalçı, müstəmləkəçilik siyasətidir. "Əlbəttə, Yeni Kaledoniyada apardığı müstəmləkəçilik siyasəti qəbuledilməzdir. Çünki Fransa hökuməti XXI əsrdə müstəmləkəçilik siyasəti həyata keçirir. Baxmayaraq ki, özü digər ölkələrə  "demokratiyadan", "insan haqlarından", "ədalətdən" dərs demək iddiasındadır, amma özü Yeni Kaledoniyaya, yerli kanak xalqının istəklərinə, müstəqillik arzusuna münasibətdə nəinki amansız, sərt addımlar atır, üstəlik, aşağılayıcı hərəkətlər edir. Kanak xalqının ən ümdə arzu və diləklərini, istəklərini belə görməzdən gəlir. Təsadüfi deyil ki, kanak xalqı fransızların həddən artıq aşağılayıcı hərəkətlərinə görə üsyan bayrağını qaldırıb. İllərlə bu davam edib. Makronun apardığı siyasət özü çox ziyanlı və yanlış siyasətdir. Makron açıq-aşkar kanaklara da, digər müstəmləkə xalqlarına qarşı da həmişə aşağılayıcı ifadələr işlədib, təhqiredici fikirlər deyib. Bu baxımdan, kanakların Fransa hökumətinə qarşı mübarizəsi təbiidir. Onlar artıq öz müstəqilliklərini elan etməlidirlər. Çünki kanak xalqının haqlı tələbləri həyata keçməlidir"-deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli vurğuladı ki, kanak liderinin tutduğu mövqe təqdirəlayiqdir və bu xalqı öz məqsədinə çatdırmaq üçün çox vacib məqamlardan biridir. "Kanak lideri Makronun yalan və şirin vədlərinə uymayaraq daha ciddi, konkret addımlar atır. Bu onu göstərir ki, kanak xalqı doğru yoldadır və onlar öz müstəqilliklərini əldə edəcəklər. Fransa hökuməti isə bütün addımları ilə özlərinin qeyri-humanist, qeyri-insani olduqlarını ortaya qoyur. 

Makronun Yeni Kaledoniya səfəri etirazçıları sakitləşdirmədi, əksinə, onları daha da qəzəbləndirdi. Makron ora gedəndən sonra vəziyyət daha da qarışdı və turistlər ümidsizlikdən adanın ərazisini tərk edirlər. Bu da onu göstərir ki, Makron heç vaxt humanizmin, insanpərvərliyin tərəfdarı deyil və kanak xalqının azadlığını qan içində boğmaq istəyir"- deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ