Cümə axşamı günü, 05 noyabr 2026
     

"Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir" - Vüqar Rəhimzadə

Image


Prezident İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər yeri gəldi-gəlmədi yalnız zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər üçün sanki qanun, beynəlxalq hüquq mövcud deyil. Belə olan halda təbii ki, beynəlxalq hüququn normaları əsasında ədaləti bərpa etməyə çalışan ölkələr haqlı olaraq bunu özləri təmin etməlidirlər. Azərbaycan dövləti və onun nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən qətiyyətli lideri İlham Əliyev məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləyib və ədaləti öz gücümüz hesabına bərpa etməyə nail olub.

Azərbaycan 30 ilə yaxın müddətdə dünya güclərindən artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşma gözlədi. Bəs, əvəzində dünya gücləri nə etdilər? BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı birləşmələrinin işğal etdiyi ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, həmçinin Qarabağın Azərbaycanın tarixi ərazisi olması faktı öz əksini tapdığı halda münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, artıq dəfn edilmiş amorf qurum olan Minsk qrupunun həmsədr dövlətləri əsassız, yalnız özlərinin maraqlarına xidmət edən belə cəfəng fikir səsləndirirdilər ki, işğalçının adı ilə çağırılması məsələnin həllinə mane ola bilər. Guya bu addım birtərəflilik kimi qəbul edilə bilər. Halbuki, həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi sözügedən qətnamələrin hazırlanmasında və qəbulunda iştirak etmişdilər. Son nəticədə onların atdıqları hər bir addımın üzərilərinə götürdükləri vasitəçilik missiyasına zidd olması, fəaliyyətlərində neytrallıq prinsipinin qorunmaması, problemə ermənilərin maraqları prizmasından baxmaları diqqətdən kənarda qalmadı. Bu faktlar həmsədr dövlətlərin münaqişənin həllində maraqlı olmamalarını təsdiqlədi. Artıq geridə qalmış 30 illik işğal dövrünə bu günümüzün reallıqları fonunda bir daha nəzər salaraq belə bir həqiqəti təsdiqləmiş oluruq ki, keçmiş Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına səbəb oldu. Tərəflərin özünə qalsaydı münaqişə çoxdan həllini tapmışdı. Necə ki, bu gün Qazaxın 4 kəndi heç bir vasitəçi olmadan Azərbaycana qaytarıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, keçmiş münaqişəni Azərbaycanın özü təkbaşına həll etməsindən ötən üç ildən artıq dövr çağdaş tariximizin Zəfər səhifələri ilə zənginləşdiyi dövrdür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, müharibə olmaya da bilərdi. Möhtərəm Prezidentimizin bu çağırışı Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu təsdiqləyir. Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın uzanması da bunun bariz nümunəsidir. Siyasətində hər zaman beynəlxalq hüquq normalarına, haqq, ədalət prinsiplərinə söykənən Azərbaycan dövləti bu illər ərzində sülh danışıqlarına önəm verərək məsələnin dinc yolla nizamlanmasına çalışdı. Hətta 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə belə Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin hansı şərt daxilində dayandırıla biləcəyini açıqladı. Təbii ki, burada söhbət işğalçı Ermənistanın torpaqlarımızı konkret olaraq geri qaytarılması vaxtını açıqlamasından gedirdi. Lakin havadarlarına arxalanan Ermənistan həmişə olduğu kimi, yenə də sülhə gəlmədi. Nəticədə müstəqillik tariximizin Zəfər səhifəsini yazan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hansı imkanlara malik olduğunu sübut etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, işğalçı Ermənistanın kapitulyasiyasının təqdimatı oldu. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana qaytarıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, işin sonu deyildi.

YAP Xətai rayon təşkilatının sədri ötən il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını, sentyabrın 19-da Silahlı Qüvvələrimizin birgünlük lokal antiterror tədbirlərini həyata keçirməsini tarixi Zəfərimizdən sonra görülən işlərin, qələbələrimizin davamı, bir sözlə, Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrinin təsdiqi oldu. Bu tarixi zəfərlərimizdən sonra da Azərbaycan hər bir məsələnin həllinə ilahi ədalətə və beynəlxalq hüquqa söykənərək sülh yolu ilə nail olmağa çalışsa da Ermənistanın havadarlarının göstərişləri əsasında hərəkət etməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır. Yuxarıda qeyd etdiyimiz mühüm məqamlar da bunun bariz nümunəsidir. Bütün bunları aydın şəkildə görmək üçün Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərinə qədər gedilən yola nəzər salmaq kifayətdir. Ermənistan törətdiyi təxribatlarla belə bir addımın atılmasını zərurətə çevirdi. Lokal antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən tamamilə çıxarıldı və suverenliyimiz tam bərpa edildi, ölkəmizin həyatında yeni dövr başladı.

Vüqar Rəhimzadə vurğulayıb: "Atılan hər bir addım Prezident İlham Əliyevin "Nəyi, necə və nə zaman etmək lazımdır, mən bilirəm" çağırışının təsdiqidir. Dövlətimizin başçısının hər ilin əvvəlində yerli televiziya kanallarına artıq ənənə halını alan müsahibələri görülən işlərin, qazanılan uğurların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsini xüsusi qeyd etməliyəm. Dövlətimizin başçısı sözügedən müsahibəsində tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasındən geniş bəhs edərək "Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir" bəyan etdi. Məhz bu çağırış hədəfə doğru atılan addımların aydın təsəvvürünü yaratdı. Qısa zamanda bu hədəfə də nail olduq. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana geri qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı. Bu, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin növbəti qələbəsidir. Dövlətimizin başçısının qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti zəfərlərimizin davamlılığını təmin edir. Otuz ilə yaxın düşmən tapdağı altında qalan müqəddəs Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırır, xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Məsələ daim gündəlikdə saxlanıldı və ötən müddətdə bu istiqamətdə ardıcıl iş aparıldı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, növbəti zəfərimizdir".

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu uğura hər hansı bir vasitəçi olmadan nail olduq. Bu, bir daha onu göstərir ki, tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Tarixi ədalət, beynəlxalq hüquq hər bir məsələnin həllində əsas vasitəçidir. Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini şərtləndirən amil məhz tarixi ədalət və beynəlxalq hüquqdur. Biz heç kimin torpağına göz dikmirik. Eyni zamanda, bir qarış torpağımızı belə heç kimə vermərik. Dövlət başçısı "Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar" bəyanatının davamı olaraq bu çağırışı da edir ki, sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil: "Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ