Cümə axşamı günü, 05 noyabr 2026
     

Çoxsaylı xarici diplomatlar Laçın İqlim Fəaliyyəti Dialoqunda...

Image


Həkəri çayına forel balıqlar buraxıldı...

Mayın 24-də Laçın şəhərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Laçın İqlim Fəaliyyəti Dialoqu keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, ölkəmizdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimi olub.

Təqdimatda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqaz bölgəsində yeni reallıqların yarandığını vurğulayıb. Hazırda laçınlı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərinin dirçəldiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: "Təbiət bu füsunkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq. Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir".

Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmağı hədəflədiyini və bunun üçün bütün səyləri gücləndirmək niyyətində olduğunu deyən Hikmət Hacıyev bildirib ki, yaşıl enerjinin müsbət cəhəti hər yerdə istehsal oluna bilməsi ilə bağlıdır. Lakin bunun üçün yatırımlara, innovasiyalara ehtiyac var. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq sayəsində nail olmaq olar. Biz bu məqsədə bir-birimizi dəstəkləyərək nail ola bilərik. Əgər biz COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Ermənistanın işğalı nəticəsində bu regionda bütün infrastruktur tamamilə dağıdılıb. Laçının bir çox yerində isə tank və piyada əleyhinə minalar basdırılıb. Bu minalar mülki vətəndaşların ölümünə səbəb olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçında və ətraf ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

Laçının Azərbaycanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayan M.Məmmədov deyib: "2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq".

Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: "Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük".

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev COP29-a hazırlıq prosesində əməkdaşlığın önəmini vurğulayaraq bildirib: "Biz sizi COP29 ilə bağlı bütün hazırlıqlarda məhsuldar olmağa və bu tədbirin gündəliyini fəal şəkildə hazırlamaq üçün dəvət edirik. Düşünürəm ki, müzakirə olunacaq məsələlər çoxdur".

Bu mötəbər tədbirə hazırlıq işlərindən danışan Muxtar Babayev deyib: "Bizim komandamız artıq bir neçə aydır ki, COP29 üçün hazırlıqlar görür. Bugünkü tədbir isə sizin təkliflərinizi dinləmək üçün bir fürsətdir. Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcəklər. Onlar öz səylərini birləşdirərək bir-birinə daha yaxın olacaq, bu da məsələləri həll etməyimizə kömək edəcək".

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, ötən il Dubayda keçirilən COP28 tədbiri bütün ölkələr üçün əlverişli olub. İndi isə Azərbaycan həmin səyləri artıq konkret fəaliyyətə çevirməyə başlayıb. Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir.

Nazir müavini bildirib: "Bizim Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə mühüm danışıqlarımız olub və bu sahədə bir çox irəliləyiş əldə etmişik. İtaliyanın G7 prezidentliyi də bizi danışıqlar aparmaq üçün dəvət edib. Konkret fəaliyyət olmadan hədəflər dəyişə bilməz".

Energetika nazirinin müavini, "COP29 Azərbaycan" üzrə baş icraçı direktor Elnur Soltanov vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyətin dəstəyi olmadan həyata keçirilə bilməzdi. "Azərbaycanın bu məsuliyyəti öz üzərinə götürməsi təqdirəlayiqdir. Bizə dəstəyinə, fikir mübadiləsinə, o cümlədən mütəxəssislərin göndərilməsinə görə beynəlxalq təşkilatlara təşəkkür edirik", - deyə E.Soltanov vurğulayıb.

Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan Prezidenti tərəfindən yaşıl enerji zonaları elan olunduğunu vurğulayan nazir müavini qeyd edib ki, buradakı bütün infrastruktur yaşıl enerjiyə keçid üçün uyğunlaşdırılaraq tikilir.

COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın bu mötəbər tədbirə qısa müddətdə hazırlıq görməsi üçün zəngin təcrübəsinin və imkanlarının olduğunu deyib: "Azərbaycanın COP29-a hazırlığı üçün cəmi bir neçə ay vaxtı var. Adətən ölkələrin bu prosesə ev sahibliyi etməsi üçün daha çox zamanı olur". O, COP29 inklüzivlik və bərabərlik platforması olacağına əminliyini ifadə edib.

COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova iqlim hərəkatının kollektiv hərəkata keçidlə başladığını qeyd edərək bildirib ki, hər kəs bunu öyrənməyə, tətbiq etməyə evdən başlamalıdır. Bu məsələlərdə geniş maarifləndirmə işinin aparılmasının önəmini vurğulayan L.Həsənova bu istiqamətdə müvafiq işlərə başlanıldığını, gənclərin məlumatlandırıldığını qeyd edib.

Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departamentinin direktoru Sevda Əliyeva çıxışında COP29 ilə əlaqədar ölkəmizə gələcək qonaqların yerləşdirilməsi imkanlarından danışıb. "Biz qonaqların qalacaqları məkanların təşkili üzərində fasiləsiz çalışırıq. Burada 100-dən çox bina var. Qonaqlama prosesini yüksək səviyyədə təmin etmək çox vacibdir. "Çox şadıq ki, dünən bu barədə platforma istifadəyə verildi. COP29-un qonaqlama platforması var. Ölkədəki bütün otellər bu platformada qeydə alınmaq üçün xüsusi yoxlamadan keçib", - deyə S.Əliyeva vurğulayıb.

Tədbirdən sonra diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verildi.

Bildirilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər. Bu mənada Aqro-Sənaye Parkında fəaliyyət göstərən hər bir müəssisə həm də tədris-təlim mərkəzi sayıla bilər.

Diplomatik korpusun nümayəndələri sonra "Hoçazfilm" studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan "Hoçazfilm"in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan "Xalça belə yarandı" sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ