Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropadan dönən liderlərin həyatı təhlükəli olmağa başlayır...

Image


Bəzi Qərb ölkələrinin digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdi getdikcə daha təhlükəli xarakter alır. Hətta bəzi dövlətlər bu fonda terror və sui-qəsdlə də hədələnir. Hər halda, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin dedikləri bunun əyani təsdiqidir. 

O, Avropa İttifaqının təhdid və hədələrinə məruz qalıb. Buna səbəb gürcü hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulunda israrlı olmasıdır. 

Son günlərə qədər Qərb ən müxtəlif formada bu qanunun qəbuluna əngəl olmağa çalışıb. Lakin nəticə hasil olmadığından artıq şantaja və hədələrə al atılır. Bununla bağlı İrakli Kobaxidze qeyd edir ki, "Xarici agentlər haqqında" qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxudub: "Hətta Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib: "Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız". Kobaxidze deyib ki, Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət qlobal müharibə tərəfdarları ilə xüsusilə sıx bağlıdır. Xatırladaq ki, Fitsoya bir həftə bundan əvvəl silahlı sui-qəsd edilib və ona beş dəfə atəş açılıb. Öz növbəsində Gürcüstan müxalifəti "Gürcü arzusu" hökumətini Moskvaya işləməkdə ittiham edir. Avropa Komissiyasının təmsilçisi Kobaxidzenin iddiasına cavab olaraq "Politico" portalına bunun "həqiqət olmadığını", rəsmi cavabın tezliklə veriləcəyini bildirib. Sözçü bunu da deyib ki, Kobaxidze iddiasını əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib. Gürcüstanın ən böyük müxalifət partiyası – Birləşmiş Milli Hərəkatın lideri Tina Bokuçava baş naziri "addımbaşı şübhəli qəsd nəzəriyyələri səsləndirməkdə" ittiham edib: "Son həftələrdə Gürcüstanda keçirilən etirazlar göstərdi ki, gürcü cəmiyyəti öz gələcəyini Avropada görür. Bu uydurma iddialar çətin ki, nəyisə dəyişsin".

Qeyd edək ki, Avropa İttifaqının bir neçə ölkəsi – Estoniya, Çexiya, Niderland və İsveç Gürcüstan iqtidarı "Xarici agentlər haqqında" qanunu qəbul edəcəyi təqdirdə Tiflisə sanksiyalar qoyulmasına çağırıb. Avropadakı diplomatik mənbələr bildirir ki, söhbət həm də Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin dayandırılmasından gedir. Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı etirazlar artıq bir aydan çoxdur davam edir. Müxalifət və vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, sözügedən qanun Rusiyanın "xarici agent" qanununun analoqudur. Qanun layihəsini parlamentə təqdim etmiş hakim "Gürcü arzusu" partiyası isə israr edir ki, bu qanun ifadə azadlığı da daxil azadlıqlara qarşı nəzərdə tutulmayıb və onun qəbulundan məqsəd sadəcə olaraq, xarici maliyyələşdirmənin şəffaflığının təmin olunmasıdır. İqtidar qanunun qəbul edilməsində israrlı görünür. Qanun üçüncü və sonuncu oxunuşda qəbul edilsə də, Gürcüstan prezidenti Salome Zurabişvili ona veto qoyub. Lakin "Gürcü arzusu" partiyası parlamentdə mütləq çoxluğa malikdir və prezidentin vetosu asanlıqla ləğv oluna bilər. Bunun üçün səsvermənin artıq gələn həftə keçiriləcəyi gözlənilir. Avropa İttifaqı liderlərinin bu məsələyə gələn həftə baxacaqları istisna olunmur. Gürcüstana qarşı mümkün sanksiyalar məsələsi təkcə Aİ-də müzakirə olunmur. Bundan əvvəl bir sıra ABŞ siyasətçiləri bir neçə dəfə Gürcüstan hökumətinə xəbərdarlıq ediblər. Onlar deyiblər ki, Gürcüstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən maliyyə aktivlərinin dondurulması, sözügedən qanunla bağlı olan məmurlara və onların ailə üzvlərinə viza qadağanının qoyulması kimi məhdudiyyətlər tətbiq oluna bilər. "Politico" nəşri də yazır ki, amerikalı senatorlar xarici agentlər haqqında qanuna görə Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi, eləcə də demokratiyanın dəstəklənməsi və "zərərli kənar müdaxilələrə" qarşı mübarizə məqsədilə Gürcüstanda fəaliyyət göstərən QHT-lərə daha 50 milyon dollar ayrılması haqqında qanun layihəsi hazırlayıblar. Məhdudiyyətlər haqqında qanun layihəsi demokrat Cin Şahin və Respublikaçı Cim Riş tərəfindən hazırlanır. Sanksiyaların "Gürcüstanın Avro-Atlantik inteqrasiyasına mane olması", "korrupsiya, insan hüquqlarının pozulması və xarici agentlər haqqında qanunun qəbuluna cəhd və ya onun qəbuluna kömək edən tədbirlərə" görə tətbiq edilməsi təklif edilir. Məhdudiyyətlərə Gürcüstan rəhbərliyinin nümayəndələrinin Birləşmiş Ştatlara girişinə qadağa, insan hüquqları və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ABŞ-Gürcüstan strateji dialoqunun dayandırılması da daxildir. ABŞ dövlət katibi Entoni Blinken də bildirib ki, ölkəsi və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır. O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ