Cümə axşamı günü, 05 noyabr 2026
     

Kilsə İrəvanda yekun mitinqi 26 maya təyin etdi - 1600 il əvvələ aid uydurma erməni-fars döyüşünün gününə...

Image


Revanşist və saxta yepiskop Baqrat Srbazan (Qaltanyan)  mayın 26-da İrəvanın Respublika meydanında mitinq keçiriləcəyini açıqlayıb. "Mayın 26-da - Avarayr döyüşü günü saat 16:00-da Respublika meydanında görüşəcəyik" - Baqrat Srbazan deyib. 

Burada diqqət çəkən məqam mitinq keçirilməsi deyil, Avarayr döyüşlərinin baş verdiyi tarixi günün xüsusi vurğulanmasıdır. Avarayr döyüşündə ermənilərin iştirakı barədə saxta məlumat bazası yaradılması təəssüf doğurur. Bu gün ermənilər əsassız olaraq həmin döyüşü öz adlarına çıxıb "qələbə" ilə öyünürlər, hətta keşiş yekun mitinqin 26 maya salındığını deyir. 

Tarixdə Avarayr döyüşü baş verib, amma burada ermənilərin iştirakı barədə deyilənlər cəfəngiyatdır. Bu döyüş 451-ci il mayın 26-da farslarla (Sasanilər) albanlar arasında baş verib. Amma gördüyünüz kimi, ermənilər iddia edirlər ki, bu döyüş farslarla ermənilərin arasında olub. Ermənilərə aid qondarma ədəbiyyatda, tarix kitablarında, mətbuatda Avarayr döyüşünün tərəflərindən biri saxtalaşdırılır. Yəni saxtakarcasına albanlar ermənilərlə əvəzlənir. 

Məsələn, Avarayr döyüşü və ya Avaray döyüşü barədə Azərbaycan və rusdilli vikipediya məqaləsində bir-birinə bənzər məqalələr yer alıb. Təbii ki, məqalə ermənilərin saxta məlumatları əsasında hazırlandığından burada faktlar təhrif olunur və Avarayr döyüşü Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında baş verən döyüş kimi qələmə verilir. 26 may 451-ci ildə Maku və Xoy arasındakı Avarayr düzündə baş verən üsyana Vardan Mamikonyan adlı erməninin başçılıq etdiyi iddia olunur. "Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir"-deyə məqalədə vurğulanır. Təbii ki, bu tamamilə saxta məlumatlardır. Göründüyü kimi, farslarla albanlar arasında olan müharibəni ermənilər saxtalaşdırıb, bunun özləri ilə bu gün "qardaş" dedikləri farslar arasında baş verdiyini deyirlər. Bu müharibənin farslarla ermənilərin arasında olan döyüş kimi qələmə verilməsi həm saxtadır, həm də bu saxta məsələnin indi niyə ortaya çıxarıldığı suallar doğurur. Ermənilər hələ Avarayr döyüşünə "Vardan üsyanı" adı da veriblər. 

Məsələ burasındadır ki, ermənilər bu saxta məlumatı hələ Sovet dövründə hazırlayıb dərsliklərə daxil etməyə müvəffəq olublar, uzun illər Avarayr döyüşünün tərəflərindən biri saxtakarcasına ermənilər kimi qələmə verilib. 

Zaur Əliyev: "Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib" 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Zaur Əliyev "Bakı-Xəbər"ə şərhində "Qədim dünya tarixinə baxsınlar, görəcəklər ki, Avarayr döyüşü zamanı Qafqazda erməni olmayıb. Bu tarixi döyüş albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib. Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün albanlar və Sasanilər arasında baş verdiyini yazır" - deyə bildirdi.

Qasım Hacıyev: "Avarayr döyüşünün ermənilərə heç bir aidiyyəti olmadığı faktdır, onların yazdıqları saxta məlumatlar heç zaman gerçəyi ört-basdır edə bilməz" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, o dövrdə ermənilərin bizim bölgədə olmadığı faktdır. Q.Hacıyevin sözlərinə görə, ermənilər Avarayr döyüşünü də saxtalaşdırıblar, özlərini o döyüşdə tərəflərdən biri kimi göstərməyə çalışırlar. "Ermənilərə Sovet dövründə çox münbit şərait yaradılıb. Onlar da saxta mənbələr düzəldərək onun əsasında tarixlər yazıblar. Bütün yazdıqlarını tədqiq edərkən hamısının saxta olduğu meydana çıxır. Amma yenə də öz əməllərindən qalmırlar. Hər hadisəni saxtalaşdırırlar. Bir vaxtlar iddia etdilər ki, guya  Gülüstan və Türkmənçay müqavilələri ermənilərlə ruslar arasında bağlanıb. Bizim eranın əvvəllərində, V, VI əsrlərdə Qafqazda gedən mübarizələrin ermənilər tərəfindən aparıldığı, bu döyüşlərə, üsyanlara erməni sərkərdələrin başçılıq etdiyinə dair saxta tarixlər düzüb-qoşublar. Onların son dövrlər ortaya çıxardıqları və "mənbə" adı verdikləri nümunələrin hamısı cəfəngiyatdır. "Qədim erməni tarixçilərinin" hamısını özlərindən uydurublar.  

O ki qaldı Avarayr döyüşünə, bu döyüşlə bağlı da ermənilər saxtalaşdırma aparıblar. Tarixə görə, bu döyüş albanlarla farslar arasında 451-ci il may ayının 26-da baş verib. Amma o dövrdə ərəblərin gəlişinə qədər Sasani imperiyası ətrafında olan əyalətləri, dövlətləri özünə tabe etmək üçün həmişə mübarizə aparırdı, onları təsir altında saxlamağa çalışırdı.  Cənubda Atropatena, ondan Şimalda Albaniya dövləti vardı. Amma Cənubi Qafqazda nə ermənin özü vardı, nə də dövləti. Çünki  onların "erməni dövləti" dediyi "Ermənistan" Əhəmənilər hakimiyyəti dövründə, eradan əvvəl VI-V əsrlərdə canişinliklərdən ibarət olub. Egey dənizi sahillərindən ön Asiyaya gəlmiş ermənilər orada bir cani.inik yaratmışdılar, o Əhəmənilərin tərkibində idi. Sonra eranın əvvəllərində Parfiya və Roma arasında gedən müharibələrdə o dağıldı. Orta əsrlərdə nə erməni dövləti, nə canişinliyi vardı. Heç nə yox idi. Onların yaşadığı ərazi iki imperiya arasında bölündü, onların adı itdi getdi. 

Amma Albanya da, Atropatena da müstəqil dövlətlər kimi həm Romaya qarşı mübarizə aparır, bəzən də onlarla başqa dövlətlərə qarşı müttəfiq olurdular. Albanların isə Sasanilərə qarşı azadlıq mübarizəsi olub. Sasani imperiyası bu əraziləri işğal edəndə Albaniya da bir müddət onların tabeliyində olub, amma sonradan yenə də müstəqilliyini davam etdirib. Ərəb işğallarına qədər. İstər farslara, istərsə də başqalarına qarşı Cənubi Qafqazda aparılan mübarizənin ermənilərə heç bir dəxli yox idi. Bu baxımdan, Avarayr döyüşünün ermənilərlə farslar arasında getdiyini iddia etmək tarixi saxtakarlıqdır. Albanlar fars mənşəli Sasanilərə qarşı mübarizə aparırdılar, Avarayr döyüşü də farslar və albanlar arasında baş verib. Orada ermənilərin tərəflərdən biri kimi göstərilməsi uydurmadır. Bu müharibəni ermənilərə bağlamağın özü gülüncdü. Bu döyüşün ermənilərə aidiyyəti yox idi. Mamikonyanın da ermənilərlə heç bir əlaqəsi olmayıb. Bilirsiz ki, farsların özlərinin soyadları "yan" sonluğu ilə başa çatır. Burada ermənin adı, rolu olmayıb. Ermənilər soyad sonluqlarının oxşarlığından istifadə edərək belə iddialar irəli sürüblər".

Q.Hacıyev əlavə etdi ki, Baqrat Qalstanyanın yekun mitinqin Avarayr döyüşünün ildönümü tarixində keçiriləcəyini deməsinin arxasında növbəti saxtakarlıq cəhdi durur. "Avarayr döyüşünün ermənilərə heç bir aidiyyəti olmadığı faktdır, onların yazdıqları saxta məlumatlar heç zaman gerçəyi ört-basdır edə bilməz. Saxta keşiş özü də bilir ki, Avarayr döyüşündə tərəflərdən biri ermənilər yox, albanlar olub, amma yenə də yalanından qalmayıb. Bir məqamı da deyim ki, alban irsini erməni kilsəsi qəsb edib və bütün nə varsa öz adlarına çıxırlar. Avarayr döyüşü barədə saxta tarix düzəldən ermənilər bununla özlərinə təsəlli verirlər. O ki qaldı indiki həssas məqamda Avarayr döyüşünün gündəmə gətirilməsinə, erməni keşişin bunu hansı niyyətlə etdiyi məlum deyil. Bütün hallarda bu tarixi saxtakarlıqdır" - deyə Q.Hacıyev qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ