Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan keşişlərin zəif yerini vurdu - "qara biznes"...

Image


Hakimiyyətə qarşı siyasi fəaliyyət erməni kilsəsinə bu gedişlə baha başa gələcək. Hər halda, kilsə ilə bağlı hakimiyyətin atmağa hazırlaşdığı addımlar bu qənaətə gəlməyə əsas verir.  Belə ki, Ermənistan parlamentində yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etmək təklif olunur. 

Parlamentin spikeri Alen Simonyan bu xüsusda bildirib: "Duyğularımızla, tariximizlə oynamağı artıq dayandırın. Və artıq siyasətlə məşğul ola-ola, diasporadan pul yığıb, şam, "Coca-Cola", şərab satıb, restoranlara sahib olaraq vergi ödəməməyi dayandırın. Mən başa düşmək istəyirəm ki, əli öpülən din xadimi nə üçün orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün olmalıdır? Mənim üçün iri vergi ödəyiciləri ən vacib adamlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir". 

Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir. O,  arxiyepiskop Baqrat Qalstanyanın etiraz hərəkatını jurnalistlərə şərh edərkən deyib: "Siyasət ticarətdir və İncil deyir: "Mənim atamın evini bazara çevirməyin!". Sizcə biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda bu ticarət deyil? Koalisiya yaradırsansa, siyahı tərtib edirsən, bu özü sövdələşmədi. Və kilsə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur". Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan isə qeyd edir ki, kilsənin siyasi fəaliyyətinin arxasında Robert Köçəryan dayanır:  "Robert Köçəryanın kilsə vasitəsilə hakimiyyət uğrunda  mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur. Müxalifətin 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib". Aleksanyanın sözlərinə görə, müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur: "Onlar unudur ki, təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diqtəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır". Ümumiyyətlə, Paşinyanın tərəfdarları hesab edir ki, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir və xalq bu struktura yekun qiymət verməlidir. Bu durumda erməni kilsəsi Paşinyan hakimiyyəti ilə bu daxili siyasi savaşdan qələbə ilə çıxacağına əmin deyil. Hətta məğlubiyyət variantına yönəlik ehtiyat addımlarının atılmasına belə başlayıb. Kilsənin rəhbərliyi başa düşür ki, əgər, Baqrat Qalstyanın başlatdığı  aksiyada nəticə olmasa, bu, kilsənin və katolikos II Qareginin nüfuzuna sarsıdıcı zərbə vura bilər. qeyd edək ki, erməni kilsəsi daha çox səhnə arxasından proseslərə müdaxil etməyə çalşırdı. Bu dəfə isə Paşinyan hakimiyyətinə qarşı narazılığın artmasına güvənərək, qiyamın təşkilat mərkəzi rolunu oynamağa çalışdı. Lakin hesabında yanıldığı üzə çıxdı. 

Məsələ həm də bundadır ki, Ermənistanda baş verən aksiyaların uğursuz nəticələnməsinin əsas səbəbi odur ki, istər kilsə, istər erməni diasporu, istərsə də onların arxasında olan qüvvələr erməni cəmiyyətininə heç nə təklif edə bilmədilər. Onların təklif etdiyi ancaq qarşıdurma, müharibə, Azərbaycanla münasibətlərin pozulması və digər neqativ məqamlardır. Təbii ki, Ermənistan cəmiyyəti buna qarşıdır.  Onu da qeyd edək ki, 2018-ci ildə hakimiyyətə gələn Paşin­yan kilsə ilə münasibətləri nizamlamağı bacarmadı. Altı il bundan əvvəl hamıya bəlli idi ki, erməni kilsəsi 20 il hakimiy­yətdə olmuş "Qarabağ klanı" ilə geniş əlaqələrə malik idi. Bu əlaqələrin saxlanılması Paşinyanla kilsə arasında münasibətlərin gərginləşməsində az rol oynamayıb. Ermənistan ictimaiyyəti bu vəziyyətdə Paşinyanı dəstəkləyir, əksəriyyəti sülh və əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, son dövrlər erməni kilsəsi daxilində də haçalanma var. Onlar əvvəlkitək mobil deyil. Geç-tez onlar da Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar.   Hələlik erməni müxalifəti və siyasiləri, keçmiş diplomatları, ombudsmanları sırf manipulyasiya və cəmiyyəti yalanla qızışdırmaq naminə hər üsula əl atırlar.  Amma  artıq cəmiyyət bu yalanlardan bezib. Ermənistanın "Past" nəşri bunlar fonunda yazır: "Bu günlərdə Ermənistanda bəzən din xadiminin siyasi hərəkata necə rəhbərlik edə bilməsi, baş nazir olması və sairə kimi fikirlərə rast gəlmək olar. Əslində, tarixdə heç vaxt erməni xalqının xilasının kökündə kilsə və ruhani təbəqəsi dayanmayıb. Üstəlik, bir din xadiminin xalq hərəkatına, sonra isə dövlətə rəhbərlik etməsi dünya tarixində çox da müstəsna hal deyil. Sosial şəbəkələrdə, məsələn, Kipr nümunəsi çəkilir. İkinci Dünya müharibəsi zamanı Kipr hələ də Britaniyanın müstəmləkəsi idi və o zaman Kipr Pravoslav Kilsəsinin keşişi olan Makar azadlıq hərəkatına rəhbərlik edirdi. Kiprin müstəqilliyini elan etdikdən sonra Makar bu ölkənin prezidenti seçildi. Bundan əvvəl o, həbs, sürgün və sair daxil olmaqla, kifayət qədər çətin bir yol keçmişdi, amma təslim olmadı. Yeri gəlmişkən, 1975-ci ildə yenidən prezident seçilib və 1977-ci ildə vəfat edənə qədər bu vəzifədə olub. Təbii ki, dövrlər və şərait nəzərə alınmaqla, bugünkü reallıqla və Baqrat Srbazanla bu cür müqayisələr, çətin ki, tamamilə əsaslıdır. Bunu xalq da görür".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ