Cümə axşamı günü, 05 noyabr 2026
     

Minsk Qrupu niyə ləğv edilmir? - ATƏT rəhbərliyinin təxribat planları var...

Image


Aydın Quliyev: "Bütün bunlardan ATƏT-in rəhbərliyi nəticə çıxarmalıdır və nəzərə almalıdırlar ki, Minsk qrupunun hələ də rəsmi saxlanılması həm də bölgədə gedən proseslərə bir təxribatdır" 

"ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

Prezident qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

Prezident 2021-ci ilin yanvarında ATƏT-in Minsk qrupunun Fransadan və Amerikadan olan həmsədrlərinin Bakıya səfəri zamanı onların üzünə demişdi ki, siz niyə gəlmisiniz, biz sizi çağırmamışıq. 

Azərbaycan Prezidenti bu günlərdə də o mövqeyi təkrarladı ki, Minsk qrupu buraxılmalıdır. Prezident Əliyevin açıq tələbinə baxmayaraq, ATƏT rəhbərliyi hələ buna reaksiya verməyib, heç bir addım atmayıb. ATƏT-dən bir reaksiya, tərpəniş yoxdur, Minsk qrupunu buraxmırlar. 

Niyə Minsk qrupunu buraxmırlar, o təsisatı niyə ləğv etmirlər? Bir qurum ki, işləmir, Azərbaycan da onu yaxına buraxmır, deyir ki, mənə vasitəçi lazım deyil, özüm problemi həll etmişəm. 

"Görürsüz, ATƏT rəhbərliyinin ehtiyatsız və müəyyən qədər də səhlənkar yanaşması nəticəsində yaşamaqda davam edən ölü Minsk qrupunun saxlanılması bölgədə necə fitnəkar və təxribatçı hərəkətlər üçün ideya mənbəyi rolunu oynayır" 

"Bakı-Xəbər" media qrupunun rəhbəri, politoloq Aydın Quliyev bizimlə söhbətində bildirdi ki, əslində ATƏT rəhbərliyi Minsk qrupunu Vətən müharibəsi başa çatan kimi dərhal buraxmalı idi. "Çünki BMT-nin mandatı altında "Dağlıq Qarabağ" münaqişəsinin həll edilməsi missiyası naminə təsis edilmiş və missiyasını yerinə yetirməmiş olan bir qurumu saxlamağın mənası yox idi. Halbuki, hələ müharibə bitəndən düz iki ay sonra, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsinin nümayəndəsini qəbul edərkən çox açıq və kəskin tonla onlara "niyə gəlibsiniz, mən sizi dəvət etməmişəm" kimi mesaj verdi və Qarabağ münaqişəsinin artıq Azərbaycanın öz gücü ilə ilə tam həll edildiyini, bundan sonra Minsk qrupunun köhnə missiya, köhnə mandat  altında fəaliyyət göstərməsinə heç bir ehtiyacın qalmadığını bildirmişdi. Bu sözlərdən sonra ATƏT-in rəhbərliyi təəssüf ki, Minsk qrupunu indiyə qədər hələ buraxmayıb və bu gün də onu formal, ölü vəziyyətdə olsa da, yaşatmaqda davam edir. Əslində, heç bir hüquqi və siyasi əsası olmayan Minsk qrupunun rəsmi qaydada buraxılmaması bu gün ATƏT-in özünə başucalığı gətirmir. Çünki dünyada ATƏT-ə qarşı hətta bəzən ittihamçı tonda suallar yaranmağına səbəb olur. Sual verilir ki, əgər münaqişənin həll olunmasında heç bir rolun olmadısa, münaqişəni Azərbaycan öz gücü ilə həll etdisə, olmayan bir münaqişənin həlli naminə yaradılmış bir ölü təşkilatı formal olaraq saxlamaqda məqsədiniz nədir? Suallar yaranır ki, ATƏT əgər Minsk qrupunu bugünə qədər ləğv etməyibsə, onun bölgədə gedən proseslərlə bağlı arxa və gizli niyyətlərinin olduğu barədə nəticəyə gəlməyə əsas vermirmi? Bütün bunlardan ATƏT-in rəhbərliyi nəticə çıxarmalıdır və nəzərə almalıdırlar ki, Minsk qrupunun hələ də rəsmi saxlanılması həm də bölgədə gedən proseslərə bir təxribatdır. Bu mənada təxribatdır ki, xüsusilə Minsk qrupunun hüquqi qaydada ləğv olunmaması Ermənistanda bütün revanşist dairələrə bir ilham verir, onları həvəsləndirir ki, əgər Minsk qrupu indiyə qədər buraxılmayıbsa, deməli, Azərbaycanla Ermənistan arasındakı "Dağlıq Qarabağ" münaqişəsi guya hələ həll olunmayıb, guya Azərbaycan-Ermənistan normallaşma prosesi lazımı nəticəni verməyəcək və guya Azərbaycanla Ermənistan arasında yenidən bir müharibə vəziyyəti yaranacaq, bu təqdirdə Minsk qrupu kimi bir vasitəçi quruma yenidən ehtiyac əmələ gələcək. Görürsüz, ATƏT rəhbərliyinin ehtiyatsız və müəyyən qədər də səhlənkar yanaşması nəticəsində yaşamaqda davam edən ölü Minsk qrupunun saxlanılması bölgədə necə fitnəkar və təxribatçı hərəkətlər üçün ideya mənbəyi rolunu oynayır"-deyə bildirən A.Quliyev vurğuladı ki, eyni zamanda Minsk qrupunun rəsmən buraxılmaması bəzi dövlətlərə hələ də onun adından sui-istifadə, manipulyasiya etmək imkanı verir. "Elə Ermənistanın özündə media orqanlarında biz tez-tez "ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri", "ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri" kimi ifadələrinə rast gəlirik.  Hansı ki, münaqişə yoxdursa ATƏT-in Minsk qrupunda Amerikanın hansı həmsədrlərindən söhbət gedə bilər? Fransanın hansı həmsədrindən söhbət gedə bilər? Hətta Amerika və Fransa, eləcə də Rusiya ATƏT-in Minsk qrupunda keçmiş həmsədrlərin adını dəyişərək Azərbaycan-Ermənistan normallaşması üzrə "Amerikanın xüsusi nümayəndəsi", "Fransanın xüsusi nümayəndəsi", "Rusiyanın xüsusi nümayəndəsi" kimi statuslar icad ediblər. Əlbəttə, bütün bunlar bölgənin işinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə izafi və ziyanlı müdaxilədən başqa bir şey deyil. Və bütün bu manipulyasiyaların da səbəbi odur ki, Minsk qrupu  indiyə qədər ləğv olunmayıb. Minsk qrupunun ləğv olunması, dediyim kimi, birinci növbədə ATƏT-in özünün rəhbərliyinə başucalığı gətirəcək. Əgər onlar bu addımı atmayacaqlarsa onda Minsk qrupunu formal olaraq qüvvədə saxlamağın Azərbaycana real şəkildə heç bir ziyanı yoxdur. Onsuz da Azərbaycan onları nə vasitəçi kimi, nə də bölgədə hər hansı bir proseslərdə    önəmli qüvvə kimi, iştirakçı kimi görmək və cəlb etmək istəmir. Dəfələrlə Azərbaycan bəyan edib ki, Ermənistanla normallaşma prosesində heç bir beynəlxalq təşkilatın və dövlətin timsalında vasitəçiyə ehtiyac yoxdur. Bütün bunların qabağında ATƏT-in rəhbərliyi Minsk qrupunu buraxmaq barədə ciddi şəkildə düşünməlidir. Oturub gözləməli deyillər ki, günlərin birində Azərbaycanın arxasınca keçmiş Minsk qrupunun üzvləri sayılan ölkələr də bir-bir bəyanat verib Minsk qrupunun tərkibindən çıxsınlar. Mən gözləyirəm ki, ilk növbədə Belarus prezidenti çox obyektiv mövqeyə malik olan bir şəxsiyyət kimi, dövlət başçısı kimi ölü Minsk qrupunun tərkibindən və Minsk konfransına ev sahibliyi edən ölkə statusundan yaxın zamanlarda imtina edəcək. Eləcə də digər ölkələr, o cümlədən Türkiyə, Çexiya, Slovakiya keçmiş Minsk qrupunun üzvülüyündən çıxmaq, imtina etmək haqqında bəyanatlar səsləndirəcəklər. Bu, fikrimcə, ATƏT-in  nüfuzuna böyük bir zərbə olar. Ona görə, ATƏT rəhbərliyi hadisələrin belə səviyyəyə gəlib çıxmasını gözləmədən, məncə, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan Prezidentinin çağırışınamı, yaxud tələbinəmi deyim, məsuliyyətli yanaşmalıdır"-deyə A.Quliyev bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ