Cümə axşamı günü, 05 noyabr 2026
     

Tavuşdan yürüşə başlamış Baqrat "Qarabağın qaytarılması" məsələsinə gəlib çıxdı...

Image


Akif Nağı: "Baqrat camaatı bu cür sözlərlə aldadır, kütlə psixologiyası ilə oynayır"

Qarabağ məsələsinin kökündən həll olunduğunu bütün dünya da, Ermənistan hökuməti də birmənalı olaraq qəbul etdi, Qarabağın Azərbaycanın ayrılmaz tərklib hissəsi olduğunu Baş nazir Nikol Paşinyan öz imzası ilə bəyan etdi. 

Artıq dünyada normal düşüncəsi olan hər kəs etiraf edir ki, Azərbaycan öz gücünə ərazilərini işğaldan azad edərək torpaqları üzərində suvernliyini təmin etdi.   

Amma nədənsə, hələ də erməni Qriqoryan kilsəsi başda olmaqla Ermənistandakı revanşist qüvvələr və bəzi diaspor təmsilçiləri reallığı qəbul etmək istəməyib xam xəyallara düşürlər. 

Özünü "Vətən üçün Tavuş" hərəkatının "lideri" sayan üzdəniraq arxiyepiskop  Baqrat Qalstanyan İrəvana hərəkət etdikdən və burada ciddi uğursuzluğa düçar olduqdan sonra indi də Qarabağ məsələsini qurdalamağa başlayıb. Bu həmin keşişdir ki, Vətən müharibəsi dövründə də, sonrakı zamanlarda da Qarabağla bağlı hədyanlar səsləndirib. 

Baqrat Qalstanyan jurnalistlərə deyib ki,  "ermənilərin Qarabağa qayıtması üçün alətlər hakimiyyətin əlindədir". 

Qalstanyan qeyd edib ki, Qarabağ sakinlərinin Ermənistandakı həyatı və onların Qarabağa qayıtması ilə bağlı məsələlər müzakirə olunub. "Arxiyepiskop" "bütün bu müzakirələr istəklər səviyyəsindədir, çünki lazımi vasitələr səlahiyyətlilərin əlindədir"-deyib.

"Hər şey haqqında danışa bilərik, amma istəklər reallaşacaqmı?". O, həmçinin çıxış yolunu Paşinyanın istefasında görüb. 

Bunların hər şeydən əli üzülüb, indi də "Qarabağın qaytarılması", yaxud ermənilərin geri qayıtması məsələsindən yapışıblar. Revanşist keşiş yenə də Qarabağın "qaytarılmasından", bu alınmasa ermənilərin geri qaytarılmasından danışıb. Unudur ki, heç kəs erməniləri Qarabağdan qovmayıb, onlar özləri könüllü şəkildə gediblər. Ermənilərin geri - Qarabağa qayıtması isə Azərbaycanın irəli sürdüyü şərtlərdən aslıdır, Qərbi azərbaycanlılar geriyə öz ata-baba yurdlarına döndükdən sonra bu məsələ həll oluna bilər. 

Qeyd edək ki, Qarabağdan getmiş bəzi separatçılar da yenə "Qarabağdan əl çəkmədiklərini" deyirlər. 

"Özü də başa düşür ki, boş-boş danışır, insanları müəyyən yalançı vədlərlə ümidləndirir" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, keşiş Baqrat çox oyunlardan çıxdı, hələ bundan sonra da yəqin, müəyyən oyunlardan çıxacaq. "Çünki onu oyuna atanların məqsədləri var, axıra qədər də ondan istifadə etmək fikrindədirlər. Onun heç bir cəhdi alınmadı. İrəvanda aksiya keçirməyə çalışdı, Paşinyanın istefası məsələsini qoyur. Narazılıq var, insanların incə hisslərinə toxunur, kilsənin adından çıxış edir. Bunlar müəyyən mənada insanları hərəkətə gətirir, aksiyalarda iştirak edirlər. Amma hər kəs başa düşür ki, o marionetdir, ortaya atılan oyuncaq bir fiqurdur, müəyyən məsələləri onun vasitəsilə yoxlayırlar, yəni əhali nəyə necə reaksiya verir, xaricdən hansı reaksiyalar var. Ermənistanda da hakimiyyətə gəlmək istəyən müəyyən qüvvələr var, bu onlar tərəfindən ortaya atılıb. Eyni zamanda xaricdə də müəyyən qüvvələr, ayrı-ayrı ölkələr var ki, Ermənistanda situsiyanı nəzarətə götürmək istəyir. 

Onlar növbəti variantı da yoxlayırlar, Ermənistanın 4 kəndi Azərbaycana qaytarılmasına qarşı hay-küy saldılar, amma Ermənmistan hakimiyyəti də mövqeyində dayandı. Baqratın özünü də Kirant kəndinə buraxmadılar. "Müxailf" deputatlar özlərini ora çatdırmaq istədi, müxtəlif ictimaiyyətçilər, elm adamları Azərbaycana qaytarılan kəndlərə gəlmək istəyirdilər ki, camaatla görüşsünlər, amma Ermənistan hökuməti onları geriyə qaytardı. Bu cəhdləri də alınmadı. Əvvəl camaat Baqratın sözünə qulaq asdı, amma gördülər ki, bu boş, mənasız sözlərdir, o ciddi adam deyil. Son açıqlamasında da deyir ki, guya Paşinyanın istefasına nail olcaq, guya onun başqa yolu yoxdur. Baqrat camaatı bu cür sözlərlə aldadır, kütlə psixologiyası ilə oynayır. İnsanlar da adətən bu cür çağırışlara reaksiya verirlər. Bütün bu vasitələr bitdi, 4 kəndlə bağlı məsələ söndü, artıq orada sərhəd dirəkləri basdırılıb, Ermənistanla Azərbaycan arasında proseslər davam edir. İndi başqa bir variant axtarır ki, bəlkə öz avantürasını bu yolla davam etdirsin. Gündəmdə qalması üçün istifadə etdiyi bütün metodlar iflasa uğradığı üçün indi də Qarabağ məsələsindən, ermənilərin ora qaytarılmasından yapışıb. Erməniləri heç kim oradan qovmayıb. Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, ermənilər ora qayıdıb yaşaya bilərlər, amma şərtə görə, onlar Azərbaycan vətəndaşlığını, Azərbaycan konstitutsiyasını qəbul etməlidirlər, onu etmirlərsə, onların üzlərinə qapı bağlıdır. Digər tərəfdən, Azərbaycan sonsuz şəkildə onları gözləmək fikrində deyil, Xankəndi tarixən Azərbaycan şəhəri olub, indi də o statusu özünə qaytarıb. Təmiz Azərbaycan şəhəri olaraq öz mövcudluğunu davam etdirəcək"-deyə A.Nağı qeyd etdi. 

A.Nağı bildirdi ki, Azərbaycan prosesləri normal şəkildə davam etdirir, tikinti-quruculuq işləri gedir, Qarabağ Universiteti yaranıb, artıq ermənilər ora qayıtmaq haqqını itirdiklərini bilirlər, qayıtmağa onların heç bir hüququ yoxdur. "Keşiş Baqrat da hər şeyi bilir. Açıqlmasında da bildirib ki, biz bunu söz olaraq deyirik. Ermənilərin ora qayıtması bizim ixtiyarımızda deyil, bu, Ermənistan hökumətinin səlahiyyətindədir. Baqrat özü də başa düşür ki, boş-boş danışır, insanları müəyyən yalançı vədlərlə ümidləndirir. Başa düşdüyü bir məsələ də var, onu etiraf etmir ki, ermənilər Qarabağdan daha əllərini üzüb, ora qayıtmaq istəmirlər...".

Baqratın dediklərinin cəfəngiyat olduğunu deyən A.Nağının sözlərinə görə, indiyə qədər o ciddi bir tezisə müraciət etməyib, hansı fikri deyirsə, hansı açıqlamanı verirsə bir müddətdən sonra sabun köpüyü kimi dağılıb gedir, təsirini itirir. "Bu onun ən uğursuz açıqlamalarından biridir. Çünki Ermənistanda da tam şəkildə başa düşürlər ki, artıq ermənilərin Qarabağa qayıtması mümkün deyil"-deyə A.Nağı bildirdi. 

Qarabağdan köçüb gedən ermənilərdən erməni kilsəsinin, müəyyən xarici qüvvələrin və dövlətlərin Azərbaycana qarşı istifadə etməyə çalışdığını deyən A.Nağının sözlərinə görə, hələ bundan sonra da onlardan alət kimi yararlanmağa çalışanlar olacaq, bütün bunlar isə nəticəni dəyuşməyəcək, Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış hissəsidir və dövlətimiz orada böyük işlər həyata keçirir. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ