Cümə axşamı günü, 27 avqust 2026
     

Xankəndidə ermənilərin 30 ildə tikdiyi binaların aqibəti necə olsun? - “Avropa” oteli...

Image


Faiq İsmayılov: "Bu, Azərbaycan dövlətinin daxili işidir, separatçı tör-töküntülərinin bu işə qarışmağa ixtiyarı yoxdur" 

Xankəndidə həyata keçirilən tikinti-quruculuq işləri, separatçıların qanunsuz olaraq inşa etdikləri yöndəmsiz  tikililərin sökülməsi erməniləri yaman narahat edir. Elə rəy yaratmağa çalışırlar ki, bunların qanunsuz tikililəri, separatizm atributları ilə "bəzədikləri" binalar guya "tarixi abidə" imiş, biz bilməmişik. İndiyə qədər çox cəfəngiyatlar danışıblar, hazırda da o əyri yolu tutub gedirlər.  

Ləğv olunmuş oyuncaq rejimin keçmiş "mədəniyyət, gənclər və turizm naziri" Sergey Şahverdyan Xankəndidəki "Avropa" hoteli ilə bağlı danışıb, deyib ki, azərbaycanlılar Xankəndidə "Avropa" hotelini yenidən qururlar. Hətta iddia edib ki, guya azərbaycanlıların o hoteldə çoxdan gözü olub (?) və buna görə də müharibə zamanı o binanı "atəşə tutmayıblar". Bu adamcığaz unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman mülki obyektləri və sivilləri gülləyə tutmayıb, onun davası separatçılarla olub, separatzimin kökünü kəsib. Bundan başqa, o da ənənəvi olaraq "mədəni dəyərlərdən" danışıb, halbuki, orada onların heç bir mədəni dəyəri olmayıb və yoxdur. Separatizm atributları ilə süslədikləri qanunsuz tikliləri abidə sayırlarsa, görün, bu toplumun dünyagörüşü, mədəni səviyyəsi, abidə haqda anlayışı hansı şəkildədir. 

Xankəndidəki Avropa hotelinin aqibəti necə olacaq? Bu otel erməni separatçıları dövründə tikilib, yoxsa Sovet dövründə bizim tikdiyimizdi, onlar sonra dəyişdiriblər? Bunu əgər ermənilər tikibsə, saxlamağa dəyərmi? Ermənilərin orda tikdiklərini saxlamaq nə dərəcədə düzgündü? Onu restavrasiya etmək, yaxud söküb fərqli yerdə tikmək daha yaxşı olardı?

"Onların hotel adlandırdığı bu tikilinin bünövrəsi Sovet dövründə qoyulub" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, onların Avropa hoteli adı verdiyi tikili Sovet dövründə inşa olunub, sonradan onlar oranı genişləndiriblər, əlavələr edib memarlıq quruluşunu dəyişiblər. "Onların hotel adlandırdığı bu tikilinin bünövrəsi Sovet dövründə qoyulub. Yəni əvvəl belə bir bina vardı, ermənilər onu bərpa edib, erməni stilinə uyğunlaşdırıblar. Əvvəllər o sadə bir tikili idi, bir tərəfindən yaşayış yeri kimi istifadə edilirdi, o biri tərəfi qonaq evi idi. O vaxtlar qonaq evləri vardı. Kommunist Partiyası Mərkəzi Komitəsi dövründə bütün rayonlarda qonaq evləri vardı, hörmətli qonaqlar gedib orda qalırdılar. Ermənilər "bərpa" deyirlər, təbii, burada normal bərpadan söhbət getmir. Bu bina onlara aid idisə niyə sonradan onun memarlıq quruluşunu dəyişirdilər? Əvvəlki qaydada qalardı. Əgər sökmək qəbahətdirsə, bəs onda siz özünüz niyə tarixi əhəmiyyətli binlarımız sökmüsünüz? 

O ki qaldı oradakı tikililərə, yaşayış evlərinə, hotellərə, inzibati binalara, onları bərpa etmək, təmir etmək, yenidən qurmaq Azərbaycanın haqqıdır. Dövlətin şəhərsalma proqramına, şəhərin baş planına uyğun olaraq  binalar bərpa da edilə, yaxud söküb yerində başqası da tikilə bilər. Bu heç bir problem törədən məsələ deyil. Bu baxımdan, "Avropa" hotelinin nə əhəmiyyəti var ki, bunlar hay-küy salırlar? İstər Xankəndidə, istər Şuşada, istər Xocalıda olsun, bərpa eidlən, yaxud sökülüb yenidən tikilən binların mübahisəyə səbəb olması düzgün yanaşma deyil. Yenidən bərpa olunur. Əgər bina sökülürsə belə, buna heç kəs heç nə deyə bilməz, çünki bu, dövlətin əmlakıdır, istəsə söküb yerində daha yaxşısını, daha təmtaraqlısını tikə bilər, tikəcək də. Bu cür süni mübahisələrin yaradılması yolverilməzdir. Bu hotelin də, oradakı başqa tikilərin də ermənilərə heç bir aidiyyəti yoxdur. Separatizm dövründə onlar "bərpa-quruculuq" adı altında saxtalaşdırma ilə məşğul olublar. Xankəndi şəhərinin mərkəzi 15, ətrafı isə 27 məhəllədən ibarət olub. Xankəndinin tarixi məhəllələrini "yox" edib yerində qondarma tikililər inşa ediblər. Məsələn, qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" dövründə yüzlərlə tarixi evlərimizi söküb  yerində Xankəndi dairəvi parkını saldılar. Evlərimizin yerində park salıb orada daşnak Stepan Şaumyanın abidəsini qoydular. Bundan sonra orada olan bütün məscidlərimizi sökdülər, məhv etdilər, dağıtdılar, bu gün biri də qalmayıb. Halbuki, hər məhəllənin öz məscidi vardı. Onlar sonradan orada irili-xırdalı 3 kilsə tikiblər. Bu kilsələri Azərbaycan dövlətinin razılığı olmadan separatçılar özləri öz başlarına tikiblər. Bizim dövlətimiz bunu sökə də bilər. Dini abidələrə, dini yerlərə böyük hörmətimiz var, ölkəmizdə müxtəlif xalqlar yaşayır, onlarla daim əlaqədə oluruq, dini bayramlarında iştirak edirik. Heç bir xalqla düşmənçiliyimiz yoxdur. Ermənilər isə özlərini normal aparmadılar, separatizmə uydular. 

Onu da deyim ki, qanunsuz tikililərlə ermənilər Xankəndini müasir şəhər etdilər. "Qarabağ" hoteli ilə yanaşı barmaqla sayılacaq bir neçə köhnə tikili qalıb, qalanlarının hamısının memarlıq quruluşunu dəyişdiriblər. Xankəndi Pedaqoji İnstitutunun binası köhnədən qalma idi, amma ermənilər sonradan o binaya əlavələr ediblər. Bunu elə-belə demirik, əlimizdə ciddi faktlar var. Onlar xəstəxana binası tikiblər, onu da bir neçə Avropa ölkəsinin puluna inşa ediblər. O da müasirdir. Xankəndi Dövlət Dram Teatrından və bəzi digər binalardan başqa nə görürük, hamısını yenidən "qurublar". İndi o binaları sökmək, yenisini tikmək, yaxud bərpa etmək dövlətimizə aid məsələdir. Bu, Azərbaycan dövlətinin daxili işidir, separatçı tör-töküntülərinin  bu işə qarışmağa ixtiyarı yoxdur"-deyə F.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ