Cümə axşamı günü, 05 noyabr 2026
     

Aviaqəzalara qurban getmiş prezidentlərin uzun siyahısı var...

Image


İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması təyyarə qəzaları nəticəsində həyatını itirən dövlət başçıları mövzusunu gündəmə gətirib.

Qeyd edək ki, İran prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Məlik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşim və prezident qvardiyasının rəhbəri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də qəza nəticəsində həlak olub. 

İndi isə gəlin, aviasiya qəzalarında həlak olan dövlət başçılarının siyasına baxaq. Xarici mətbuata istinadən təqdim etdiyimiz xronologiyada çox diqqət çəkən faktlarla tanış olacaqsınız. 

Aviaqəzalarda həlak olan dövlət başçıları kimlərdir?

Məlum olan ilk fakt Paraqvay prezidentinin ölümü ilə nəticələnən aviasiya qəzasıdır. 

Belə ki, 1940-cı ilin 7 sentyabrda Altos şəhəri (Paraqvay) yaxınlığında Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus Potez 25 TOE təyyarəsi Asunsiondan San-Bernardinoya gedərkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər - Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia, onun həyat yoldaşı Culiya Miranda Kueto və pilot mayor Karmelo Peralta olub. Onların hamısı qəza nəticəsində həlak olub. 

Digər bir aviaqəza isə 17 mart 1957-ci ildə baş verib. Belə ki,  Balamban şəhəri yaxınlığında (Sebu adası, Filippin) Duqlas C-47 Skytrain sərnişin təyyarəsinin (qeydiyyat nömrəsi 2100925) qəzaya uğraması nəticəsində onun göyərtəsində olan 26 nəfərdən 25-i, o cümlədən Filippin Prezidenti Ramon Maqsaysay, eyni zamanda bir sıra dövlət məmuru və jurnalist həyatını itirib. 

İstintaqın nəticələrinə görə, qəzaya qalxma zamanı təyyarənin elektrik enerjisinin kəsilməsinə səbəb olan sağ mühərrikin karbüratorunun ötürücü valının sıradan çıxması səbəb olub.

13 aprel 1966-cı ildə isə İraq Hərbi Hava Qüvvələrinə məxsus "de Havilland DH.104 Dove 1" sərnişin təyyarəsi (qeydiyyat RF392) İraqın cənubunda Bəsrə hava limanından 10 km aralıda qəzaya uğrayıb. Qəzada ölkə prezidenti Əbdül Salam Aref ölüb. Versiyalardan birinə görə, fəlakətin səbəbi Bəəs Partiyasına rəğbət bəsləyən hərbçilərin təxribatı olub. 

27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortuño Arke qəsəbəsi (Boliviyanın mərkəzindəki Koçabamba departamenti) yaxınlığında helikopter qəzası nəticəsində həlak olub. Helikopter elektrik xətti ilə toqquşub.

24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus "Beechcraft Super King Air" (qeydiyyat HC-BNG) təyyarəsi dağların yaxınlığındakı təpəyə çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, onun həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub. Hamısı da həyatını itirib. Fəlakətin dəqiq səbəbləri müəyyən edilməyib, araşdırmalar bir neçə dəfə bərpa olunub. Müxtəlif vaxtlarda pilot səhvindən tutmuş sui-qəsdə qədər ayrı-ayrı versiyalar irəli sürülüb, amma heç biri öz təsdiqini tapmayıb. 

31 iyul 1981-ci ildə Panama Hərbi Hava Qüvvələrinə məxsus "De Havilland Canada DHC-6 Twin Otter" yüngül təyyarəsi (quyruq nömrəsi FAP205) Koklesito aerodromunun (Panamanın mərkəzi Kokle əyaləti) yaxınlığında çətin hava şəraitində eniş edərkən dağla toqquşub və yerə düşüb. Təyyarədə olan hər kəs, o cümlədən Panamanın faktiki lideri, general Omar Torrixos Herrera həlak olub. 1983-cü ildə aparılan araşdırmaya görə, qəzaya pilotların səhvləri səbəb olub.

19 oktyabr 1986-cı ildə Cənubi Afrikanın şimal-şərq hissəsində, Mbuzini kəndindən 35 km məsafədə Maputo (Mozambik) marşrutu ilə uçan LAM Mozambique Airlines şirkətinə məxsusu "Tu-134A-3" sərnişin təyyarəsi (qeydiyyat nömrəsi C9-CAA)  yerə çırpılıb. Təyyarədə 44 nəfər - Mozambikin hökumət nümayəndə heyəti və Sovet uçuş heyəti olub. Qəza nəticəsində Mozambik prezidenti Samora Macel də daxil olmaqla 34 nəfər həlak olub. Sağ qalan 10 nəfər ekipaj üzvündən biri - uçuş mexaniki Vladimir Novoselov. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, fəlakətə səbəb buludlu gecə şəraitində yerə təhlükəli yaxınlaşma siqnallarına məhəl qoymadan vizual uçuşa keçən pilotların səhvləri olub. Radio mayakının yanlış tənzimlənməsi yaxınlaşma trayektoriyasından kənara çıxması ilə nəticələnib.

1988-ci il avqustun 17-də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "Lockheed C-130 Hercules" nəqliyyat təyyarəsi (quyruq nömrəsi 23494) Bahavalpur hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə olanların hamısı- ölkə prezidenti Məhəmməd Ziya-ül-Həqin də daxil olmaqla  31 nəfər həlak olub. Sərnişinlər arasında Pakistan prezidenti ilə yanaşı, ABŞ-ın bu ölkədəki səfiri Arnold Lyuis Rafel və Qərbin hərbi yardımının əfqan mücahidlərinə ötürülməsi proqramına rəhbərlik edən Pakistan Xidmətlərarası Kəşfiyyatının baş direktoru Əbdür Rəhman Axtar da olub. Təyyarə vurulmayıb, qalıqlar üzərində heç bir partlayıcı maddənin izlərinə rast gəlinməyib. Təyyarənin "qara qutu"su  tapılmayıb və qəzanın dəqiq səbəbi heç vaxt müəyyən edilməyib.

6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan "Dassault Falcon 50" (qeydiyyat nömrəsi 9XR-NN) təyyarəsi yer-hava raketi ilə vurulub. Hər iki lider və hava gəmisində olan digər 10 nəfər həlak olub. Təyyarə dövlət başçılarının Ruandada sabitləşmə üzrə konfransda iştirak etdiyi Tanzaniyadan qayıdırmış. Cinayətin icraçıları heç vaxt müəyyən edilmədi, lakin Ruanda Hutu xalqının ekstremistləri RPF-ni və eyni zamanda ölkədə yaşayan bütün tutsiləri günahlandırdılar ki, bu da Ruandada soyqırımın başlanmasına səbəb oldu, qurbanları təxminən 1 milyon idi. 

26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovskini daşıyan "Beechcraft Super King Air 200" (qeydiyyat nömrəsi Z3-BAB) Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğradı. Prezidentlə yanaşı onu müşayiət edən 6 nəfər və iki ekipaj üzvü həlak oldu. Qəzanın pis hava şəraitində eniş zamanı pis hazırlıq və pilotun səhvləri səbəbindən baş verdiyi açıqlandı.

10 aprel 2010-cu ildə Polşa Respublikası Hərbi Hava Qüvvələrinin 36-cı Xüsusi Aviasiya Alayının Varşavadan Smolenskə xüsusi reyslə uçan Tu-154M (quyruq nömrəsi PLF 101) sərnişin təyyarəsi Smolenskdə eniş edərkən qəzaya uğradı. Təyyarədə Polşa prezidenti Lex Kaçinski və Polşa siyasi və hərbi elitasının nümayəndə heyəti vardı. 

Fəlakət qatı dumanda baş verib. Təyyarə icazə verilən hündürlükdən aşağı düşüb, sol qanadı ilə ağcaqayın ağacının zirvəsi ilə toqquşub, uçuş-enmə zolağının sonundan 200-300 m aralıda aşağıya doğru yerə düşüb və məhv olub. Laynerin bütün 89 sərnişini və yeddi ekipaj üzvü həlak olub. Dövlətlərarası Aviasiya Komitəsinin, Polşa Daxili İşlər Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqi Komissiyasının və Polşa Ali Nəzarət Palatasının ekspertlərinin rəyinə görə, fəlakətin səbəbi pilotların səhvləri və uçuşun təşkilindəki çatışmazlıqlar olub. 

Bu siyahını, hələlik, İran ali rəhbərliyinin həlak olduğu helikopter qəzası tamamlayır. Ümid edək ki, bu faciə elə sonuncu olaraq qalacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ